Hökümənin həyat yoldaşı 40 min manatlıq kompensasiyadan niyə imtina etdi?

Hökümənin həyat yoldaşı 40 min manatlıq kompensasiyadan  niyə imtina etdi?
15 fevral 2025
# 11:06

Kulis.az Günel Balakişinin yeni yazısını təqdim edir.

Bu gün hamı sevgidən, Sevgililər günündən danışır. Mənsə gecədən bəri gün boyu Etibar Əliyevi düşünmüşəm. Hökümənin Etibarı, etibarlısı…

“Təhminə və Zaur” filmində sevdiyim bir epizod var. Radioda rəhmətlik Şövkət Ələkbərova oxuyur:

"Küçələrə su səpmişəm. Yar gələndə toz olmasın".

Təhminə deyir, bir qulaq as, Zaur. Gör, necə sevərlərmiş bir vaxtlar. Necə sadə, necə gözəl. Sonra da üzünü tutur Zaura:

- Bəs sən? Sən mənim üçün küçələrə su səpərsən?

Hökümə Əliyevanın həyat yoldaşı hüquqi varis kimi dövlət tərəfindən təqdim edilən sığorta pulu və 40 min manatlıq kompensasiyadan imtina etdi.

Bu xəbəri oxuyanda mən də Təhminə kimi təsirlənmişdim. Eyni Təhminə kimi üzümü öz “Zaur”uma tutub sevgisini sorğulamışdım. Təhminədən fərqli olaraq bu sevgi məni o qədər kövrəltmişdi ki, cümləmi tamamlaya bilməyib hönkürüb ağlamışdım.

Həm də keçmiş vaxtlarda deyil, bizim vaxtımızda. Hər şeyin bu qədər dəyərsizləşdiyi, adiləşdiyi bir vaxtda. XX əsrin Leyli və Məcnunu - Hökümə və Etibar!

"Var ömür gün yoldaşı, var ömrüm-günüm. O mənim ömrüm günüm idi".

Belə deyir Etibar Əliyev. Bunu söyləyərkən müsahibə boyu bir dəfə də olsun jurnalist xanımla göz təması qurmur. Hökümənin sevgisiylə möhürlənmiş gözləri müsahibə boyu yalnız və yalnız bir nöqtəyə zillənir.

Evlilikdə sevginin müddəti 3 ildir, deyirlər. Etibarla Hökümə də cəmi 3 il birgə ömür sürdü. Bəlkə də, Hökümə sevgiləri əbədi yaşasın deyə öldü. Ayrıldı ki, əbədi qovuşsunlar. Hər dəfə yağış yağanda buludlardan su səpir ki, yar gələndə toz olmasın. Axı Hökümənin küçələri səmalar idi.

# 3250 dəfə oxunub

Oxşar xəbərlər

Rəşad Məcidə ağır itki üz verdi

Rəşad Məcidə ağır itki üz verdi

10:33 15 noyabr 2026
Deyv Qrolun qızı “Aclıq oyunları” üçün yeni mahnı yazdı – “Metal Birds” təqdim edildi

Deyv Qrolun qızı “Aclıq oyunları” üçün yeni mahnı yazdı – “Metal Birds” təqdim edildi

17:46 14 noyabr 2026
“Blink-182”, “Evanescence” və “Bring Me The Horizon”  ilk dəfə Dounload Festivalının əsas səhnəsinə çıxacaq

“Blink-182”, “Evanescence” və “Bring Me The Horizon” ilk dəfə Dounload Festivalının əsas səhnəsinə çıxacaq

16:55 14 noyabr 2026
Stivi Uander səhnədən Maklemoru müdafiə etdi: “İstəyirsinizsə, məni də qadağan edin”

Stivi Uander səhnədən Maklemoru müdafiə etdi: “İstəyirsinizsə, məni də qadağan edin”

16:01 14 noyabr 2026
Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

14:12 14 noyabr 2026
Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

14:00 14 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər