İntiharın qarşısını almağın ən yaxşı yolu

İntiharın qarşısını almağın ən yaxşı yolu
22 fevral 2022
# 13:00

Kulis.az Şahin Cavadsoyun “Emil Cioran fəlsəfəsi - Doğum və ölüm haqqında” yazısını təqdim edir.

Bu günə qədər intihar fikrinin Cioran qədər düzgün izahını verən və bəlkə də intihardan çıxış yolunu göstərən ikinci bir filosof tanımıram. Cioranın fəlsəfəyə töhfə olaraq verdiyi fikir budur;

“İntiharın qarşısını almağın bəlkə də ən yaxşı yolu, intiharı düşünmək və beynimizdə intihar etməkdir”.

Cioranın 1973-cü ildə verdiyi müsahibədə intihar haqqında fikirlərinə nəzər yetirək.

Sitat:

“İntihar fikri olmasaydı, özümü çoxdan öldürərdim”.

Gəlin bu yerdə dayanaq. Çünki hamıya elə bu maraqlı gəlir. Bu necə təzaddır? Necə yəni, intihar fikri olmasaydı, özümü çoxdan öldürərdim? Axı, əslində intihar düşüncəsi elə ölümə aparır.

O zaman baxaq, Rumuniyalı filosof fikrin davamını necə gətirir:

“Yaşamağa davam etməyimin əsas motivasiyası, önümdə bu seçimin, yəni intihar seçiminin olmasıdır. Həqiqətən deyirəm, bu fikir olmasaydı, həyatın mənimlə olan hər hansısa bir parçasına, bir kimsəyə, bir nəsnəyə bağlanmaq duyğusuna qapılmazdım. Mənim həyata baxışıma görə, həyatın pik nöqtəsi ölüm deyil, DOĞUMdur. Əsas DRAM, əsas FACİƏ ölmək deyil, DOĞULMAQDIR!”

Yəni qısacası, artıq doğulmusunuzsa, intiharın bir mənası yoxdur.

Bəs Cioran tam olaraq nəyi deyir?

Anladığım qədər izahını verməyə çalışacam.

Ümumiyətlə, “intihar fikri” deyə bir şey yoxdur. Çünki intihar – duyğuların nəticəsidir. Məntiqlə yaranan fikir deyil. Sadəcə, bəlli dram situasiyalarından çıxış yolu tapmadıqda, düşünmək qabiliyyəti, beyin ölür. İş isə, düşür bu zəhrimara qalmış duyğunun üstünə. Bəs biz həqiqətənmi ölmək istəyirik?

Belə bir qənaətə gəldim ki, məsələn, bir insan öz nəfəsini tutaraq intihar edə bilməz. Əvvəla bu bioloji cəhətdən və ən əsası psixoloji cəhətdən mümkün deyil. Praktiki əsaslara dayanaraq deyə bilərəm ki, o anda insan beyni, sinir sistemləri hərəkətə keçir, ağlına həyata dair çox şey gəlir. Və bunların hamısı yaşamağa sövq edən bir şeylərdir. Anidən özünü öldürmək olar, amma bu sadəcə anlıq bir duyğunun səni təhrik etməsidir. Lakin intihar işgəncə kimi olarsa, əzab şəklinə çevrilərsə, insan beyni artıq yaşamağın yox, ölməyin təhlükəli olduğunu görür. Və tam əminliklə söyləyə bilərəm ki, özünü öldürən, intihar edən insanların əksəriyyəti, əgər öləndən sonra düşünmək qabiliyyəti olsaydı, 100% həyata geri dönmək istəyərdi. Çünki duyğulara qapılıb intihar edən biri, düşünə bilsə, bunun nə qədər mənasız olacağını və onsuz da əvvəl-axır həyatdan köçəcəyini düşünərdi.

Adicə primitiv bir şey;

Bəzən olur ki, hansısa bir duyğuya qapılırıq və sonra zaman keçdikcə geriyə baxanda nə qədər mənasız bir şeyi dərd etdiyimizi görürük.

Dənizə atılaraq intihar etmək istəyənləri çox görmüsünüz yəqin. Və hamısı da saniyələr keçməmiş suda çabalamağa başlayır. Çünki artıq öləcəyini düşünür və artıq ölməyə yox, yaşamağa səbəblər axtarır (Və şübhəsiz ki, tapacaq. Çünki insanoğlunun bu dünyada xoşbəxt olacağı kiçik də olsa nələrsə var).

Bu haqda Bukovski və Şopenhaerin bir fikrini deməsəm qəbahətdir. Bukovski belə deyir:

“Bəzən yaşamaq, ölməkdən daha çox cəsarət istəyir”.

Şopenhaer isə tamamlayır:

“İntihar etmək istəyən adam, əslində ən çox yaşamağı istəyəndir. Amma həyat şərtləri bununçün uyğun olmur”.

Bəli, ən çox yaşamaq istəyən odur. Və həyatdan gözləntiləri çox olan da odur.

Gözləntiləri az olan adamın rahatlığı isə müzakirə mövzusu belə deyil. Onların fikrincə, varsansa, yaşayırsansa, deməli, xoşbəxtsən. Çünki heç kim gəlib xoşbəxtlik xalçasını ayağının altına sərən deyil, onu özün qazanırsan...

Həə, yavaş-yavaş keçək“Bizim valideynlərimizə borcumuz yoxdur” ifadəsinə və ya bunun başqa bir nüsxəsi olan “Dünyaya gətirmədiyim uşaqlar mənə borcludur” fikri.

Nədir bu? Cəfəngiyat? Sanmıram.

Məncə də, kor-koranə şəkildə dünyaya uşaq gətirənlər sadəcə “mənim də övladım olsun” düşüncəsindən başqa heç nə fikirləşmirlər. Uşaq dünyaya gətirmək üçün düzgün mühit yaradılmalıdır, maddi durum - qayğıları qarşılayacaq qədər yaxşı olmalıdır. Sağlam cəmiyyətə uşaq gətirmək lazımdır.

Cioran isə valideynlərini ona görə qınayır ki, ona buraxdıqları cəmiyyət, psixoloji travmalı bir mühitdən sonra, hələ bir də valideynlərinə borclu olmağını istəyirlər. Amma uşaqlarını bərbad bir həyata sürükləyən valideynlər, onlara yaxşı bir həyat bəxş etmədikləri üçün borcludur. Təbii ki, Cioran öz valideynlərindən imtina edən, onları sevməyən biri deyildi. Onun aşıldığı şey isə insanlara aid idi.

- Dünyaya gətirdiyiniz uşaqların yaşamağı üçün çalışmayın, onları düzgün mühitdə yetişdirin, böyüdün. Onlar onsuz da rahat yaşayacaqlar!

# 1883 dəfə oxunub

Oxşar xəbərlər

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

12:00 15 dekabr 2024
İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
# # #