Kənan Hacının yeni romanı böyük marağa səbəb oldu

Kənan Hacının “Hakimə açılan atəş”  adlı yeni romanı

Kənan Hacının “Hakimə açılan atəş” adlı yeni romanı

4 noyabr 2021
# 19:40

Yazıçı-publisist Kənan Hacının yeni çap olunan romanı “Hakimə açılan atəş” adlanır.

Kulis.az xəbər verir ki, romanda Birinci Qarabağ müharibəsində Füzuli rayonu ərazisində, Kültəpədə düşmən tankından atılan mərmiyə tuş gəlib şəhid olmuş Zərdab Rayon Məhkəməsinin sədri Məhərrəm Məmmədovun həyat yolundan bəhs olunur. Əsərdə ədalətli hakim, el-obanın dərd-sərilə, qayğılarıyla yaşayan vətəndaş, mərd və döyüşkən şəxsiyyət obrazı yaradılıb. Səkkiz aya yazılan “Hakimə açılan atəş” romanında Azərbaycanın müstəqillik qazandığı dövrdə baş verən hadisələrə də geniş yer verib. Kənan Hacının realist-psixoloji üslubda qələmə aldığı bu romanı ədəbiyyatımızda Qarabağ savaşından bəhs edən ilk əsərlərdəndir ki, sonluğu qələbə ilə bitir.

Qeyd edək ki, yazıçının “Çəhrayı qan” romanında da Qarabağ savaşı fraqment kimi keçir, Aprel döyüşlərindən bəhs edən “İsgəndər şikəstəsi” kinopovesti, “Qarabağ hekayələri” silsiləsindən yazdığı “Estafet”, “Ağ-qara fotoşəkil”, “Lalə rəngli çobanyastığı”, “Qələbəyə aparan yol”, “Qalib xalqın yazıçısı” hekayələrində də haqq savaşımızın bədii xronikası öz əksini tapıb.

“Hakimə açılan atəş”in müstəsnalığı ondadır ki, bu əsərin qəhrəmanı hakimdir. Birinci Qarabağ müharibəsi dövründə Zərdab Rayon Məhkəməsinin sədri vəzifəsində çalışan Məhərrəm Məmmədovun doğulub boya-başa çatdığı Cəbrayıl rayonu erməni hücumlarına məruz qalıb, əhali yurd yerlərindən çıxarılıb. Hakimin ürəyi orda, doğulduğu torpaqda döyünür. Hakim kimi öz vəzifəsini vicdanla yerinə yetirir, sadə insanların himayədarı kimi böyük hörmət və nüfuz qazanır, cəbhədə də onun yolunu gözləyənlər var...

Yazıçı hakimin ömür və döyüş yolunu müdhiş bir şəkildə inandırıcı boyalarla qələmə alıb. “Hakimə açılan atəş” istər ictimai məzmununa, istərsə də dil və üslub xüsusiyyətlərinə görə təqdirəlayiq əsərdir.

# 4522 dəfə oxunub

Oxşar xəbərlər

Ulduzların iştirak etdiyi müzikl yenidən səhnəyə qayıdır

Ulduzların iştirak etdiyi müzikl yenidən səhnəyə qayıdır

15:16 14 oktyabr 2026
Türkiyəli məşhur müğənni vəfat etdi

Türkiyəli məşhur müğənni vəfat etdi

14:30 14 oktyabr 2026
Maykl Ceksonun  "Super Bowl" şousu haqqında sənədli film çəkiləcək

Maykl Ceksonun "Super Bowl" şousu haqqında sənədli film çəkiləcək

14:00 14 oktyabr 2026
Siqareti atdı, idmana başladı - Cem Yılmaz səhhətindən danışdı

Siqareti atdı, idmana başladı - Cem Yılmaz səhhətindən danışdı

13:31 14 oktyabr 2026
Stiven Kinqin  romanı əsasında çəkilən serial tənqid olundu - Səbəb

Stiven Kinqin romanı əsasında çəkilən serial tənqid olundu - Səbəb

13:00 14 oktyabr 2026
Salvador Dalinin  sənətini texnologiya ilə birləşdirən sərgi açılacaq

Salvador Dalinin sənətini texnologiya ilə birləşdirən sərgi açılacaq

12:30 14 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər