Hamı döyüşür, hamı məğlub olur - Cavanşir Yusifli

Hamı döyüşür, hamı məğlub olur - Cavanşir Yusifli
27 iyun 2023
# 14:00

Kulis.az Cavanşir Yusiflinin "Bitməyən yazılar" adlı yeni yazısını təqdim edir.

"Bədii mətn nə deyir?"dən çox "Bədii mətn nə istəyir?" önəmlidir.

Bədii mətn bizdən ideya yaratmağı istəyir. Ən gözəl və mükəmməl deyilə biləcək mətnlər məhz bunu istəyir, onların məzmun nağıllanmasına, geniş və ucuz semantik təhlillərə ehtiyacı yoxdur, bədii mətn "mənə görə oxucu üçün ideya yarat" deyir. Bu səbəbdən ədəbi tənqidin analitik olmaqdan başqa çarəsi və şansı yoxdu. Bədii mətnlər haqqında yazılanların çoxu lazımsız improvizasiyalarla doludur, əslində bunu kimsə istəmir və arzu etmir.

Güclü ideyadan yaranmış bədii mətn oxucu üçün özündən daha böyük ideya yaratmağı istəyir.

M.F.Axundzadənin "Mollayi-Ruminin və onun təsnifi babında" essesi kimi.

Elə bir ideya yarat ki, məsələn Şəhriyarın şeirləri orada yaşaya bilsin, Əli Kərimin şeirləri nəfəs ala bilsin, o məkanda zəif mətnlər görünməsin, heç olmamış kimi...

Yazıda ideya düşündürür, məsələyə həm yenidən, həm başqa gözlə baxmağa sövq edir. İmprovizasiya mətləbin dərinliyini yox, səthini işıqlandırır. İmprovizasiya çoxsözlüdür, mənalar sözlərdən qaçır... "Don Kixot" haqqında nə qədər əsər var, böyük əksəriyyəti onun dərinliyini üzə çıxarmağa həsr edilib, alınıbmı, yox, çünki okeanın dərinliyi sadəcə boğulmaq üçündür. Sörfinq oyunu var, dalğalarla ölüm-dirim savaşı, ən yüksək dalğadan dənizin dibinə qədər enib sağ qalsan "Don Kixot"u, Folkneri, "Klimancaro qarları"nın dərinliyini görmüş kimi olarsan. Bircə andır bu, tək bircə an. Ədəbiyyata hakim olan yeganə amil maksimalizmdir, bu ərazidə hər şey ən yüksək meyarlarla ölçülür. Böyük ədəbi nümunələrdən yazanda gücümüz görsənir, anlamaq və anlatmaq səninlə bədii mətnin müqavimətindən hasil olur, zəif əsərləri tərifləyəndə güc və müqavimətdən söz açıla bilməz. Sən güzəştə gedirsən, haçansa Madam Bovaridən yazacaqsansa ona bəri başdan bütün faktorlar üzrə uduzursan.

Böyük əsərlərlə təkcə sən döyüşmürsən, onlara hamı uduzur, onlardan qaça-qaça onları ən gizlin qatlarda təqlid edirlər. Bu qanlı savaş klassikada ən çox Məhəmməd Füzulidə görsənir. Deyilməmiş söz, fikir uğrunda şam şöləsinin altında, zəvvar kimi keçən şair bu məmləkətə gəlib çatmayıb hələ, çünki o yol bitən deyil. Şəhriyar... bircə misra: ömür keçdi, gələmmədim, gec oldu...

Bir də, yazıda ilk hiss etdiyin şeyə qayıtmaq, insan nə yazır yazsın, əvvəl-axır bu həsrət nöqtəsinə gəlib çıxar. Və yazı bitmir, ömür bitsə də...

# 2499 dəfə oxunub

Oxşar xəbərlər

Nəşriyyat işçilərinin 77 faizi süni intellektə qarşıdır - Kitab dünyasında narahatlıq artır

Nəşriyyat işçilərinin 77 faizi süni intellektə qarşıdır - Kitab dünyasında narahatlıq artır

13:28 11 noyabr 2026
Vyetnam müharibəsində iştirak edən tanınmış dublyajçı vəfat etdi

Vyetnam müharibəsində iştirak edən tanınmış dublyajçı vəfat etdi

12:27 11 noyabr 2026
Əfsanəvi musiqiçi milyarderlər sırasına daxil oldu

Əfsanəvi musiqiçi milyarderlər sırasına daxil oldu

12:00 11 noyabr 2026
Döşəmənin altından danışan qarışqayeyənlər çıxır - Haruki Murakamidən yeni roman

Döşəmənin altından danışan qarışqayeyənlər çıxır - Haruki Murakamidən yeni roman

11:40 11 noyabr 2026
İngiltərə Oksforddakı tarixi insan qalıqlarını Naqa xalqına qaytardı

İngiltərə Oksforddakı tarixi insan qalıqlarını Naqa xalqına qaytardı

11:20 11 noyabr 2026
1200 səhifəlik roman böyük mükafat qazandı - Müəllif əsər üzərində 20 il işləyib

1200 səhifəlik roman böyük mükafat qazandı - Müəllif əsər üzərində 20 il işləyib

11:00 11 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər