Kamal Abdullanın romanı İtaliyada müzakirə olundu

Kamal Abdulla. Yazıçı

Kamal Abdulla. Yazıçı

2 noyabr 2021
# 17:40

Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İtaliyada araşdırma mövzusu olub.

Kulis.az xəbər verir ki, Xalq yazıçısı Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İtaliyanın Venesiya şəhərində yerləşən Ka Foskari Universitetində araşdırma mövzusu olub. Bu haqda Kamal Abdullaya məktub ünvanlayan həmin universitetin magistrantı Anna Karraro məlumat verib.

Karraro məktubunda bildirib ki, “Yarımçıq əlyazma” romanını elmi rəhbəri Elizabett Raqaqnin vasitəsilə əldə edib və böyük maraqla oxuyub:

“Romanı Elizabett ilə birlikdə Azərbaycan dilində oxumağa başladıq və bu dili çox sevdim. Hətta o qədər çox sevdim ki, magistr işimi bu əsər haqqında yazmaq qərarına gəldim. Dilçilik analizi üçün sizin romanınızı seçdim. Təkcə romanınızdakı əlyazmanın yox, bütövlükdə romanın yarımçıq qalması ideyasını çox bəyəndim. Boğazca Fatmanın etdiklərinə çox güldüm, romanın axırında Şah üçün üzüldüm, kaş Lələ Vəzir daha anlayışlı olaydı! Qorqud necə müdrik adam imiş! Amma axırda Bayandur xanla birgə dəhşətli qərar verirlər. Belə gözəl roman yazdığınız üçün sizə təşəkkür edirəm! Ümid edirəm, bir gün Azərbaycana gəlib sizinlə tanış olacağam”.

Qeyd edək ki, Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İtaliyada iki dəfə - “Sandro Tetti” nəşriyyatı və Mədəniyyət Nazirliyi tərəfindən çap edilib.

Daniele Franzoninin tərcümə etdiyi kitabda “Ön söz”ün müəllifi məşhur yazıçı və tarixçi, orta əsrlər mədəniyyətinin bilicisi, Florensiya Universitetinin professoru Franko Kardini, redaktoru isə professor Mikele Bernardinidir.




# 2833 dəfə oxunub

Oxşar xəbərlər

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirildi

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirildi

19:02 28 oktyabr 2026
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə

Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə

18:42 28 oktyabr 2026
"Avroviziya 2027"də iştirak edəcək ölkələrin siyahısı açıqlandı

"Avroviziya 2027"də iştirak edəcək ölkələrin siyahısı açıqlandı

18:40 28 oktyabr 2026
44-cü Macarıstan Mətbuat Foto Sərgisinin mükafatçıları bəlli oldu

44-cü Macarıstan Mətbuat Foto Sərgisinin mükafatçıları bəlli oldu

18:00 28 oktyabr 2026
Məşhur repçi Trampın yeni mətbuat katibi ola bilər

Məşhur repçi Trampın yeni mətbuat katibi ola bilər

17:30 28 oktyabr 2026
“Muzeylər və irs məkanları mədəniyyətlərarası dialoq məkanları kimi” mövzusunda panel müzakirəsi

“Muzeylər və irs məkanları mədəniyyətlərarası dialoq məkanları kimi” mövzusunda panel müzakirəsi

17:11 28 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər