İlham Əsgərov: “Məqsədimiz Milli Teatrı dünyanın məşhur teatrlarının yaxın tərəfdaşı etməkdir”

İlham Əsgərov:  “Məqsədimiz Milli Teatrı dünyanın məşhur teatrlarının yaxın tərəfdaşı etməkdir”
23 noyabr 2023
# 12:57

Akademik Milli Dram Teatrı IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda təmsil olunub. Forumda 73 ölkədən nümayəndə heyəti, eləcə də 30 ölkənin mədəniyyət nazirləri iştirak edib.

Kulis.az xəbər verir ki, Forum çərçivəsində teatr sənətinə həsr olunan xüsusi paneldə Rusiya, Belarusiya və Serbiya milli teatrlarının rəhbərləri ilə yanaşı Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktor səlahiyyətlərini icra edən Əməkdar mədəniyyət işçisi İlham Əsgərov çıxış edib.

O, həmçinin Aleksandrinski Teatrın direktoru Sergey Yemelyanov, Belarus Akademik Milli Teatrının direktoru Aleksandr Şestakov və Serbiya Respublikasının Milli Teatrının direktoru Diana Qrbiç ilə görüşüb, qarışılıqlı əməkdaşlıq, qastrol səfərlərinin və festivalların təşkili haqqında müzakirələr aparıb.

Görüşlə bağlı açıqlama verən İlham Əsgərov bildirib ki, Rusiyanın çoxəsrlik tarixə malik milli teatrı olan Aleksandrinski Teatrı ilə əməkdaşlıq əlaqələrinin qurulması Azərbaycan-Rusiya mədəni əlaqələrinin daha möhkəmlənməsinə kömək edəcək, dostluq və yaradıcılıq münasibətlərinin inkişafına töhfə verəcək:

“Forum çərçivəsində təşkil olunan panel teatr rəhbərlərinin şəxsi tanışlığı, yaradıcı əlaqələrinin genişlənməsi, müasir teatr istiqamətlərinin müzakirəsi baxımından çox faydalı oldu. Səfər çərçivəsində Aleksandrinski Teatrın direktoru Sergey Yemelyanovla 2024-cü ildə qarşılıqlı səfərlərin təşkili məsələsini müzakirə edərək razılığa gəldik. Akademik Milli Dram Teatrı 2024-cü ilin sentyabrında Sankt-Peterburqda keçiriləcək XV Beynəlxalq Teatr Festivalında iki tamaşa ilə çıxış edəcək. Aleksandrinski Teatrı isə həmin ilin oktyabrında iki tamaşa ilə Bakıya qastrol səfərinə dəvət olunub. Eyni zamanda “Milli Teatr Məktəbi” layihəsi çərçivəsində Bakıda master-klass və mühazirələr keçiriləcək, mədəniyyət menecerləri üçün əyani üç günlük ixtisasartırma proqramı təşkil olunacaq”.

İlham Əsgərov əlavə edib ki, Akademik Milli Dram Teatrı eyni zamanda Belarus Akademik Milli Teatrı və Serbiya Respublikası Milli Teatrı ilə də əməkdaşlıq əlaqələri üzərində çalışır:

“Gələcəkdə həmçinin dünyanın ən böyük teatrları ilə yaradıcı əlaqələrinin qurulması istiqamətində vacib addımlar atılacaq. Azərbaycanın teatr tarixi, müasir teatr mühiti və tamaşalarımız onlar üçün maraqlıdır, dostluq və əməkdaşlıq etmək istəyirlər. Məqsədimiz Milli Teatrı beynəlxalq teatr mühitinin ən vacib üzvünə çevirmək, dünyanın böyük teatrlarının yaxın tərəfdaşı etməkdir”.

# 3551 dəfə oxunub

Oxşar xəbərlər

Şair Çingiz Əlioğlu vəfat etdi

Şair Çingiz Əlioğlu vəfat etdi

13:52 9 avqust 2026
Tuve Yanssonun möcüzəli aləmi - Onu niyə  "muminlərin anası" adlandırırdılar?

Tuve Yanssonun möcüzəli aləmi - Onu niyə "muminlərin anası" adlandırırdılar?

13:30 9 avqust 2026
"Kiçik qüsurlara istehza edəndə xeyirxah olmalıyıq..." - İrland filsofdan sitatlar

"Kiçik qüsurlara istehza edəndə xeyirxah olmalıyıq..." - İrland filsofdan sitatlar

12:30 9 avqust 2026
Dünya ədəbiyyatının 10 qeyri-adi süjetli romanı

Dünya ədəbiyyatının 10 qeyri-adi süjetli romanı

10:30 9 avqust 2026
"Dünyada yazılmamış o qədər şeir var ki..." - Tanınmış türk ədiblərin söhbəti

"Dünyada yazılmamış o qədər şeir var ki..." - Tanınmış türk ədiblərin söhbəti

12:30 8 avqust 2026
Tanınmış musiqiçi dünyasını dəyişdi

Tanınmış musiqiçi dünyasını dəyişdi

18:29 7 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər