Hamiləliyini hamıdan gizlətdi, əri Bakıdakı məşhur oteldə öldü – "Əhməd haradadır?" filminin Ceyranı...

Nona Pauçiaşvili. Aktrisa

Nona Pauçiaşvili. Aktrisa

13 dekabr 2021
# 12:29

Kulis.az “Əhməd haradadır?” filmindən Ceyran obrazı ilə tanınan Xalq artisti Nona Paçuvaşvili haqqında maraqlı faktları təqdim edir.

Nona Paçuaşvili 1943-cü il oktyabın 2-də Tbilisidə anadan olub. Tbilisi Teatr İnstitutunu bitirəndən sonra Nona Şota Rustavelli adına Dram Teatrına aktrisa kimi işə düzəlib.

***

Nona azərbaycanlı tamaşaçılara "Əhməd haradadır?" filmindəki Ceyran obrazı ilə tanıyıb seviblər. Aktrisanın bu filmə çəkilməsi isə rejissor Adil İsgəndərovun istəyi ilə baş verib.

Filmin çəkilişlərindən bir müddət əvvəl Nona Tamazi adlı şəxslə ailə həyatı qurur. Atası nazir kimi fəaliyyət göstərən Tamazi aktrisa xanımının kino və teatr fəaliyyətinə qarşı heç bir qadağa qoymur, əksinə bu sahədə onu dəstəkləyir.



Rejissor Adil İsgəndərovla Nonanın tanışlığı isə belə olur. Rejissor Tbilisiyə, dostu və tələbə yoldaşı Dodo Aleksidzenin yanına gedir və ona Ceyran rolu üçün aktrisa axtardığını, tələbələrə baxmaq istədiyini söyləyir. Üçüncü kurs tələbələrinin etüdlərinə baxır. Nonanı görən kimi o, "tapdım" deyir.

***

Nona Paçuaşvili özü bu haqda belə xatırlayır:

"Rejissor Adil İsgəndərov Tbilisiyə gələndə mən Teatr İnstitutunun 3-cü kursunda oxuyurdum. O, Ceyran roluna qız axtarırdı. Seçimini mənim üzərimdə saxlaması özüm üçün də sirr olaraq qalır. Azərbaycanlı qızlardan fərqli olaraq sarışın saçlarım və çilli üzüm var idi. Sonralar mənə danışırdılar ki, Adil İsgəndərov məni görən kimi sakitləşərək "onun gözləri Ceyranın gözləri kimidir. O bu rolu oynayacaq" deyib. Bu rejissorla çalışmaq əsl xoşbəxtlik idi. Ümumiyyətlə, bütün çəkiliş qrupu mehriban və şən idi. Fikirləşirəm ki, Adil İsgəndərovun məni seçməsində teatr aktrisası olmağım öz rolunu oynayıb. Axı o çox gözəl teatr rejissoru idi".



Nonanın sözlrəinə görə "Əhməd Haradadır?" filmi üçün onun saçlarını rəngləyir, milli Azərbaycan paltarını geyindirirlər və əlavə olaraq rəqs etməyə öyrədirlər. Aktyor Elxan Qasımovun sözlərinə görə Nonaya rəqs etməyi həm də o, öyrədib.

***

"Əhməd hardadır?" filmi MDB məkanında çox böyük uğur qazanır. Lakin, bu film Nonanın çəkildiyi ilk və son film olur. Buna səbəb isə gürcü aktrisanın çəkilişlər zamanı Bakıda yaşadığı şəxsi faciə olur. Belə ki, aktrisanın həyat yoldaşı film çəkilişləri başlanandan bir müddət sonra Bakıya həyat yoldaşının yanına gəlir. Gecəni həyat yoldaşı ilə birgə keçirən Tamazini tok vurur və o, həyatını itirir.

Bu haqda aktyor Elxan Qasımov deyir:

"O vaxt Nona Paçuaşvili təzə ərə getmişdi. Ona demişdilər ki, filmə əlaqədar hamilə olmasın. O da söz vermişdi. Nonanın əri Tamazi Bakıya ilk çəkilişə gəldi. "İnturist"də qalırdılar. Gecə Nonanın ərini maqnitofondan "tok" vurdu. O, Gürcüstanda bir nazirin oğlu idi. Çox da yaraşıqlı oğlandı Tamazi. Çəkilişlər dayandı, yas mərasimi oldu. Çəkilişlər bərpa olunanda gördük ki, Nona hamilədir. Amma buna görə ona heç kim heç nə deyə bilmədi. Mən onu 40 ildən sonra ilk dəfə gördüm və tanımadım. Bu haqda bir saatlıq film çəkildi. O, qatardan düşəndə bizi çəkməli idilər. Amma Nona vaqondan düşəndə onu görmədim, o da məni tanımadı. İkinci dəfə çəkdik. Elə oldu ki, mən Leninqradda 5 il kinorejissorluqda oxudum, çox gəzdik-dolandıq, Nona ilə görüşmədim. Amma çox mehriban olmuşuq. Ona bir qardaş kimi olmuşam. Anası ilə də yaxın münasibətimiz var idi. Xətrimi çox istəyirdi. İndi də hərdən bir zəngləşirik. Hazırda Nonanın çalışdığı teatrın direktoru "Ad günü" filmində baş qəhrəmanı oynayan aktyordur".



Nona Paçuaşvili isə o faciəni belə xatırlayır: "Məni bu rola dəvət edəndə həyat yoldaşım Tamazi ilə yeni evlənmişdik. Həm zahirən, həm də daxilən çox gözəl insan idi. Mən institutun 3-cü, o isə 5-ci kursunda oxuyurdu. Filmin çəkilişləri vaxtı Tamazi məni görmək üçün Bakıya gəldi. Mehmanxanada səs valları ilə işləyən o vaxtı mikrofonun düyməsini basanda qəfildən onu elektrik cərəyanı vurdu. Yoldaşım gözümün qarşısında canını tapşırdı. Onda mən hamiləliyimin dördüncü ayını yaşayırdım. Çəkilişlərdən imtina eləmək istəyirdim, çünki çox ağlayırdım. Amma elə o vəziyyətdə də işimi davam etdirdim. Sonra oğlum dünyaya gəldi, adını elə atasının şərəfinə Tamazi qoydum".

***

Ərinin ölümü aktrisaya o qədər pis təsir edir ki, o, "Əhməd hardadır?" filmindən sonra bir daha kinoya çəkilməyəcəyinə söz verir və belə də edir. Amma sənətini teatrda davam etdirir.

Aktrisa teatrda “Qafqaz təbaşir dairəsi”, “Mən gəldim”, “Jakonun miqrantları” kimi tamaşalarda maraqlı obrazlar yaradıb.

***

Gürcü teatrına bir-birindən fərqli rollar bəxş edən Nona Paçuaşvili 1981-ci ildə Gürcüstanın xalq atristi adına layiq görülür.

Bütün ömrü boyu məşhur Rustaveli teatrının səhnəsində oynayan aktrisa tanınmış rejissor Robert Sturua ilə birgə çalışır. Onunla bütün dünyanı gəzir. Tbilsinin bir neçə kiçik teatrlarında tamaşalarda oynayır. Bundan əlavə "Evrika" telekanalında müasir dövrün tanınmış aktroylarına həsr olunan müəllif verilişinin aparıcısı olur. 78 yaşlı aktrisa hal-hazırda oğlu və nəvələri ilə birgə Tbilisidə yaşayır.


# 17618 dəfə oxunub

Oxşar xəbərlər

İlqar Xəyal:  "35 il muğam oxudu, heç kim onu tanımadı"

İlqar Xəyal: "35 il muğam oxudu, heç kim onu tanımadı"

17:54 11 dekabr 2024
Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

17:02 11 dekabr 2024
Gizli-gizli sevişdiyim dostumun bacısı – Oğuz Ayvaz

Gizli-gizli sevişdiyim dostumun bacısı – Oğuz Ayvaz

15:28 11 dekabr 2024
“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

13:00 11 dekabr 2024
Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

12:37 11 dekabr 2024
"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

11:30 11 dekabr 2024
# # #