“Leyli və Məcnun” əsəri Frankfurtda təqdim olundu

“Leyli və Məcnun” əsəri Frankfurtda təqdim olundu
9 iyun 2022
# 13:20

Nizami Gəncəvinin Almaniyada işıq üzü görmüş “Leyli və Məcnun” əsəri Frankfurtun mərkəzi “Veltenlezer” kitab evində təqdim olunub.

Azərbaycan Dövlət Tərcümə Mərkəzindən Kulis.az-a bildirilib ki, tədbiri giriş sözü ilə tanınmış alman alimi, Vürtsburq Universitetinin professoru Ziqlinde Hartman açaraq Nizami Gəncəvinin zəngin ədəbi irsindən, dünya ədəbiyyatına bəxş etdiyi bəşəri əsərlərinin dərin fəlsəfəsindən danışıb.

Mayns Universitetinin professoru, tanınmış türkoloq-alim Hendrik Boeshoten Nizami yaradıcılığının özünəməxsusluğu, ideya və məna aktuallığı baxımından bu günlə səsləşməsi barədə fikirlərini açıqlayıb və tədbir iştirakçılarının mövzu ilə əlaqədar suallarını cavablandırıb.

Naşir Hans Jürgen Maurer çıxışında dahi ədibin milli mənsubiyyəti ilə bağlı əsl həqiqətlərin dünyaya yayılmasında bu səpkili layihələrin əhəmiyyətini qeyd edib: “Əsl həqiqət isə ondan ibarətdir ki, dahi şair Azərbaycanın hazırda ikinci böyük şəhəri olan Gəncədə anadan olub, heç vaxt doğma şəhərindən kənara çıxmayıb, yalnız orada yazıb-yaradıb və elə Gəncədə də dəfn olunub. Mən özüm də Azərbaycanda olarkən dahi şairin Gəncədəki məqbərəsini ziyarət etmişəm”.

Tədbirin sonunda tanınmış alman aktyoru Stefan Bittoun “Leyli və Məcnun” əsərindən parçalar ifa edib.

Qeyd edək ki, “Leyli və Məcnun” əsərinin alman dilinə tərcümə müəllifi görkəmli alman mütərcimi Rudolf Qelpkedir. İlk dəfə 1963-cü ildə Sürixdə işıq üzü görmüş kitab əsərin müəllifini alman oxucu auditoriyasına “fars şairi” kimi tanıtsa da, əsərin 2021-ci ildə Azərbaycan Dövlət Tərcümə Mərkəzi tərəfindən Almaniyada işıq üzü görmüş yeni nəşri “Leyli və Məcnun”u həmin auditoriyaya dahi Azərbaycan şairi Nizaminin əsəri olaraq təqdim etdi.

# 2656 dəfə oxunub

Oxşar xəbərlər

“The Comeback King”  filminin treyleri yayımlandı

“The Comeback King” filminin treyleri yayımlandı

18:51 19 noyabr 2026
Xulio İqlesias  barəsində araşdırma başladı

Xulio İqlesias barəsində araşdırma başladı

17:48 19 noyabr 2026
“Glastonbury-2027”nin əsas ifaçıları məlum oldu

“Glastonbury-2027”nin əsas ifaçıları məlum oldu

17:12 19 noyabr 2026
Məşhur yazıçı vəfat etdi

Məşhur yazıçı vəfat etdi

16:47 19 noyabr 2026
Elton Con süni intellektə qarşı sənətçiləri müdafiə etdi: “Yaradıcılığımızı əlimizdən almayın”

Elton Con süni intellektə qarşı sənətçiləri müdafiə etdi: “Yaradıcılığımızı əlimizdən almayın”

16:21 19 noyabr 2026
“İvan İliçin ölümü” tamaşasının premyerası keçirildi

“İvan İliçin ölümü” tamaşasının premyerası keçirildi

15:55 19 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər