“Maya” filminin Kiprdə təqdimatı keçirildi

“Maya” filminin Kiprdə təqdimatı keçirildi
12 sentyabr 2023
# 15:34

“Maya” filminin Kiprdə təqdimatı keçirilib.

Kulis.az xəbər verir ki, bu barədə filmin ssenari müəllifi və rejissoru, Azərbaycan Yazıçılar Brliyinin İdarə Heyətinin və Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü Xəyal Rza məlumat verib.

Təqdimat Şimali Kipr Türk Respublikasının Baş nazirliyinin dəstəyilə, Turizm, Mədəniyyət, Gənclik və Ətraf Mühit Nazirliyi tərəfindən təşkil edilib.

Sentyarbın 8-də İsmet Vehit Güney Sənət Mərkəzində nazirliyin şöbə müdiri, şair-yazar Ceyhan Özyıldızın aparıcılığıyla keçirilən “Maya” filminin təqdimatında respublika rəhbərliyi, millət vəkilləri və sənət adamları iştirak ediblər.

Təqdimatda çıxış edən Şimali Kipr Türk Respublikası prezidentinin katibliyinin rəisi Çağın Zort, Turizm, Mədəniyyət, Gənclik və Ətraf Mühit Nazirliyinin idarə rəisi Şirin Zaferyıldızı “Maya” filmindən təsirləndiklərini vurğulayaraq, Qarabağla Şimali Kiprin oxşar taleyindən söz açıblar.

Filmin ssenari müəllifi və rejissoru Xəyal Rza Qarabağın 30 ilik işğal tarixi, 44 günlük II Qarabağ müharibəsi və şanlı zəfərimiz haqqında danışıb.

Qeyd edək ki, Beynəlxalq Türk Müəllifləri Birliyinin və “ES Baku”nun maliyyə dəstəyilə çəkilən, əzablı, iztirablı qadın taleyindən bəhs edən “Maya” filminin operatoru Rafiq Əliyev, bədii rəhbəri isə görkəmli kinorejissor, Xalq artisti Oktay Mir Qasımdır.

# 2597 dəfə oxunub

Oxşar xəbərlər

Aktyor Aslan Fətullayev vəfat etdi

Aktyor Aslan Fətullayev vəfat etdi

15:39 10 noyabr 2026
Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

15:27 10 noyabr 2026
"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

14:48 10 noyabr 2026
Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

13:30 10 noyabr 2026
“Alatoranlıq” filminin  serialı çəkiləcək

“Alatoranlıq” filminin serialı çəkiləcək

11:47 10 noyabr 2026
Məşhur aktrisa vəfat etdi

Məşhur aktrisa vəfat etdi

10:44 10 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər