İqlim fəalları tarixi Trevi fəvvarəsini hədəf aldı

İqlim fəalları tarixi Trevi fəvvarəsini hədəf aldı
22 may 2023
# 14:00

İtaliyalı memar Nikola Salvi tərəfindən 18-ci əsrdə inşa edilən və o vaxtdan bəri Romanın ən turistik yerlərindən biri olan dünyaca məşhur Trevi Fəvvarəsi iqlim fəallarının qəzəbinə tuş gəlib.

Kulis.az xəbər verir ki, İtaliya mətbuatında yer alan xəbərlərə görə, bazar günü səhər saatlarında bir qrup iqlim fəalı tarixi fəvvarənin hovuzuna girərək, ora qara kömür əsaslı maye töküb və “Biz kömür istəmirik” yazılmış pankart açıblar. Nümayişçilər “Ölkəmiz kömürdən məhv olur” şüarını səsləndiriblər.

“Sevgi çeşməsi” kimi tanınan fəvvarəni ziyarət etməyə gələn turistlər də təhlükəsizlik qüvvələrinə nümayişçiləri hovuzdan çıxarmaq üçün kömək ediblər. Aksiyadan sonra fəvvarənin hovuzunda təmizlik işlərinə başlanılıb.

Qeyd edək ki, bir neçə həftə əvvəl iqlim fəalları Romadakı tarixi Dörd Çay Fəvvarəsinə, apreldə isə İspan pilləkənlərinin qarşısındakı 17-ci əsrə aid Barcaccia fəvvarəsinə qara kömür əsaslı maye tökərək etiraz ediblər.

İklim aktivistleri Roma'da: Tarihi Trevi Çeşmesi'nde boyalı protesto eylemi - 1

# 3514 dəfə oxunub

Oxşar xəbərlər

Elnarə Akimova: "Biz dərsliklərimizə ən müqəddəs dəyərlərimizi yerləşdirməliyik"

Elnarə Akimova: "Biz dərsliklərimizə ən müqəddəs dəyərlərimizi yerləşdirməliyik"

19:40 13 noyabr 2026
Milyonlarla dollar qazanan Hollivud ulduzlarının adları açıqlandı

Milyonlarla dollar qazanan Hollivud ulduzlarının adları açıqlandı

18:40 13 noyabr 2026
Nikol Kidman Fəxri "Sezar" mükafatı ilə təltif olunacaq

Nikol Kidman Fəxri "Sezar" mükafatı ilə təltif olunacaq

17:57 13 noyabr 2026
"Ulduz müharibələri" filmində  istifadə olunan işıq qılıncı rekord qiymətə satıldı

"Ulduz müharibələri" filmində istifadə olunan işıq qılıncı rekord qiymətə satıldı

17:26 13 noyabr 2026
Azərbaycan musiqisi adı ilə süni intellekt əsərləri təqdim olunur? – Firəngiz Əlizadədən sərt açıqlama

Azərbaycan musiqisi adı ilə süni intellekt əsərləri təqdim olunur? – Firəngiz Əlizadədən sərt açıqlama

16:51 13 noyabr 2026
“Bizə formal sərgilər lazım deyil” – Fərhad Xəlilovdan sərgi təşkilatçılarına irad

“Bizə formal sərgilər lazım deyil” – Fərhad Xəlilovdan sərgi təşkilatçılarına irad

16:43 13 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər