Masaj salonu Bakının simvolu ola bilərmi?

Masaj salonu Bakının simvolu ola bilərmi?
21 iyun 2024
# 15:49

Kulis.az Ülvi Bahadırın yeni yazısını təqdim edir.

“Bakı hər keçən gün simasızlaşır”.

Bir neçə ay əvvəl bakılı dostumdan şəhəri gəzəndə eşitmişdim bu sözləri...

Bu gün də sosial mediada bir şəkil çıxdı rastıma.

Hansısa tikilinin yanındakı posterdə yazılmışdı:

“Bakının yeni simvolu”.

Söz yox ki, reklam xarakterli yazıdır.

Di gəl ki, bu yazı məni fərqli düşüncələr burulğanına saldı.

Taa məktəb çağlarımda ilk dəfə gördüyüm Qız qalası...

Necə əzəmətli, necə qüdrətli...

Öz hekayəsi, mahiyyətı, məzmunu olan qala...

Sonra nə oldu? Nə baş verdi?

Bakı bir neçə ilin içində maketə çevrildi.

Bir tərəfdə “balaca Venesiya”...

Bir tərəfdə “qırmızı Paris”, nə bilim “şabalıdı London”.

Sual yaranır: Bakı hanı? Hardadı Bakı?

2013-cü ildə Alov qüllələri təşrif buyurdu.

Dedilər ki, bundan sonra Bakının simvolu buradır.

Əlbət. Biz nə karəyik inkar edək?

Nə karəyik deyək ki, bəs Qız qalası?

undefined

Qız qalası

Belə gedişlər, adətən, ərəb ölkələrində olur. Milyardlar ayırıb lüks binalar tikib simvol eləyirlər.

Amma... Ancaq... Lakin...

Romanın simvolu taaa əzəldən Kolizeydir.

Parisin Eyfel qülləsi və Notr Dam kilsəsi...

Siyahını uzatmaq olar.

Simvol insanlarda nəsə bir hiss, duyğu buraxmalıdır.

Alov qüllələrinə baxanda isə ağlıma ancaq çəkilən xərc gəlir.

Belə gözəldi ee... İşıqlı, bər-bəzəkli...

Və kobud...

Və qondarma...

Bakıda yeni “Alov qüllələri parkı” tikilir, belə olacaq – FOTOLAR - FED.az

İndi də hər kəs öz qondarmasını yaradır.

Kim bina tikir, yazır ki, bura Bakının simvolu olacaq.

Sabah bir dayday masaj salonu açıb, “Bakının yeni simvolu” yazsa, təəccüblənmərəm.

Artıq çox rahatdı.

Bir az imkanın, ətrafın varsa, yedirə də bilərsən.

Yanında da balaca park düzəltmək olar. Fəvvarə, heykəlciklər. Vəssalam! Hazırdı.

Hər şey asan...

Hər şey mürəkkəb...

Bayaq da Bakının əvvəlki fotolarından birinə baxdım. Hər yan yaşıllıq...

Şəkilin açıqlaması yoxdur.

Bakı 2000-ci illərin əvvələrində

İndi isə bombalamboz...

İnsanlar da zamanla yaşadıqları şəhərlərə bənzəyirlər...

Bəlkə, şəhərlər zamanla aşınıb insanlara oxşadırlar özlərini...

Bəlkə, bəlkə, bəlkə də...

# 8755 dəfə oxunub

Oxşar xəbərlər

Nəşriyyatlar süni intellekt təhlükəsi ilə üz-üzə - Yazıçılar əsərlərinin müəllifliyini sübut etməli olacaqlar?

Nəşriyyatlar süni intellekt təhlükəsi ilə üz-üzə - Yazıçılar əsərlərinin müəllifliyini sübut etməli olacaqlar?

18:40 2 noyabr 2026
Məşhur rejissor xəstəxanaya yerləşdirildi - Səbəb

Məşhur rejissor xəstəxanaya yerləşdirildi - Səbəb

18:20 2 noyabr 2026
Görkəmli aktyor blüz janrında albom yayımladı

Görkəmli aktyor blüz janrında albom yayımladı

18:00 2 noyabr 2026
“Dəmir Yolları – zamanın obyektivində”  mövzusunda fotomüsabiqə

“Dəmir Yolları – zamanın obyektivində” mövzusunda fotomüsabiqə

17:42 2 noyabr 2026
Tarixi karvansara mərkəz kimi fəaliyyətə başladı

Tarixi karvansara mərkəz kimi fəaliyyətə başladı

17:30 2 noyabr 2026
Əfsanəvi sehrbazın xatirəsinə tədbirlər təşkil olunur - Vəfatının 100-cü ildönümü münasibətilə

Əfsanəvi sehrbazın xatirəsinə tədbirlər təşkil olunur - Vəfatının 100-cü ildönümü münasibətilə

17:00 2 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər