"Mədəni İrs" Forumunun ilk günü başa çatdı

"Mədəni İrs" Forumunun ilk günü başa çatdı
18 dekabr 2023
# 17:20

Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə keçirilən "Mədəni İrs" Forumunun ilk günü başa çatıb.

Kulis.az APA-ya istinadənn xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində keçirilən forumun açılış günündə tanınmış tarixçi alimlər, arxeoloqlar, rəssamlar, memarlar, heykəltəraşlar, sənətkar və sahə üzrə digər mütəxəssislər həmçinin media mənsubları iştirak edib.

Bu gün təşkil olunan 3 panel müzakirə "Təsviri sənət və müasir çağırışlar", "Qeyri-maddi mədəni irsin mühafizəsi və müasir çağırışlar", eləcə də "Azərbaycanda daşınar mədəni irs. Muzey işi və müasir çağırışlar" mövzularına həsr olunub.

Müzakirələr zamanı mədəni irsin mühafizəsi, onun tarixi-mədəni əhəmiyyəti məsələləri, həmçinin irs nümunələrinin ölkə xaricinə çıxarılması, idxalı və digər bu kimi mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.

Forum öz işinə sabah yekun vuracaq.

Xatırladaq ki, bundan öncə ölkəmizdə ilk dəfə teatr, kino, Azərbaycan dili və ədəbiyyatı, musiqi, həmçinin mədəniyyət və yaradıcı sənayelər mövzusunda da forumlar keçirilib.
***

10:11

Bu gün Azərbaycanda ilk dəfə "Mədəni İrs" Forumu keçirilir.

APA xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində keçirilən forumun açılış günündə tanınmış tarixçi alimlər, arxeoloqlar, rəssamlar, memarlar, heykəltəraşlar, sənətkar və sahə üzrə digər mütəxəssislər həmçinin media mənsubları iştirak edir.

2 gün davam edəcək forumda “Azərbaycanın daşınmaz tarixi - mədəni irsinin tədqiqi və mühafizəsi problemləri”, Postkonflikt dövründə Azərbaycanın tarixi - mədəni və təbii irsinin qorunması məsələləri, Azərbaycanda daşınar mədəni irs: muzey işi və müasir çağırışlar, Qeyri-maddi mədəni irsin mühafizəsi və müasir çağırışlar, “Təsviri sənət və müasir çağırışlar” “Mədəni irs və müasir memarlıq- Şəhəralma prinipləri” mövzuları üzrə panellər təşkil olunacağı gözlənilir.

Panellerdə müvafiq sahələrin mövcud vəziyyəti və gələcək perspektivlər barədə fikir mübadiləsi aparılacaq.

Xatırladaq ki, bundan öncə ölkəmizdə ilk dəfə teatr, kino, Azərbaycan dili və ədəbiyyatı, musiqi, həmçinin mədəniyyət və yaradıcı sənayelər mövzusunda da forumlar keçirilib.

Qeyd edək ki, "Mədəni İrs" Forumu Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə keçirilir.

# 1747 dəfə oxunub

Oxşar xəbərlər

Tanınmış müğənni İsrail hökumətinə etiraz etdi - Səbəb

Tanınmış müğənni İsrail hökumətinə etiraz etdi - Səbəb

18:00 21 oktyabr 2026
“Azıx-Tağlar Arxeoloji Parkı”  Dövlət Qoruğu yaradıldı

“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

17:31 21 oktyabr 2026
Məşhur Hollivud aktyoru vəfat etdi

Məşhur Hollivud aktyoru vəfat etdi

17:30 21 oktyabr 2026
Xalq artisti Ramiz Mustafayevin  100 illik yubileyi qeyd olundu

Xalq artisti Ramiz Mustafayevin 100 illik yubileyi qeyd olundu

16:47 21 oktyabr 2026
Fotoqrafiya və Kino Həvəskarları Dərnəyi  quruluş ildönümünü qeyd edir

Fotoqrafiya və Kino Həvəskarları Dərnəyi quruluş ildönümünü qeyd edir

16:30 21 oktyabr 2026
Tessa Hedlinin yeni kitabı nədən bəhs edir?

Tessa Hedlinin yeni kitabı nədən bəhs edir?

15:30 21 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər