"Kod adı: V.X.A" tamaşası növbəti dəfə nümayiş olunacaq

"Kod adı: V.X.A" tamaşası növbəti dəfə nümayiş olunacaq
23 mart 2023
# 14:45

Martın 25-26-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Kod adı V.X.A” tamaşası növbəti dəfə nümayiş olunacaq

Teatrın mətbuat xidmətindən Kulis.az-a verilən məlumata görə, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın anadan olmasının 130 illiyinə və repressiyaya məruz qalmış görkəmli fikir adamlarının xanımlarına, eləcə də repressiya qurbanlarının 85 illiyinə həsr olunmuş tamaşa nümayiş olunacaq.

Teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin müəllifi və quruluşçu rejissoru olduğu tamaşa tarixi-sənədli faktlara istinad edərək, ötən əsrin 30-cu illərinin mənzərəsini təsvir edir.


Tamaşanın quruluşçu rəssamı Mustafa Mustafayev, bəstəkarı Azər Hacıəsgərli, işıq üzrə rəssamı Vadim Kuskov, plastik həlli Ceyhun Dadaşov, rejissorları Nihad Qulamzadə, Gülnar Hacıyeva, rejissor assistentləri isə Günay Qasımova və Sevda Hacışəmiyevadır.

Qeyd edək ki, səhnə əsəri Şükriyyə Axundzadənin timsalında 26 min qadının məşəqqətli həbs və sürgün həyatına həsr olunmuş sənədli, bədii, tarixi hadisələrdən bəhs edir.

# 3227 dəfə oxunub

Oxşar xəbərlər

“15 Sentyabr – Bilik Günü”  adlı sərgi istifadəçilərə təqdim olundu

“15 Sentyabr – Bilik Günü” adlı sərgi istifadəçilərə təqdim olundu

18:26 15 sentyabr 2026
“Emmi” mükafatı rekordlarla yadda qaldı

“Emmi” mükafatı rekordlarla yadda qaldı

17:30 15 sentyabr 2026
Van Qoqun 88 əsəri sərgiləndi

Van Qoqun 88 əsəri sərgiləndi

17:00 15 sentyabr 2026
Montrödə “Rast”, yaddaşımda Şuşa, bir də "Təbrizin küçələri dolanbadolan" - TƏƏSSÜRAT

Montrödə “Rast”, yaddaşımda Şuşa, bir də "Təbrizin küçələri dolanbadolan" - TƏƏSSÜRAT

16:54 15 sentyabr 2026
Prezident İlham Əliyev: "Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər bəxş edib"

Prezident İlham Əliyev: "Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər bəxş edib"

16:36 15 sentyabr 2026
“Füyuzat” dərgisinin 150-ci sayı işıq üzü gördü

“Füyuzat” dərgisinin 150-ci sayı işıq üzü gördü

16:30 15 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər