İmtahandan kəsildi, ölümündən sonra beyni çıxarıldı, atomu parçaladı – Eynşteyndən maraqlı faktlar

Albert Eynşteyn

Albert Eynşteyn

14 mart 2022
# 21:00

Bu gün dahi fizik Albert Eynşteynin doğum günüdür. Kulis.az bu münasibətlə onun haqqındakı 10 maraqlı faktı təqdim edir.

1. Başı yekə Eynşteyn

Eynşteyn başı yekə, özü də kök bir uşaq olub. Doğularkən başı o qədər böyük olub ki, deformasiyaya uğrayıb. Əvvəlcə elə biliblər ki, uşaq anormaldır. Ancaq sonradan bəlli olub ki, uşaqda hər şey qaydasındadır. Bundan sonra anasını uşaqla birlikdə evə buraxıblar. Sonradan Eynşteynin nənəsi bir müsahibədə onun haqda belə demişdi: “Eynşteynin uşaqlığı digər uşaqlara nisbətən bir addım gec başlamışdı…”

2. Danış, Eynşteyn

Eynşteyn uşaqlığında danışmaqla bağlı problem də yaşayıb. Dili çox gec açılan Eynşteyn, dil açıb danışmağa başlayandan sonra da yavaş danışırmış. Bu doqquz yaşına qədər davam eləyib. Anası və atası onun xəstə olduğunu düşünüb çox qorxurmuşlar. Ancaq bir dəfə, axşam yeməyi zamanı səssizliyi balaca Eynşteyn pozdu: “Bu yemək çox istidir”. Ondan indiyə qədər niyə danışmadığını soruşduqda isə bu cür cavab verir: “Çünki indiyə kimi hər şey qaydasında idi”.

3. Kompas onu elmə doğru aparır

Eynşteyn beş yaşında xəstə yatarkən atası ona kompas göstərir. Gələcəyin dahisinin elmlə ilk tanışlığı kompasdan başladı. Kompas balaca Eynşteynin diqqətini cəlb elədi. Kompası hansı tərəfə fırladırdısa, ox yenə eyni nöqtəni göstərirdi. Eynşteyn dedi ki, kosmosda qüvvələr var və onlar kompasa təsir edirlər.

4. İmtahandan kəsilən Eynşteyn

1895-ci ildə 17 yaşlı Eynşteyn İsveç Federal Politexnik Universitetinə imtahan verir. Riyaziyyatdan keçsə də, tarix, xarici dil və coğrafiyadan kəsilir. Bir il sonra yenidən imtahan verərək həmin ali məktəbə daxil olmağı bacarır.

5. Tələbəsindən uşağı olur…

Eynşteynin şəxsi məktublarından evlilikdən kənar bir qızının olduğu bəllidir. Tələbəsi Mileva Maric ilə aralarındakı sevgi münasibətləri bir qızlarının olmasına gətirib çıxarır. Mileva uşağın adını Lieserl qoyur. Maraqlıdır ki, Eynşteyn bu uşağı heç vaxt görməyib. Mileva 1902-ci ildə Novi Sadda öz evində qızı dünyaya gətirir. Eynşteyn isə 1902-ci ildə Bernedəydi. Doğuş prosesi çətin olur və böyük ehtimalla uşaq travmayla doğulur. Uşaq doğulduğu il də vəfat edir.

6. Eynşteyn qadağa qoyur: “Evdən bayıra çıxma”

Sonradan Eynşteyn və Mileva evlənirlər. İki oğulları olur: Hans Albert və Eduard. Eynşteyn elmi araşdırmalarına görə, tez-tez xarici ölkələrdə olurdu, ailəsinə zaman ayıra bilmirdi. Buna görə onun ailəsi dağılır və boşanırlar. Ancaq evi pərdəylə iki yerə ayırıb bir evdə yaşamağa davam edirlər. Mileva ilə evli olarkən Eynşteyn onunla qəribə bir müqavilə bağlayıbmış. Müqavilə beləydi:

A. Əmin olacaqsan.

1. Paltarlarımın təmiz olmağına həmişə nəzarət elə.

2. Hər gün 3 cür yemək olsun.

3. Yataq otağıma və iş otağıma heç kim gir bilməz, yataqda isə tək yatacam.

B. Mənim icazəm olmadan kiminləsə tanış ola bilməzsən, sosial əlaqələrdə ola bilməzsən.

C. Mən istəməyincə mənimlə danışmayacaqsan.

Mileva bu şərtləri qəbul edir.

7. Eynşteyn və oğlu

Boşandıqdan sonra Eynşteyn Nobel mükafatını aldı, xeyli gəlir əldə edə bildi. Mileva isə çox çətin şəraitdə yaşayırdı. Oğlu Hans Alber Frieda Kenechtlə evləndi. Sonra Berkeley Universitetində professor oldu. Yeni bir qəsəbədə atası və oğluyla birlikdə yaşamağa başladı. Eynşteyn öldükdən sonra Hansa çox xırda miras qaldı.

8. Eynşteyn və qadınlar

Eynşteyn Milevadan ayrıldıqdan sonra yaxın qohumu Elza ilə evlənir. Əslində bundan əvvəl Elzanın qızı ilə evlənmək istəmişdi Eynşteyn. Elzanın qızı Eynşteyndən 18 yaş balacaydı. Lakin Elza buna imkan verməmişdi. Buna baxmayaraq, ögey qızı Alberti çox sevirdi. Bu sevgi qarşılıqsız deyildi. Elzanın anası isə bu münasibətlərin qarşısını ciddi cəhdlə almağa çalışırdı. Eynşteynin məktublarından belə bəlli olur ki, alim sonralar Elzanı öz katibəsinə dəyişmişdi. Belə çıxır ki, Eynşteyn çox şorgöz adam olub.

9. Eynşteyn atom bombasını düzəldir

1939-cu ildə nasist Almaniyasına qarşı həyəcan təbili çalınan zaman Eynşteyn fizik Leo Silard ilə birlikdə prezident Ruzveltə məktub yazaraq atom bombası haqda məsələdən bəhs edir. Onların məktubundan sonra Ruzvelt gizli layihəsi olan “Manhattan”ı başladı. Bomba 1941-ci ildə Pearl Harborda sınaqdan keçirildi. Müttəfiqlər riskə getməyərək və təhlükəsizlik naminə Eynşteyni bu projedə iştirak etməyə dəvət etmədilər.

10. Eynşteynin beyni

1955-ci ildə Eynşteynin vəfatından sonra onun beyni çox yaxın qohumlarından olan Tomas Stoltz Harvey tərəfindən alındı. Onun beynini xüsusi maddənin içində saxlayırdılar. Sonrakı illərdə beyində müxtəlif ekspertizalar aparmışdılar. Bəlli olmuşdu ki, onun beyni normal beyindən xeyli böyükdür. Onu müqəddəs bir şey kimi qoruyub saxlayan Tomas Stoltz sonralar Eynşteynin beynini bir universitetə bağışlamışdı.

# 7518 dəfə oxunub

Oxşar xəbərlər

İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
#
#
# # #