“Hərbi jurnalist Rəşad Süleymanov” Media Mükafatı təqdim edildi

“Hərbi jurnalist Rəşad Süleymanov” Media Mükafatı təqdim edildi
2 yanvar 2025
# 10:48

Azərbaycan Mətbuat Şurası və Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin təşkilatçılığı ilə “Hərbi jurnalist Rəşad Süleymanov” Media Mükafatı və onun əsasında Fəxri Diplom növbəti dəfə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində Azərbaycan Mətbuat Şurasında keçirilən tədbirdə televiziya, xəbər saytları, qəzet və informasiya agentliklərində hərbi sahə üzrə fəaliyyət göstərən bir qrup jurnalistə təqdim edilib.

Kulis.az xəbər verir ki, tədbirdə Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, Mətbuat Şurasının İdarə Heyətinin üzvləri Səadət Məmmədova, Rey Kərimoğlu və Bəhruz Məmmədzadə, APA Media Qrupun baş direktoru Vüsalə Mahirqızı, “ASELSAN Bakü” şirkətinin baş direktorunun müşaviri Yaşar İmanov, “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin və “Hərbi jurnalist Rəşad Süleymanov” Media Mükafatının təşkilat komitəsinin sədri Ayaz Mirzəyev, Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri Ramil Məmmədli, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri və Rəşad Süleymanovun ailə üzvləri iştirak ediblər.

Tədbirin əvvəlində Vətən uğrunda canından keçən şəhidlərin və dekabrın 25-də Bakı-Qroznı istiqamətində uçan təyyarənin Aktauda qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra qonaqları salamlayan Mətbuat Şurasının sədri Rəşad Məcid tədbiri giriş sözü ilə açıb. Sədr mükafatlandırılan media nümayəndələrini təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Mərhum hərbi jurnalistlə bağlı xatirələrini bölüşən R.Məcid, Rəşad Süleymanovun Vətənini sevən peşəkar jurnalist olduğunu vurğulayıb.

“Hərbi Jurnalist Rəşad Süleymanov” Media Mükafatı ilə bağlı danışan “Poliqon” jurnalının baş redaktoru Zaur Babaşov bu barədə tədbir iştirakçılarına məlumat verib. Z.Babaşov bildirib ki, gələcəkdə, “Hərbi jurnalist Rəşad Süleymanov” Media Mükafatının beynəlxalq mükafat standartları səviyyəsinə yüksəldilməsi planlaşdırılır.

Tədbirdə çıxış edənlər Rəşad Süleymanovla bağlı xatirələrini bölüşərək mərhum jurnalistin vətənpərvərliyindən, hərbi jurnalistika sahəsindəki fəaliyyətlərindən, Azərbaycan müdafiə sənayesinin beynəlxalq arenada tanıdılmasındakı rolundan danışıblar.

Çıxışların ardından hərbi jurnalist Anar Şuşalı tərəfindən hazırlanan “Rəşad xatirələrdə” sənədli filmi nümayiş olunub.

Daha sonra qalib olan media nümayəndələrinə “Hərbi jurnalist Rəşad Süleymanov” Media Mükafatı və Fəxri Diplom təqdim edilib.

“Hərbi jurnalist Rəşad Süleymanov” Media Mükafatına layiq görülüb:

- Jurnalist Heydər Mirzə – İctimai TV-nin əməkdaşı;

- Jurnalist Teymur Zahidoğlu – ARB TV-nin əməkdaşı;

- Jurnalist Vəfa Ağabalayeva – Real TV-nin əməkdaşı;

- Jurnalist Tahir Ağaməmmədov – AZƏRTAC-ın Qarabağ bölgəsi üzrə müxbiri;

- Jurnalist Elgün Gəncimsoy – APA İnformasiya Agentliyinin bölgə müxbiri;

- Operator İlkin Mehdiyev – “AnewZ” Yayım və Media İstehsalat Şirkətinin əməkdaşı.

“Hərbi jurnalist Rəşad Süleymanov” Media Mükafatı əsasında təsis edilən fəxri diploma layiq görülüb:

- Jurnalist Turqut Bayramov – AzTV Xüsusi Layihələr Studiyasının redaktoru;

- Fəqan Muxtar – Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin əməkdaşı;

- Jurnalist Daşqın Abdullayev – “Report” İnformasiya Agentliyinin əməkdaşı;

- Jurnalist Seymur Əliyev – Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat katibi, Moderator.az xəbər portalının əməkdaşı;

- Jurnalist Vəfa Şəhlayi – ATV-nin əməkdaşı;

- Jurnalist Rahim Mirzəcan – Naxçıvan TV-nin bölgə üzrə redaktoru;

- Operator Şamo İsmayılov – ARB24 TV-nin əməkdaşı.

Azərbaycanın region və dost ölkələr ilə müdafiə sənayesi əlaqələrinə böyük töhfələr vermiş Rəşad Süleymanovun adına təsis edilmiş media mükafatına “ASELSAN Bakü” şirkəti təşkilati dəstək göstərib. Eyni zamanda, “Hərbi jurnalist Rəşad Süleymanov” Media Mükafatının laureatlarına “ASELSAN Bakü” şirkəti tərəfindən hədiyyələr verilib.

Qeyd edək ki, bu mükafatın məqsədi hərbi jurnalistika sahəsində xidmətləri olan şəxslərin fəaliyyətlərinin qiymətləndirilməsini təmin etməklə, onların əməyinin medianın və bütövlükdə cəmiyyətin inkişafı üçün prioritet səciyyə daşıyan istiqamətlərini ictimaiyyətə çatdırmaqdan, hərbi jurnalistikanın cəmiyyət həyatındakı rolunun artırılmasını stimullaşdırmaqdan ibarətdir.

# 1994 dəfə oxunub

Oxşar xəbərlər

Moda əfsanəsi Valentino  Qaravani vəfat etdi

Moda əfsanəsi Valentino Qaravani vəfat etdi

11:00 20 yanvar 2026
Luvr fəaliyyətini dayandırdı

Luvr fəaliyyətini dayandırdı

10:33 20 yanvar 2026
"Bakıdan gəlmişik, azərbaycanlılar bizi qırır" - Hansı jurnalistlər 20 Yanvarı ermənilərin faciəsi kimi göstərdilər?

"Bakıdan gəlmişik, azərbaycanlılar bizi qırır" - Hansı jurnalistlər 20 Yanvarı ermənilərin faciəsi kimi göstərdilər?

10:00 20 yanvar 2026
20 Yanvar faciəsindən 36 il ötür

20 Yanvar faciəsindən 36 il ötür

10:00 20 yanvar 2026
20 Yanvar faciəsi qurbanlarının xatirəsi anıldı

20 Yanvar faciəsi qurbanlarının xatirəsi anıldı

17:50 19 yanvar 2026
"Star Wars"un prezidenti vəzifəsindən ayrıldı

"Star Wars"un prezidenti vəzifəsindən ayrıldı

17:20 19 yanvar 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər