"Kəndimizə gedən yol" mobil film müsabiqəsinin qalibləri açıqlandı

"Kəndimizə gedən yol" mobil film müsabiqəsinin qalibləri açıqlandı
30 noyabr 2023
# 16:51

Dövlət Turizm Agentliyi və APA “Media Group”un birgə təşkilatçılığı ilə keçirilən "Kəndimizə gedən yol" mobil film müsabiqəsinin qalibləri məlum olub.

Kulis.az APA-ya istinadən xəbər verir ki, qaliblərin təqdimat mərasimində ölkənin tanınmış rejissorları, kinoşünaslar, yazıçı və şairlər, həmçinin müsabiqəyə marağı olan qonaqlar iştirak edib.

Çıxış edən müsabiqənin direktoru Orxan Məmmədli ideyanın yaranmasından bəhs edib: "Mobil telefonla çəkilən materiallarda onsuz da müəyyən mənada film adına nəsə olur. Sadəcə onu doğru yönləndirmək və doğru şəkildə görmək lazımdır. Biz də düşündük ki, belə bir müsabiqəni ərsəyə gətirmək lazımdır".

“APA Media Group”un baş direktoru Nurşən Quliyev, öz növbəsində, müsabiqənin faydalı tərəflərindən danışıb: "Ölkəmizin görülməmiş, gəzilməmiş yerlərinin üzə çıxarılması, özünəməxsusluğunun göstərilməsi üçün bu müsabiqə lazımlı bir layihədir. Onun əsas faydalı tərəflərindən biri turizm sahəsinin media ilə əməkdaşlığının artırılması, yeni layihələrə yol açılmasıdır. Arzu edək ki, bu cür müsabiqələr tendensiya halını alsın, davamlı olsun".

Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə çıxışında layihənin böyük marağa səbəb olmasına diqqət çəkib.

"Bu cür layihələr turizm baxımından da, faydalıdır. Müsabiqədə iştirak edənləri, o cümlədən qalibləri təbrik edirəm. Layihənin davamlı olmasını arzu edirəm", - Kənan Quluzadə qeyd edb.

Münsiflər heyətinin üzvü, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, kinorejissor Əli İsa Cabbarov isə gələcək layihələrdə Azərbaycan Kimematoqrafçılar İttifaqı adından lazımi dəstəyi verəcəklərinə hazır olduqlarını bildirib: "Vətənə nə zamansa mobil telefonun gözü ilə baxmaq lazımdır. Buna ehtiyac var. Bəzəkli görüntüləri onsuz da televizorda görürük. Dediyim kimi, davamlı olsun və gələn dəfələrdə AKİ olaraq layihəyə hər cür dəstək verməyə hazırıq".

Çıxışlardan sonra qaliblərin adları açıqlanıb və mükafatlandırma baş tutub.

Sosial mediada onlayn səsvermənin qalibi "Kəndimizə gedən yol" filmi ilə Sərvər Abdullayev olub.

Üçüncü yerə ortaq müəllifliklə Elvin Məcidli və Dilavər Manafov "Tut yolu" filmi ilə layiq görülüb.

İkinci yer üzrə münsiflərin qərarına əsasən, iki nəfər qalib seçilib.

Bunlar "Kəndimizə gedən yol - Qələbin" filmi ilə Xəyal İsgəndərov və "Bal yolu" filmi ilə Orxan Sadıqovdur.

Müsabiqədə birinci yer isə "Bir dəfə Nicdə" filmi ilə Xəyyam Mazanova (Ömər Xəyyam) verilib.

Qeyd edək ki, müsabiqənin münsiflər heyətində kinorejissor Əli İsa Cabbarov, kinoşünaslar Sevda Sultanova və Aygün Aslan yer alıb.

Münsiflər heyətinin səsverməsi anonim formada aparılıb.

# 2482 dəfə oxunub

Oxşar xəbərlər

Ella Lenqli bir gecədə altı mükafat qazandı - Musiqi tarixində rekord

Ella Lenqli bir gecədə altı mükafat qazandı - Musiqi tarixində rekord

12:21 20 noyabr 2026
Azərbaycan media nümayəndələri Vyetnamın Hoa Lò Həbsxanası Muzeyində

Azərbaycan media nümayəndələri Vyetnamın Hoa Lò Həbsxanası Muzeyində

12:02 20 noyabr 2026
Ağdamın işğaldan azad edilməsindən 6 il ötür

Ağdamın işğaldan azad edilməsindən 6 il ötür

11:58 20 noyabr 2026
"Squid Game" serialının rejissorundan yeni layihə - Elmi-fantastik janrda

"Squid Game" serialının rejissorundan yeni layihə - Elmi-fantastik janrda

11:41 20 noyabr 2026
Proses art -  Dilimiz varlığımızın ifadəsi kimi: perspektivlər və təhdidlər

Proses art - Dilimiz varlığımızın ifadəsi kimi: perspektivlər və təhdidlər

10:42 20 noyabr 2026
Robert De Nironun çəkildiyi film illər sonra ekranlara qayıdacaq

Robert De Nironun çəkildiyi film illər sonra ekranlara qayıdacaq

10:22 20 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər