Maksim Qorkinin Bakı səyahəti barədə mühazirə oxundu

Maksim Qorkinin Bakı səyahəti barədə mühazirə oxundu
20 iyun 2024
# 14:00

Bakıdakı Rus evində “Mədəniyyət və incəsənət haqqında söhbətlər” layihəsi çərçivəsində sərgi və tədqiqatçı Rüstəm Hüseynovun Maksim Qorki, onun Bakı ilə əlaqələri barədə mühazirəsi təşkil edilib.

Kulis.az xəbər verir ki, tədbir iştirakçılarına Maksim Qorkinin Bakı haqqında və Azərbaycanın mədəniyyət xadimləri ilə bağlı nadir arxiv kadrlarının, o cümlədən Səməd Vurğun, Cəfər Cabbarlı, Mehdi Hüseyn, Salman Mümtaz və başqaları ilə birgə fotoşəkillərinin reproduksiyalarından ibarət sərgi təqdim olunub.

Dünyaşöhrətli yazıçı Maksim Qorki üç dəfə Bakıda olub, bu səfərləri haqqında bəzi məqalə və esselər qələmə alıb, bir neçə hekayənin yaradılmasında onun Bakı səyahətlərinin materiallarından istifadə edilib. Rüstəm Hüseynov Maksim Qorkinin tərcümeyi-halında Bakı ilə bağlı az məlum olan faktlardan, o cümlədən onun Nobel qardaşlarının neft mədənləri barədə məşhur oçerkinin əsasına çevrilən ilk səfərlərindən ətraflı danışıb. Yazıçının inqilabdan əvvəl Bakı dövri mətbuatı ilə əməkdaşlığının təfərrüatları, Həsən bəy Zərdabi ilə ünsiyyəti və məqalələrinin o dövrün mətbuatına təsiri ətraflı araşdırılıb.

Səyahət təəssüratı ilə yazılmış hekayələr, yazıçını ən çox heyran edən adət və ənənələri ətraflı əks etdirən esselər tamaşaçıların böyük marağına səbəb olub.

Bakı teatrlarında və yazıçının tərcümeyi-halı ilə bağlı yaddaqalan yerlərdə Qorkinin pyeslərinin tamaşaya qoyulmasına xüsusi diqqət yetirilib, həmçinin ədəbi qurumların formalaşmasında onun rolu göstərilib.

# 2656 dəfə oxunub

Oxşar xəbərlər

Taylor Sviftin geyimləri və şəxsi əşyaları nümayiş olunacaq

Taylor Sviftin geyimləri və şəxsi əşyaları nümayiş olunacaq

18:57 20 noyabr 2026
Ayasofiyada qədim tunellər aşkar edildi

Ayasofiyada qədim tunellər aşkar edildi

18:16 20 noyabr 2026
Bruno Marsın ailəsində ağır itki

Bruno Marsın ailəsində ağır itki

17:37 20 noyabr 2026
Kris Prat yeni fantastik filmdə baş rola çəkiləcək

Kris Prat yeni fantastik filmdə baş rola çəkiləcək

17:03 20 noyabr 2026
Nadir Bədəlov:  “Azərbaycan kinosu yox, Bakı kinosu var” – MÜSAHİBƏ

Nadir Bədəlov: “Azərbaycan kinosu yox, Bakı kinosu var” – MÜSAHİBƏ

16:32 20 noyabr 2026
Azərbaycan mahnıları ingiliscə, dünya hitləri azərbaycanca

Azərbaycan mahnıları ingiliscə, dünya hitləri azərbaycanca

16:00 20 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər