"İp üstündəki qız" Beynəlxalq festivalda

"İp üstündəki qız" Beynəlxalq festivalda
27 may 2024
# 16:00

Azərbaycan Kinematoqrafçılar İttifaqı gənc kinematoqrafçıları dəstəkləməyə davam edir.

Kulis.az xəbər verir ki, AKİ-nin Kino Məktəbinin məzunu Elnur Paşanın “İp üstündəki qız” sənədli film layihəsi CEDOC Marketə (Central European Documentary Co-Production Market) 100-dən çox layihənin arasından seçilmiş 35 layihənin sırasına daxildir.

CEDOC Market, on ildən artıqdır ki, Krakov Film Festivalı ilə birgə keçirilir.

Avropadan və dünyadan tərəfdaşlar axtaran prodüserlər üçün Polşada yeganə sənədli film birgə istehsal bazarı olan CEDOC Marketin builki 10-cu buraxılışında pre-prodakşn mərhələsində olan 35 sənədli film və 10 nəfər prodüser layihəsiz iştirak edəcək. Tədbir “DOC LAB POLAND & UKRAINE” şüarı altında baş tutacaq. Bu il Marketə müxtəlif ölkələrdən (Polşa, Ukrayna, Cənubi Koreya, Konqo, Meksika, ABŞ, Böyük Britaniya, İsrail, Ermənistan, Azərbaycan, Gürcüstan, Türkiyə, Danimarka, Norveç, İtaliya, Almaniya, Çexiya, Slovakiya , Macarıstan, Böyük Britaniya, Şotlandiya, İrlandiya və Rumıniya) rekord sayda layihə daxil olub.

Ailə dramı janrında olan “İp üstündəki qız” layihəsinin ssenari müəllifi və rejissoru Elnur Paşa, prodüserləri Türkan Hüseyn, Elnur Paşa və Zeynəb İsgəndərovadır.

Azərbaycan Kinematoqrafçılar İttifaqı sözügedən layihənin festivalda iştirakı üçün xərcləri qarşılayıb.

# 2558 dəfə oxunub

Oxşar xəbərlər

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxsin məhkəməsi başlayır

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxsin məhkəməsi başlayır

17:07 11 noyabr 2026
27 yaşlı aktrisanın meyiti küçədə tapıldı

27 yaşlı aktrisanın meyiti küçədə tapıldı

17:04 11 noyabr 2026
Rembrandtın "Gecə keşikçisi"  tablosunda  bakteriyalar aşkar edildi

Rembrandtın "Gecə keşikçisi" tablosunda bakteriyalar aşkar edildi

16:26 11 noyabr 2026
Məşhur aktyor dünyasını dəyişdi

Məşhur aktyor dünyasını dəyişdi

15:28 11 noyabr 2026
Nəşriyyat işçilərinin 77 faizi süni intellektə qarşıdır - Kitab dünyasında narahatlıq artır

Nəşriyyat işçilərinin 77 faizi süni intellektə qarşıdır - Kitab dünyasında narahatlıq artır

13:28 11 noyabr 2026
Vyetnam müharibəsində iştirak edən tanınmış dublyajçı vəfat etdi

Vyetnam müharibəsində iştirak edən tanınmış dublyajçı vəfat etdi

12:27 11 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər