İçərişəhərdə “Əbədi Zəfər” adlı tədbir keçirildi

İçərişəhərdə “Əbədi Zəfər” adlı tədbir keçirildi
8 noyabr 2024
# 11:02

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən Azərbaycanın müasir tarixində ən şanlı günlərdən biri olan 8 Noyabr - Zəfər Gününə həsr edilmiş “Əbədi Zəfər” adlı tədbir təşkil olunub.

Kulis.az xəbər verir ki, tədbirdə İçərişəhər və Qala qoruqlarının qazi əməkdaşları, İçərişəhər ərazisində yaşayan şəhid ailələri, idarənin rəhbərliyi və əməkdaşları, İçərişəhər Ağsaqqallar Şurasının üzvləri və digər rəsmi qonaqlar iştirak ediblər.

Əvvəlcə Vətən uğrunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib. Daha sonra Zəfərə aparan yola həsr edilmiş videoçarx nümayiş olunub.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbəri İntiqam Babayev, İçərişəhər Ağsaqqallar Şurasının sədri Əliheydər Dadaşov və “İgidlərin sözü” layihəsinin müəllifi Nigar Həsənzadə çıxış edərək 44 günlük Vətən müharibəsində Qələbənin Ali Baş Komandanın qətiyyəti, xalqımızın birliyi, Ordumuzun gücü, şəhidlərimizin və qazilərimizin əzmkarlığı sayəsində əldə edildiyini vurğulayıblar.

“İgidlərin sözü” adlı bədii hissədə 44 günlük Vətən müharibəsi iştirakçıları Cavid Qasımov, Tofiq Əhmədov, Nicat Ağayev, Elşən Bənnayev, Fərid Atazadə və 2022-ci il Beynəlxalq Muğam Müsabiqəsinin qalibi Həzrət Əzizli, qazi anası və şairə Nuranə Nur çıxış ediblər.

“Əbədi Zəfər” tədbiri işğaldan azad edilmiş ərazilərdə dövlətimiz tərəfindən aparılan quruculuq işlərinin nümayiş olunduğu videoçarxın nümayişi ilə yekunlaşıb.

# 2049 dəfə oxunub

Oxşar xəbərlər

Həbsxanadan rejissorluğa:  “Adolescence” ulduzu həyatı əsasında film çəkdi

Həbsxanadan rejissorluğa: “Adolescence” ulduzu həyatı əsasında film çəkdi

18:00 26 oktyabr 2026
“Zaman səyyahının arvadı”  romanının müəllifinin yeni əsəri çap olundu

“Zaman səyyahının arvadı” romanının müəllifinin yeni əsəri çap olundu

17:30 26 oktyabr 2026
75 min dollarlıq  mükafatın qalibi açıqlandı

75 min dollarlıq mükafatın qalibi açıqlandı

17:00 26 oktyabr 2026
BTS-in lideri muzeyi fəth etdi - Sərgiyə 66 mindən çox bilet satıldı

BTS-in lideri muzeyi fəth etdi - Sərgiyə 66 mindən çox bilet satıldı

16:30 26 oktyabr 2026
Kris Braun hakim qarşısında - Müğənnini üç ilədək həbs cəzası gözləyir

Kris Braun hakim qarşısında - Müğənnini üç ilədək həbs cəzası gözləyir

16:00 26 oktyabr 2026
Mayk Tayson  Türkiyə serialında çəkiləcək

Mayk Tayson Türkiyə serialında çəkiləcək

14:30 26 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər