Mədəniyyət naziri Sumqayıtda vətəndaşlarla görüşüb

Mədəniyyət naziri Sumqayıtda vətəndaşlarla görüşüb
16 dekabr 2022
# 16:09

Dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov Sumqayıt Şəhər Heydər Əliyev Mərkəzində vətəndaşların qəbulunu keçirib.

Kulis.az APA-ya istinadən xəbər verir ki, Anar Kərimovun budəfəki qəbulu Sumqayıt, Abşeron, Xızı, Qubadlı, Zəngilan, Şuşa şəhər və rayonlarını əhatə edib.

Eyni zamanda qəbulda digər şəhər və rayonlardan gəlmiş vətəndaşların da müraciətləri dinlənilib.

Qəbuldan öncə mədəniyyət naziri Anar Kərimov və Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.

Nazir və şəhərin icra başçısı Sumqayıt Şəhidlər xiyabanını ziyarət edib, Vətən uğrunda canından keçən qəhrəman oğulların xatirəsinə ehtiramını bildiriblər.

Sonra Sumqayıt Şəhər Heydər Əliyev Mərkəzinə gələn Anar Kərimov mərkəzin fəaliyyəti ilə tanış olub. Məlumat verilib ki, 2013-cü ildən fəaliyyət göstərən mərkəzin 2016-cı ildə dövlət başçısının iştirakı ilə yeni binasının açılışı keçirilib. Mərkəzdə xalqımızın Ümummilli lideri, müasir müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin ömür yolu və dövlətçilik fəaliyyəti təbliğ olunur. Burada, həmçinin müxtəlif dərnəklər fəaliyyət göstərir, tədbirlər təşkil edilir.

Daha sonra Heydər Əliyev Mərkəzində nazirliyin məsul əməkdaşlarının da iştirakı ilə vətəndaşların qəbulu keçirilib. Sakinlərin müraciətləri, əsasən işlə təmin olunma, iş yerinin dəyişdirilməsi, sərgi və kitab təqdimatının keçirilməsinə dəstək göstərilməsi, fəxri adın verilməsi, əmək müqaviləsinin uzadılması, mədəniyyət müəssisələrinin təmiri, fəaliyyəti və digər məsələləri əhatə edib.

Anar Kərimov vətəndaşların müraciət və təkliflərini dinləyib, ərizə və şikayətlərinə baxıb. Qaldırılan məsələlərin operativ, hərtərəfli araşdırılması və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Qeyd edək ki, yerlərdə sakinlərin müraciət və problemlərinin dinlənilməsi, onların həlli ilə əlaqədar müvafiq addımların atılması dövlətimizin diqqət mərkəzindədir. Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən bu məqsədlə hər ay bölgələrdə vətəndaşların qəbulu keçirilir.

Mədəniyyət naziri Sumqayıtda vətəndaşlarla görüşüb

Mədəniyyət naziri Sumqayıtda vətəndaşlarla görüşüb

# 2713 dəfə oxunub

Oxşar xəbərlər

"Squid Game" serialının rejissorundan yeni layihə - Elmi-fantastik janrda

"Squid Game" serialının rejissorundan yeni layihə - Elmi-fantastik janrda

11:41 20 noyabr 2026
Proses art -  Dilimiz varlığımızın ifadəsi kimi: perspektivlər və təhdidlər

Proses art - Dilimiz varlığımızın ifadəsi kimi: perspektivlər və təhdidlər

10:42 20 noyabr 2026
Robert De Nironun çəkildiyi film illər sonra ekranlara qayıdacaq

Robert De Nironun çəkildiyi film illər sonra ekranlara qayıdacaq

10:22 20 noyabr 2026
Vyetnamlı ədəbiyyatşünas: "Azərbaycan ədəbiyyatını daha yaxından tanımağa başlayırıq"

Vyetnamlı ədəbiyyatşünas: "Azərbaycan ədəbiyyatını daha yaxından tanımağa başlayırıq"

09:43 20 noyabr 2026
“The Comeback King”  filminin treyleri yayımlandı

“The Comeback King” filminin treyleri yayımlandı

18:51 19 noyabr 2026
Xulio İqlesias  barəsində araşdırma başladı

Xulio İqlesias barəsində araşdırma başladı

17:48 19 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər