"İki gün” filmi Bayqonur Beynəlxalq Film Festivalinda mükafat qazandı

"İki gün” filmi Bayqonur Beynəlxalq Film Festivalinda mükafat qazandı
9 sentyabr 2024
# 17:35

3-8 sentyabr tarixlərində Qazaxıstanın Bayqonur şəhərində IX Bayqonur Beynəlxalq Film Festivalı keçirilib.

Kulis.az xəbər verir ki, festivalda bir neçə bölmədə müxtəlif ölkələrdən filmlər nümayiş etdirilib. Beynəlxalq müsabiqədə qısametrajlı filmlər, yerli müsabiqədə, əsasən, tələbələrin çəkdiyi qısametrajlılar, tammetrajlı debüt müsabiqəsində isə Qazaxıstandan, eyni zamanda, qonşu ölkələrdən filmlər yer alıb. Yerli müsabiqədə filmlərin sayı çoxluq təşkil edib.

Festivalda Azərbaycanı, rejissor Teymur Qəmbərov “İki gün” bədii filmi ilə təmsil edib. Film “Ən yaxşı operator işi” kateqoriyasında mükafat qazanıb.

“Debüt” studiyasının istehsalı olan “İki gün” filmi 44 günlük Vətən müharibəsi zamanı kiçik bir ailənin həyatından bəhs edir. Film 2021-ci ildə AR Mədəniyyət Nazirliyinin elan etdiyi “Böyük qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsinin qalib işlərindəndir. Mələk Bayramlı və Təranə Vəliyevanın rol aldığı filmin prodüserləri Orxan Abbasov və Lika Qavrişdir.

Qeyd edək ki, “İki gün” qısametrajlı filminin premyerası 54-cü Tampere Film Festivalında (Finlandiya) baş tutub.

# 2772 dəfə oxunub

Oxşar xəbərlər

Sənət dünyasında mübahisə - Heykəl yonan robotlarla bağlı

Sənət dünyasında mübahisə - Heykəl yonan robotlarla bağlı

14:30 24 sentyabr 2026
Aİ-nin Gürcüstanda maliyyələşdirdiyi festival ləğv olundu

Aİ-nin Gürcüstanda maliyyələşdirdiyi festival ləğv olundu

14:25 24 sentyabr 2026
İspaniyalı aktyor ilə amerikalı müğənninin qalmaqalı - Təfərrüatlar

İspaniyalı aktyor ilə amerikalı müğənninin qalmaqalı - Təfərrüatlar

12:30 24 sentyabr 2026
Tarixi amfiteatrın fəaliyyəti dayandırıldı

Tarixi amfiteatrın fəaliyyəti dayandırıldı

11:30 24 sentyabr 2026
Həqiqəti həyat yoldaşından gizlətdilər – Əhməd Cəmilin son tərcüməsinin taleyi

Həqiqəti həyat yoldaşından gizlətdilər – Əhməd Cəmilin son tərcüməsinin taleyi

11:00 24 sentyabr 2026
Məşhur teleaparıcı vəfat etdi

Məşhur teleaparıcı vəfat etdi

10:40 24 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər