Mədəniyyət naziri kino ictimaiyyəti ilə görüşüb

Mədəniyyət naziri kino ictimaiyyəti ilə görüşüb
14 dekabr 2022
# 18:06

Mədəniyyət naziri Anar Kərimov respublikanın kino ictimaiyyəti ilə görüş keçirib.

Kulis.az APA-ya istinadən xəbər verir ki, Dövlət Film Fondunda gerçəkləşən görüşdə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı, Azərbaycan Kinematoqrafçılar İttifaqı, Azərbaycan Professional Kinorejissorlar Gildiyası, Azərbaycan Prodüserlər Gildiyası və digər ictimai təşkilatların təmsilçiləri, eləcə də yaşlı, orta və gənc nəsil kinematoqrafçılar, film istehsalı ilə məşğul olan dövlət və özəl sektor üzrə qurumların – kinostudiya, şirkət və prodüser mərkəzlərinin, kinoteatrlar şəbəkələrinin nümayəndələri iştirak ediblər.

Görüşdə kino sahəsindəki mövcud vəziyyət, o cümlədən son iki ildə görülən işlər və qarşıya çıxan problemlərlə bağlı açıq və səmimi ortamda ətraflı fikir mübadiləsi aparılıb. Nazir bu xüsusda mülahizələrini bölüşüb, görüş iştirakçılarının fikir, təklif və qeydlərini dinləyib.

Anar Kərimov Kino Agentliyinin yaradılması istiqamətində iki ilə yaxın aparılan işləri mərhələlərlə diqqətə çatdırıb. Bildirib ki, Prezident İlham Əliyevin 2022-ci ilin 20 aprel tarixli sərəncamı ilə Mədəniyyət Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) yaradılması kinematoqrafiya sahəsində dövlət siyasətinin həyata keçirilməsinin təkmilləşdirilməsi, Azərbaycan kinematoqrafiyasının beynəlxalq rəqabətə davamlılığının təmin edilməsi, yerli istehsal və yayım infrastrukturunun müasirləşdirilməsi məqsədilə atılan çox mühüm bir addımdır. 2022-ci ilin 16 noyabr tarixində dövlət başçısının fərmanı ilə ARKA-nın Nizamnaməsinin də təsdiq edildiyini bildirən nazir hazırda agentliyin praktik fəaliyyətə başlaması üçün müvafiq işlərin görüldüyünü deyib.

Yerli və müştərək kino istehsalının dəstəklənməsi, kino mədəniyyətinin təbliğinin təşkili, kinematoqrafiya müəssisələrinin və kino sənayesi iştirakçılarının fəaliyyətinin, eləcə də kinematoqrafiya sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqi sahələrində ARKA-nın qarşısında duran vəzifələr barədə söhbət açılıb.

Görüş iştirakçıları ölkədə kino sənayesinin inkişafı və milli kinematoqrafiyanın təşviqi üçün vacib olan belə bir təsisatın yaradılmasına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

ARKA-nın səmərəli fəaliyyəti üçün həm dövlət, həm də özəl sektor üzrə kinematoqrafçıları birgə əməkdaşlığa çağıran nazir bu istiqamətdə uğurlu layihələrin təqdim ediləcəyinə ümidvar olduğunu deyib. Bildirib ki, agentliyə təqdim edilən layihələrin hər biri diqqətdə saxlanılacaq.

Görüşdə kino sənayesinin istehsal prosesindən filmlərin kütləvi yayımının təşkilinə, bu sahə üzrə normativ bazadan praktik fəaliyyətədək müxtəlif sahələr ilə bağlı bir sıra fikirlər, o cümlədən tənqidi mülahzələr səslənib, bu xüsusda boşluqların olduğu vurğulanıb.
Səslənən fikirlərə münasibət bildirən Anar Kərimov kinonun ümumi inkişafına xidmət edəcək hər bir rəy və təklifin nəzərə alınacağını deyib. Nazir eyni zamanda ölkədə kino sənayesinin inkişaf etdirilməsi məqsədilə bu sahədə mövcud qanunvericilik və normativ aktlarla bağlı məsələlərin araşdırılması, boşluqların aradan qaldırılması üçün təkliflərin verilməsində kino ictimaiyyətini daha təşəbbüskar və fəal olmağa çağırıb.
Nazir vurğulayıb ki, kino sahəsində səmərəli fəaliyyətə mane olan problemləri aradan qaldıraraq, bir neçə istiqamətdə – həm Azərbaycanın yerli bazarı, həm də beynəlxalq festivallar və xarici kino bazarında nümayiş üçün ən uğurlu filmlərin istehsalı bizim üçün prioritet vəzifələrdən biridir.

44 günlük Vətən müharibəsini əks etdirən filmlərin çəkilişi, bu yöndə vətənpərvərlik mövzusunda ekran əsərlərinin meydana gəlməsinə dəstək veriləcəyi və şərait yaradılacağı xüsusi qeyd edilib. Bu istiqamətdə beynəlxalq əməkdaşlığın, müştərək layihələrin əhəmiyyətini vurğulayan Anar Kərimov vurğulayıb ki, bu əməkdaşlıqda, həyata keçiriləcək layihələrdə həm bədii, həm də texniki heyətin əksəriyyət etibarilə Azərbaycan kinematoqrafçılarından ibarət olması əsas şərtdir.
Bədii, sənədli kino ilə yanaşı, milli animasiya filmlərinin istehsalına da toxunan nazir bu sahənin də inkişafına xüsusi diqqətin ayrılacağını bildirib.

Görüşün sonunda Anar Kərimov ölkənin kino ictimaiyyəti ilə belə geniş tərkibdə, işgüzar və səmimi atmosferdə ünsiyyətdən məmnunluğunu bildirərək, Mədəniyyət Nazirliyinin, mədəni həyatın bütün sahələri kimi, kino milli kinematoqrafiyanın, kino sənayesinin inkişafına zəmin və təkan olacaq bütün fikirləri, təklif və tənqidləri dinləməyə, qarşılıqlı müzakirələrə hər zaman açıq olduğunu vurğulayıb. Nazir görüş iştirakçılarına və onların simasında ölkəmizdə kino sahəsində çalışan hər kəsə uğurlar arzulayıb.

# 2151 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

14:30 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər