Həsənağa Turabov onunla evlənmək istədi, dəli olma xəbəri yayıldı – Nəsibə Zeynalova onu otağından niyə qovdu?

Həsənağa Turabov onunla evlənmək istədi, dəli olma xəbəri yayıldı – Nəsibə Zeynalova onu otağından niyə qovdu?
10 iyun 2022
# 12:00

Kulis.az aktrisa, Xalq artisti Safura İbrahimova haqqında on maraqlı faktı təqdim edir.

Safurə İbrahimova Bakıda doğulub. Atası Bakının tanınan tacirlərindən olub. Ticarətlə məşğul olduğuna görə onun var-dövlətini əlindən alıb ailəni ölkənin ən ucqar kəndlərindən birinə sürgün ediblər.

Ən böyük arzusu həkim olmaq olub. Məktəbi bitirəndən sonra sənədlərini tibb universitetinə versə də, imtahanlardan kəsilib.

***

36 yaşında bir prokurorla ailə həyatı qurub. Müəyyən səbəblərdən toyunda gəlinlik geyinə bilməyib. Həyat yoldaşı Səfurə İbrahimovanın pərəstişkarı olub. Deyilənə görə heç bir tamaşasını buraxmır, hər tamaşadan sonra ona gül-çiçək gətirərmiş. 5 il davam edən ailə həyatı övladı olmadığına görə dağılıb. Ondan sonra heç vaxt ailə həyatı qurmayıb. Bacısı oğlunu övladlığa götürüb.

Anası onun aktrisa olması ilə razı olmayıb. O anası ilə bağlı xatirələrində danışarkən anasının hətta ona bu sənəti seçdiyi üçün qarğış tökdüyünü bildirib:

“Deyirdi, səni görüm heç vaxt gəlinlik geyinməyəsən, başına duvaq atmayasan”.

Qardaşları da Safuranın aktrisa olmasını istəməyiblər. Hətta "Sevil" filmindəki roluna görə qardaşı onun üstünə balta qaldırıb.

Həsən Turabov, Eldəniz Zeynalov və Tariyel Qasımov ona evlənmə təklifi edib. Xalq artisti Zərnigar Ağakişiyeva ilə ölənə qədər küsülü qalıb.

***

“Qayınana” filminin çəkilişlərində filmin bütün aktyorlarına otaq verilir. Xüsusən də digər ölkələrdən gələn əcnəbi aktyorlara. Səfurə İbrahimovaya isə Nəsibə xanımla bir otaqda qalmaq tapşırılır. Nəsibə Zeynalova isə onu otağından qovaraq deyir:

“Mən yatıram, uzanıram, paltarımı dəyişirəm. Sən mənə baxacaqsan? Xoşlamıram belə şeyləri. Mən tək qalmaq istəyirəm, heç kimlə qalmayacağam”.

Teatrdan ayrıldıqdan sonra qapalı həyat tərzi sürür. Hətta bir ara onun dəli olduğu ilə bağlı xəbərlər yayılmışdı.

***

Teatrda onu çox incidiblər. İş o həddə çatıb ki, “Sevil” tamaşasının premyerası zamanı onu yıxmaq da istəyiblər: “Sevil” tamaşasında mən düşdüyüm pilləkənlərdən birinin taxta pilləsini vurmamışdılar. Mənim də bundan xəbərim yox idi. Pilləkənləri düşəndə Allah üzümə baxdı ki, ayağımın altındakı boşluğu hiss etdim. Əgər mən ayağımı həmin boşluğa atsaydım, üzü üstə səhnənin döşəməsinə yıxılacaqdım”.

“Arxadan vurulan zərbə” də Ziba, “Sevil” filmində Dilbər, “Gün keçdi” filmində Əsmər roluna çəkilməsinə mane olublar. Uzun illər fəxri ad almasının qarşısı alınıb.

# 16725 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
"Oskar"da "Ən yaxşı kastinq"  kateqoriyası üzrə təxminlər açıqlandı

"Oskar"da "Ən yaxşı kastinq" kateqoriyası üzrə təxminlər açıqlandı

11:30 9 noyabr 2026
"Gələcəyə miras" layihəsinin nəticələri - 32 mindən çox qədim tapıntı aşkarlandı

"Gələcəyə miras" layihəsinin nəticələri - 32 mindən çox qədim tapıntı aşkarlandı

10:40 9 noyabr 2026
Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

18:12 8 noyabr 2026
Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə  mövzusunda yazılmış məşhur romanlar

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar

14:00 8 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər