Klassik musiqi gecəsi keçirildi

Klassik musiqi gecəsi keçirildi
6 may 2023
# 10:01

Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Azərbaycan Dövlət Akademik Filarmoniyasında klassik musiqi gecəsi keçirilib.

Kulis.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə BŞİH-nin başçısı Eldar Əzizov, bir sıra dövlət qurumlarının rəhbərləri, Milli Məclisin deputatları, paytaxt ictimaiyyətinin nümayəndələri, ali və orta təhsil müəssisələrinin, veteran və gənclər təşkilatının nümayəndələri, elm və mədəniyyət xadimləri və çoxsaylı qonaqlar iştirak ediblər.

Qeyd olunub ki, Ulu Öndərin Azərbaycanda hakimiyyətə gəldiyi ilk illərdə onun təşəbbüsü ilə mədəniyyətin bir çox sahələrinə, o cümlədən klassik və simfonik musiqiyə insanların marağının və bu sahədə biliklərinin artırılması, bu musiqini geniş tamaşaçı kütləsinə sevdirmək məqsədi ilə Dövlət Filarmoniyasında respublikanın dövlət xadimləri, xalq təsərrüfatının bütün sahələrinin rəhbər işçilərinin, elm və mədəniyyət xadimlərinin, partiya, həmkarlar ittifaqları və komsomol sahələrində çalışanların, bir sozlə o vaxtkı siyasi elitanın iştirakı ilə klassik musiqi gecələri təşkil olunurdu. Dünya və Azərbaycan bəstəkarlarının simfonik və klassik əsərləri səslənən bu gecələrdə Ulu Öndər hər zaman özü, çox vaxt isə ailə üzvləri ilə birlikdə iştirak edirdi.

Ulu Öndərin 100 illik yubileyi ərəfəsində onun əziz xatirəsinə bir ehtiram olaraq, həm də ötən əsrin 70-ci illərindəki klassik musiqi gecələrini xatirələrdə əks etdirən və Ulu Öndər Heydər Əliyevin ən çox sevdiyi klassik əsərlərin yer aldığı proqram təşkil olunub. Bu klassik musiqi gecəsi həmçinin Ulu Öndərin əziz xatirəsinə ehtiramın musiqi dilində ifadəsi olub.

İlk olaraq Mustafa Mehmandarovun dirijoru olduğu Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik orkestri Üzeyir Hacıbəylinin "Koroğlu" operasından "Uvertyura" ifa edib.

Daha sonra orkestrin və Xalq artisti Gülbacı İmanovanın rəhbəri olduğu Azərbaycan Dövlət Xor Kapellasının müşayiətləri ilə dünya şöhrətli Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyli, Qara Qarayev, Müslüm Maqomayev, Cahangir Cahangirov, Arif Məlikov, Niyazi, Vasif Adıgözəlov, Kamal, Sevil Əliyeva, Ruslan Zeynalov və başqalarının ölməz əsərləri və xalq mahnıları Xalq artistləri Fidan Hacıyeva, Azər Zeynalov, Əməkdar artistlər Ramil Qasımov, İlham Nəzərov, Anar Şuşalı, Ceyla Seyidova, Xəyyam Mustafazadə, Afaq Abbasova, Sahib Paşazadə və tanınmış ifaçı Amil Həsənoğlu tərəfindən səsləndirilib.
Tamaşaçılara unudulmaz anlar bəxş edən konsert çox təsirlı və yaddaqalan keçib və alqışlarla qarşılanıb.

# 1658 dəfə oxunub

Oxşar xəbərlər

Əlişir Nəvainin 585 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirildi

Əlişir Nəvainin 585 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirildi

10:42 10 fevral 2026
Məşhur türk yazıçı vəfat etdi

Məşhur türk yazıçı vəfat etdi

10:02 10 fevral 2026
Kefli İskəndərin gizli siması: xilaskar yoxsa qatil? - Cəfər Cabbarlı Mirzə Cəlilin əsəri haqqında

Kefli İskəndərin gizli siması: xilaskar yoxsa qatil? - Cəfər Cabbarlı Mirzə Cəlilin əsəri haqqında

10:00 10 fevral 2026
Xalq artisti Şeyx Əbdül xəstəxanadan evə buraxıldı

Xalq artisti Şeyx Əbdül xəstəxanadan evə buraxıldı

18:10 9 fevral 2026
Ağdaşda məktəbə Xalq şairi Fikrət Qocanın adı verildi

Ağdaşda məktəbə Xalq şairi Fikrət Qocanın adı verildi

16:26 9 fevral 2026
Bu məktəbə Elza İbrahimovanın adı verildi

Bu məktəbə Elza İbrahimovanın adı verildi

16:23 9 fevral 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər