Köhnə çamadanlar filminin premyerası oldu

Köhnə çamadanlar filminin premyerası oldu
1 may 2022
# 08:40

Ötən gün “Nizami” Kino Mərkəzində Vətən müharibəsinə həsr olunmuş “Köhnə çamadanlar” bədii filminin premyerası olub.

Kulis.az xəbər verir ki, mərasimdə kino və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə filmin yaradıcı heyəti səhnəyə çıxıb.

Müharibə və qadın mövzusunun ana xətt olaraq keçdiyi filmin ssenari müəllifi Sevda Sultanova bildirib ki, "Köhnə çamadanlar" dövlətimizin qazandığı qələbəyə qadınlar tərəfindən töhfə vermək cədidir.

Filmin quruluşçu rejissoru Səidə Haqverdiyeva filmdə əməyi keçən hər kəsə təşəkkür edib.

Sonra film təqdim edilib.

Qeyd edək ki, filmin görüntü rejissoru Şahmar Səfəroğlu, quruluşçu rəssamı Əfşan Əsədova, bəstəkarı Vüqar Camalzadə, montaj rejissoru Rza Almasi Pərqu, prodüserləri Kəmalə Nəhmətova və Nicat Məmmədov, art direktoru Tahir Tahiroviç, baş prodüseri Pərvinə İsmayılovadır.

Real hadisələr əsasında çəkilən tammetrajlı bədii filmin qəhrəmanları müharibənin həyatlarında dərin ağrılı izlər buraxdığı insanlar, əsas etibarilə qadınlardır.

Ekran işində Birinci və İkinci Qarabağ müharibələrində baş verən hadisələr kəsişir, hər iki dövrü əhatə edən ayrı-ayrı epizodlar dramaturji və vizual baxımdan bir-birini tamamlayaraq hekayənin vahid strukturunu yaradır. Hadisələr fonunda müharibə, onun insan psixologiyasında buraxdığı izlərə rəğmən, heç bir halda haqqın zəfərinə, qələbəyə inamının itmədiyinin şahidi oluruq. Final səhnələri Azərbaycan Ordusunun qələbəsini əks etdirən sənədli və bədii kadrlarla tamamlanır.

Ekran işində peşəkar aktyorlarla yanaşı, hər iki müharibənin canlı şahidləri - qazilər, həmçinin əlilliyi olan həvəskar aktyorlar da rol alırlar.

Psixoloji dramda əsas rolları Xalq artistləri Məmməd Səfa, Pərvanə Qurbanova, Əməkdar artistlər Zemfira Əbdüsəmədova, Gülzar Qurbanova, Qızılgül Quliyeva, Şəfəq Əliyeva, Nəsibə Eldarova, aktyorlar Könül Qasımova, Rəsmiyyə Nurməmmədova, Zülfiyyə Qurbanova, Zümrüd Qasımova, Ülviyyə Əliyeva, Zülfiyyə Nəzər Məmmədova, Rada Nəsibova, Türkay Cəfərli, Rəhim Rəhimov, Elmira Hüseynova, Səriyyə Mansurova, Aygün Fətullayeva, Oksana Rəsulova, Zarina Qurbanova, Cavanşir Məhərrəmov, Namiq Ağayev, Vüqar Hacıyev, Səmimi Fərhad, Aqil M. Quliyev ifa edirlər.

Uşaq rollarını isə “Oyuq” teatr-studiyasının yetirmələri oynayırlar.

Film Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, “RS Prodakşn” və "OYUN" inklüziv teatrının birgə layihəsidir.

# 4382 dəfə oxunub

Oxşar xəbərlər

Döşəmənin altından danışan qarışqayeyənlər çıxır - Haruki Murakamidən yeni roman

Döşəmənin altından danışan qarışqayeyənlər çıxır - Haruki Murakamidən yeni roman

11:40 11 noyabr 2026
İngiltərə Oksforddakı tarixi insan qalıqlarını Naqa xalqına qaytardı

İngiltərə Oksforddakı tarixi insan qalıqlarını Naqa xalqına qaytardı

11:20 11 noyabr 2026
1200 səhifəlik roman böyük mükafat qazandı - Müəllif əsər üzərində 20 il işləyib

1200 səhifəlik roman böyük mükafat qazandı - Müəllif əsər üzərində 20 il işləyib

11:00 11 noyabr 2026
“Xəz paltolu Madonna"nın "Maria Puder"i açıqlandı

“Xəz paltolu Madonna"nın "Maria Puder"i açıqlandı

10:40 11 noyabr 2026
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

10:20 11 noyabr 2026
Aktyor Aslan Fətullayev vəfat etdi

Aktyor Aslan Fətullayev vəfat etdi

15:39 10 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər