Mədəniyyət naziri Mingəçevirdə müəssisələrin fəaliyyəti ilə tanış olub

Mədəniyyət naziri Mingəçevirdə müəssisələrin fəaliyyəti ilə tanış olub
28 noyabr 2022
# 16:40

Mədəniyyət naziri Anar Kərimov noyabrın 28-də Mingəçevir şəhərində mədəniyyət müəssisələrin fəaliyyəti ilə tanış olub.

Kulis.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.

Nazir Anar Kərimov və Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov əvvəlcə şəhərdə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyublar.

Səfər çərçivəsində mədəniyyət naziri bir sıra mədəniyyət ocaqlarına baxış keçirib, müəssisələrin ümumi fəaliyyəti, cari vəziyyəti və maddi-texniki imkanları haqqında məlumat alıb.

Mingəçevir Şəhər Heydər Əliyev Mərkəzi ilə tanışlıq zamanı məlumat verilib ki, 2013-cü ildən fəaliyyət göstərən mərkəzdə Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolar və müxtəlif eksponatlar nümayiş olunur.

Mingəçevir Dövlət Rəsm Qalereyasına gələn nazirə məlumat verilib ki, 1987-ci ildə yaradılan mədəniyyət ocağında hazırda 231 eksponat mühafizə edilir.

Səfər çərçivəsində Mingəçevir Şəhər Tarix Muzeyinə baxış keçirilib. Qeyd olunub ki, 1968-ci ildə yaradılan muzeyin əsas fondunda 15561 eksponat saxlanılır. Burada e.ə. III-I minilliklərə aid maddi mədəniyyət nümunələri də qorunur. 2009-cu ildə istifadəyə verilən binada 2017-ci ildə cari təmir işləri həyata keçirilib.

Mingəçevir şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası ilə tanışlıq zamanı kitabxananın fəaliyyəti, kitab fondu, oxucu sayı barədə məlumat verilib. Qeyd olunub ki, Mərkəzi Kitabxana 1956-cı ildən oxuculara xidmət göstərir.

Anar Kərimov mədəniyyət müəssislərində fəaliyyətin daha da canlandırılması, işin müasir tələblərə uyğun qurulması ilə bağlı tapşırıq və tövsiyələrini verib.

# 2762 dəfə oxunub

Oxşar xəbərlər

Jay-Z "Super Bowl" şousunda səhnəyə çıxacaq - İlk dəfə

Jay-Z "Super Bowl" şousunda səhnəyə çıxacaq - İlk dəfə

12:40 27 oktyabr 2026
Tanınmış aktyor Amerikada seriala çəkiləcək - Qadağalardan sonra

Tanınmış aktyor Amerikada seriala çəkiləcək - Qadağalardan sonra

12:20 27 oktyabr 2026
İmtiyazlarından imtina edib döyüşə gedən komandir - Sağlığında Milli Qəhrəman adını alan Şükür Həmidov kimdir?

İmtiyazlarından imtina edib döyüşə gedən komandir - Sağlığında Milli Qəhrəman adını alan Şükür Həmidov kimdir?

12:00 27 oktyabr 2026
2026-cı ilin sözü seçildi - "Maxxing" nə deməkdir?

2026-cı ilin sözü seçildi - "Maxxing" nə deməkdir?

11:40 27 oktyabr 2026
12 yaşlı uşaq süni intellektə qarşı şeir yazdı – Müsabiqədə qalib gələn əsər müzakirə yaratdı

12 yaşlı uşaq süni intellektə qarşı şeir yazdı – Müsabiqədə qalib gələn əsər müzakirə yaratdı

11:20 27 oktyabr 2026
Minillik tarixə malik tikili parçası Hollivud filmlərini geridə qoydu

Minillik tarixə malik tikili parçası Hollivud filmlərini geridə qoydu

11:00 27 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər