İstiqlal Muzeyində “Vəhdət” adlı sərgi təşkil olundu

İstiqlal Muzeyində “Vəhdət” adlı sərgi təşkil olundu
25 may 2024
# 12:30

Azərbaycan İstiqlal Muzeyində Azərbaycan Respublikasının Dövlət müstəqilliyinin 106-cı ildönümünə və Azərbaycan ictimai fikrinin görkəmli nümayəndəsi, tanınmış maarifçi, yazıçı – publisist Əli bəy Hüseynzadənin anadan olmasının 160-cı ildönümü münasibətilə “Vəhdət” adlı tədbir-sərgi təşkil edilib.

Kulis.az xəbər verir ki, tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Sədi Mirseyibli, Milli Məclisin Mədəniyyət komitəsinin eksperti, şair Əkbər Qoşalı, tarix üzrə fəlsəfə doktoru Mahir Qaribov və Hüseynzadə ailəsinin nümayəndəsi İsmayıl bəy çıxış ediblər.

Qeyd olunub ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazandı. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. İkinci tarixi imkan bir də 70 il sonra yarandı. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi.

Müstəqil milli dövlətçiliyin nəzəri əsaslarının işlənib hazırlanmasında yaxından iştirak edən, eləcə də çoxşaxəli fəaliyyəti boyunca yaratdığı zəngin fəlsəfi-publisistik, ədəbi-elmi irsi sayəsində Azərbaycan maarifçiliyi tarixinə qiymətli töhfələr verən görkəmli ictimai xadim Əli bəy Hüseynzadənin 2017-ci ildə qızı Feyzavər xanım Alpsar Turanın təşəbbüsü ilə Əli bəy Hüseynzadənin irsinə aid 161 eksponat İstiqlal muzeyinə hədiyyə olunub. Dövlətimiz Feyzavər xanımın Türkiyə ilə Azərbaycan arasında mədəni əlaqələrin inkişafındakı xidmətlərini yüksək qiymətləndirib. O, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Dostluq” ordeni və “Xalq Cümhuriyyətinin 100 illiyi” medalı ilə təltif edilib.

Qeyd edək ki, sərgidə Əli bəy Hüseynzadənin irsinə aid rəsm əsərləri, fotoşəkillər, şəxsi əşyalar nümayiş etdirilib.

# 2184 dəfə oxunub

Oxşar xəbərlər

"8 Noyabr – Zəfər Günü"  - Milli Kitabxanada virtual və ənənəvi kitab sərgiləri

"8 Noyabr – Zəfər Günü" - Milli Kitabxanada virtual və ənənəvi kitab sərgiləri

15:02 7 noyabr 2026
"Mən də dahi olmaq üçün yola çıxmışdım, lakin xoşbəxtlikdən..." - Laurens Durrell

"Mən də dahi olmaq üçün yola çıxmışdım, lakin xoşbəxtlikdən..." - Laurens Durrell

14:27 7 noyabr 2026
Cümhuriyyətin ilk illərində  “Kişilər dünyasında bir qadın yazar"  - Cahit Uçuk kim idi?

Cümhuriyyətin ilk illərində “Kişilər dünyasında bir qadın yazar" - Cahit Uçuk kim idi?

13:39 7 noyabr 2026
Rusiyanın Xalq artisti vəfat etdi

Rusiyanın Xalq artisti vəfat etdi

13:18 7 noyabr 2026
Türk sultanına aid  nadir tarixi çamadan sərgilənəcək

Türk sultanına aid nadir tarixi çamadan sərgilənəcək

13:01 7 noyabr 2026
“Humay və sehrli Huma quşu”  kitabının Daşkənddə təqdimatı keçirildi

“Humay və sehrli Huma quşu” kitabının Daşkənddə təqdimatı keçirildi

11:59 7 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər