"Köhnə çamadanlar" filmi növbəti dəfə nümayişi olundu

"Köhnə çamadanlar" filmi növbəti dəfə nümayişi olundu
28 sentyabr 2022
# 15:40

Sentyabrın 27-də Bakının "Gənclik Mall" TM-də yerləşən "CinemaPlus" premium kinoteatrında “Köhnə çamadanlar” filminin media nümayəndələri və Vətən müharibəsi qaziləri üçün nümayişi baş tutub.


Kulis.az xəbər verir ki, şəhidlərin anım gününə təsadüf edən nümayişdən öncə filmin yaradıcı heyəti, real qəhrəmanları və İkinci Qarabağ müharibəsi qaziləri çıxış edərək fikirlərini bölüşüblər. Eləcə də ekran işində şəhid atası obrazını canlandıran Xalq artisti Məmməd Səfa, eləcə də filmdə haqlarında söhbət gedən Birinci Qarabağ müharibəsinin qadın iştirakçıları Aliyə Piriyeva, Kəmalə Qəhrəmanova, Xanımzər Həsənova və Məhəbbət Paşayeva, eləcə də 44 günlük Vətən müharibəsinin qaziləri ürək sözlərini bölüşdülər.


Xatırladaq ki, real həyat hekayələri əsasında çəkilən film müharibənin qadınların taleyində buraxdığı ağrılı izlərə ekran həyatı verib. Birinci Qarabağ müharibəsində torpaqlarından didərgin düşən, işgəncələrə məruz qalan, doğmalarını itirən müxtəlif qadın obrazları, onların yaşadıqları psixoloji travmalar filmdə öz əksini tapıb. Eyni zamanda bu ekran əsərində 44 günlük Vətən müharibəsini və qələbə sevincini əks etdirən sənədli kadrlar yer alıb.
Filmin quruluşçu rejissoru Saida Haqverdiyeva, ssenari müəllifi Sevda Sultanova, görüntü rejissoru Şahmar Səfəroğlu, montaj rejissoru Rza Almasi Pərqu, quruluşçu rəssamı Əfşan Əsədova, bəstəkarı Vuqar Camalzadə, art direktoru Tahir Əliyev, baş prodüseri Pərvinə İsmayılova, icraçı prodüserləri Kəmalə Nəhmətova və Nicat Məmmədov, redaktoru Həmidə Rüstəmova, menecerlər Aynurə Əkbərova və Gülər Məlikdir.


Ekran əsərində rolları Xalq artistləri Məmməd Səfa, Pərvanə Qurbanova, Əməkdar artistlər Gülzar Qurbanova, Nəsibə Eldarova, Şəfəq Əliyeva, aktyorlar Zemfira Əbdülsəmədova, Zümrüd Qasımova, Ülviyyə Əliyeva, Zülfiyyə Qurbanova, Oksana Rəsulova, Zülfiyyə Nəzər Məmmədova, Rada Nəsibova, Zarina Qurbanova, Aygün Fətullayeva, Türkay Cəfərli, Könül Qasımova, Səmimi Fərhad, Aqil M. Quliyev, Namiq Ağayev, Vüqar Hacıyev, Cavanşir Məhərrəmov, Rəsmiyyə Nurməmmədova, Qızılgül Quliyeva və başqaları oynayırlar.


Psixoloji dram janrında çəkilən filmdə İkinci Qarabağ Müharibəsinin iştirakçıları, Dövlət Sərhəd Xidmətinin Sərhəd qoşunlarında xidmət edən hərbçilər, eləcə də sağlamlıq imkanları məhdud istedadlı şəxslər də iştirak ediblər.


2021-ci ilin payızından çəkilişlərinə başlanılan "Köhnə çamadanlar” tammetrajlı bədii filmi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi, "RS Production” və "OYUN” inklüziv teatr Məhdud Məsuliyyətli Cəmiyyətinin birgə əməkdaşlığı çərçivəsində ərsəyə gətirilib.


Qeyd edək ki, film sentyabrın 29-dan etibarən bütün "CinemaPlus" kinoteatrlar şəbəkəsində nümayiş olunacaq.


# 3565 dəfə oxunub

Oxşar xəbərlər

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə  mövzusunda yazılmış məşhur romanlar

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar

14:00 8 noyabr 2026
Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

12:32 8 noyabr 2026
Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

11:55 8 noyabr 2026
"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

10:37 8 noyabr 2026
Azərbaycanda Zəfər Günü  qeyd olunur

Azərbaycanda Zəfər Günü qeyd olunur

09:42 8 noyabr 2026
Albaniyanın Korça şəhərində Zəfər Gününə həsr olunmuş muğam konserti

Albaniyanın Korça şəhərində Zəfər Gününə həsr olunmuş muğam konserti

17:22 7 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər