İfaçılarımız Özbəkistanda mükafatlandırılıb

İfaçılarımız Özbəkistanda mükafatlandırılıb
6 iyul 2024
# 11:11

Özbəkistanın Cizzax vilayətinin Zamin rayonunda UNESCO və ICESCO-nun himayəsi ilə keçirilən II Beynəlxalq Maqom (Muğam) Sənəti Forumunda ölkəmiz də uğurla təmsil olunub.

Kulis.az xəbər verir ki, 80-ə yaxın ölkədən 400-dən çox qonağın iştirak etdiyi forumda ölkəmizi Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin rəhbərliyi ilə tanınmış incəsənət xadimləri, sənətşünas və gənc ifaçılardan ibarət nümayəndə heyəti təmsil ediblər.

Dörd gün davam edən II Beynəlxalq Maqom Sənəti Forumunun bağlanış mərasimində forum çərçivəsində təşkil edilən muğam müsabiqəsi qalibləri mükafatlandırılıb. Qalibləri Özbəkistan Respublikasının mədəniyyət naziri Ozodbek Nazarbekov və Cizzax vilayətinin hakimi Erqaş Saliyev mükafatlandırıb.

Qeyd edək ki, muğam müsabiqəsinin beynəlxalq münsiflər heyətində Azərbaycanı Xalq artisti, Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi təmsil edib. Münsiflər heyətində Tacikistan, Misir, ABŞ, Hindistan, Türkiyə və Özbəkistandan mütəxəssislər yer alıb.

Müsabiqədə “Ən yaxşı muğam ifaçısı”, “Ən yaxşı instrumental solo”, “Ən yaxşı muğam sənəti müəllimi”, “Ən yaxşı muğam təbliğatçısı”, “Ən yaxşı gənc ifaçı”, “Ən yaxşı muğam bəstəkarı”, UNESCO, ICESCO və TÜRKSOY-un mükafatları təqdim olunub. Müsabiqənin Qran-Pri mükafatına İranın “Force” ansamblı, I yerə ansambl üzrə Özbəkistan Makom Milli İncəsənət Mərkəzinin Yunus Rəcəbi adına “Makom” ansamblı və solo ifa üzrə birinciliyə Tacikistan Milli Konservatoriyasının solisti Xurşid İroximzoda layiq görülüb.

Ölkəmizi təmsil edən “Vətən” muğam qrupu – Nisbət Sədrayeva, Səfalı Mirzəliyev (hər ikisi xanəndə), Ruslan Zərbəliyev (tar), Pərviz Fərhadov (kamança) və Səyavuş Kərimov (nağara) TÜRKSOY-un mükafatı ilə təltif olunub. Onlara festivalın diplomu, müxtəlif hədiyyələr və pul mükafatı təqdim edilib.

# 2014 dəfə oxunub

Oxşar xəbərlər

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirildi

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirildi

19:02 28 oktyabr 2026
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə

Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə

18:42 28 oktyabr 2026
"Avroviziya 2027"də iştirak edəcək ölkələrin siyahısı açıqlandı

"Avroviziya 2027"də iştirak edəcək ölkələrin siyahısı açıqlandı

18:40 28 oktyabr 2026
44-cü Macarıstan Mətbuat Foto Sərgisinin mükafatçıları bəlli oldu

44-cü Macarıstan Mətbuat Foto Sərgisinin mükafatçıları bəlli oldu

18:00 28 oktyabr 2026
Məşhur repçi Trampın yeni mətbuat katibi ola bilər

Məşhur repçi Trampın yeni mətbuat katibi ola bilər

17:30 28 oktyabr 2026
“Muzeylər və irs məkanları mədəniyyətlərarası dialoq məkanları kimi” mövzusunda panel müzakirəsi

“Muzeylər və irs məkanları mədəniyyətlərarası dialoq məkanları kimi” mövzusunda panel müzakirəsi

17:11 28 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər