Həsənağa Turabov onu işsiz qoydu, ölüm ayağında övladları ilə zarafatlaşdı - Fuad Poladova gizli gül göndərən Xalq artistimiz...

Xalq artisti Sofa Bəsirzadə

Xalq artisti Sofa Bəsirzadə

28 fevral 2022
# 12:00

Bu gün Xalq artisti Sofa Bəsirzadənin doğum günüdür. Kulis.az bu münasibətlə onun haqqında 10 maraqlı faktı təqdim edir.

Sofiya Bəşir qızı Bəsirzadə 28 fevral 1918-ci ildə Kazan quberniyasının Çukan kəndində anadan olub. İki yaşında olanda ailəsi Bakıya köçüb. Əsil soyadı Vəzirovadır. Atasının nəsil şəcərəsinə görə səhnəyə ilk addımlarından tamaşaçılar arasında “Bəsirzadə” kimi tanınıb. Bəzi proqram və afişalarda adı "Sofa" kimi yazılıb. Teatr kollektivində də ona "Sofa xanım" deyə müraciət ediblər.

Gənclik illərində Sofa xanım daxili işlər orqanlarında çalışan Soltan Vəzirov adlı biri ilə tanış olur. Bir-birinə məhəbbəti yaranan cütlük bir müddət sonra ailə qururlar. Soltan bəy heç vaxt Sofa xanımın aktrisa olmağına qarşı çıxmır. Onların Camal və Kamal adlı iki oğlu dünyaya gəlir. Lakin, 1971-ci ildə Sofa xanımın həyat yoldaşı qəfil dünyasını dəyişir. Bundan sonra o, tez-tez övladlarına deyir ki, məni atanızın yanında dəfn edərsiniz.

Sofa xanım dindar qadın olub, o, namaz qılıb, oruc tutub. Bir dəfə isə Kəbəni ziyarət edib.

***

Teatr səhnəsində 62 ildən çox çalışan aktrisa bütün yaradıcılığı boyu səhnədə və kinoda əsasən ikinci planda görünüb və xarakterik obrazlar yaradıb. Yüzdən çox obraz ifa edib. "Lənkəran xanının vəziri", "Oqtay Eloğlu", "Od gəlini", "Yaşar", "Dönüş", "Solğuri çiçəklər", "Şeyx Sənan", "Səyavuş", "Canlı meyit", Fedra ("Dəlilər", "Təhminə və Zaur", "Müfəttiş" kimi tamaşalarda maraqlı obrazlar yaradıb.

1990-cı illərin əvvəllərində Akademik Milli Dram Teatrının rəhbərliyi Həsənağa Turabov, Sofa Bəsirzadə də daxil olmaqla bir neçə qocaman aktyoru teatrdakı işindən azad edir. İşsiz qalan aktyorlardan Sofa Bəsirzadə, Məhluqə Sadıqova və Muxtar Avşarov sonradan Amaliya Pənahovanın yaratdığı Bələdiyyə Teatrında işə düzəlirlər.

***

Xalq artisti Fuaf Poladov haqqında kinoşünas Aygün Aslanlının yazdığı “Skafandrlı adam” adlı kitabda nəql edir: “Hər dəfə premyera günü otağıma gələndə stolumun üstündə gül görürdüm. Kostumerdən içəri kimin girdiyini soruşurdum, demirdi. Otağın açarlarından biri də onda olurdu. Amma bir dəfə ağzından qaçırtdı. Sən demə, gülləri Sofa xanım, Sofa Bəsirzadə gətirirmiş”.

Aktrisanın böyük oğlu Camal Vəzirov anasını xatırlayarkən deyir: “Anamın balaca, çoх gözəl bir yastığı var idi. Qastrollara gedəndə o yastığı özü ilə aparır, yalnız o yastıqla dincələ bilirdi. Bir gün bağa gedəndə yastığı yadından çıхıb evdə qalmışdı. Mənə zəng vurub dedi ki, yastığımı gətir. Anamın ölümünə inanmıram. Elə bil o, indi də mənim yanımdadır. Evdə hər şey mənə anamı хatırladır. Hara baхıramsa, anamın nəfəsini, ətrini duyuram. Hər gün dönə-dönə başımın üzərindən asdığım şəklinə baхıram”.

***

Günlərin birində Sofa xanım mədəsində güclü ağrılar hiss edir. Oğlanları tez təcili yardım çağırırlar. Həkim aktrisanın vəziyyətinin ağır olduğunu və onun çox yaşamayacağını deyir. Sofa xanımın tezliklə vəfat edəcəyini bilən ailə onu dincəlib istirahət etməsi üçün sanatoriyaya yerləşdirir.

Bir müddət sonra yatağa düşür. 1999-cu il dekabrın 31-də Sofa xanım övladlarını başına yığır, onların kədərlənməmələri üçün deyib-gülüb zarafat edir, “bir gün gələn bir gün getməlidir” deyir.

Xalq artisti 2000-ci il yanvarın 4-də vəfat edir. Onun Fəхri Хiyabanda dəfn edilməsi üçün yer ayrılsa da, öz vəsiyyətinə uyğun olaraq həyat yoldaşının yanında dəfn edirlər.

# 18893 dəfə oxunub

Oxşar xəbərlər

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

18:12 8 noyabr 2026
Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə  mövzusunda yazılmış məşhur romanlar

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar

14:00 8 noyabr 2026
Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

12:32 8 noyabr 2026
Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

11:55 8 noyabr 2026
"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

10:37 8 noyabr 2026
Azərbaycanda Zəfər Günü  qeyd olunur

Azərbaycanda Zəfər Günü qeyd olunur

09:42 8 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər