Günel Natiqin yeni kitabının təqdimatı keçirildi

Günel Natiqin yeni kitabının təqdimatı keçirildi
28 aprel 2025
# 10:23

“Qanun” nəşriyyatında yazıçı Günel Natiqin “Gözəl günlər naminə” kitabının təqdimatı və imza günü keçirilib.

Kulis.az xəbər verir ki, tədbiri giriş sözü ilə nəşriyyatın redaktoru, yazıçı Şərif Ağayar açıb. O, “Qanun” nəşriyyatının yazarların oxucularla birbaşa ünsiyyət qurması üçün təşkil etdiyi imza günlərinin əhəmiyyətindən danışıb, Günel Natiqin yeni kitabını müəllifin yaradıcılıq axtarışlarının davamı kimi dəyərləndirib.

Tədbirin aparıcısı yazıçı Təranə Vahid çıxışında Günel Natiqin müasir ədəbiyyatda özünəməxsus dəst-xəttinin olduğunu, ədəbiyyata təsadüfən gəlmədiyini, dünya ədəbiyyatından ilham alaraq öz ədəbi üslubunu formalaşdırdığını qeyd edib: “Günelin yazılarını oxuyanda sən ordakı insanların taleyini, psixoloji portretlərini görürsən,” – deyə o bildirib.

Yazıçı Azad Qaradərəli çıxışında Günel Natiqlə uzun illər Dövlət Radiosunda birgə çalışdıqlarını xatırladaraq, onun fərqli səs tonu və söz duyumu ilə radio verilişlərində seçildiyini qeyd edib. Günelin atasına, tanınmış tərcüməçi və yazıçı Natiq Səfərova həsr etdiyi “Ayı dərisi” povestinə toxunaraq, “Hər bir yazar özünü yazır, özünü yazmayan yazıçı yazıçı deyil,” – fikrini səsləndirib.

“Azərbaycan” jurnalının baş redaktor müavini Südabə Ağabalayeva da tədbirdə çıxış edərək, 2015-ci ildə Günel Natiqin “Kağız gəmilər” kitabını oxuduqdan sonra onu jurnal ilə əməkdaşlığa dəvət etdiyini qeyd edib. O, müəllifin insan talelərini ustalıqla qələmə aldığını, tənhalığın müxtəlif çalarlarını əsərlərinə köçürə bildiyini vurğulayıb. Südabə Ağabalayeva bildirib ki, “Azərbaycan” jurnalında “Ədəbi talelər” rubrikasının yaranması və daha sonra eyniadlı kitabın nəşri də bu əməkdaşlığın uğurlu nəticələrindəndir.

Tərcüməçi Seyfəddin Hüseynli çıxışında Günel Natiqin fəaliyyət göstərdiyi müxtəlif sahələrdəki peşəkarlığından söz açıb.

Naşir Şahbaz Xuduoğlu çıxışında görkəmli tərcüməçi Natiq Səfərovla uzun illər davam edən dostluq münasibətlərindən bəhs edib, ondan bir ustad kimi çox şey öyrəndiyini vurğulayıb.

O, Günel Natiqin yeni kitabının nəşrini ədəbi irsin davamı kimi qiymətləndirib.

Daha sonra yazıçı-publisist Qorxmaz Şıxalıoğlu, Azərbaycan Nyu-York Diaspor Cəmiyyətinin vitse-prezidenti Zəminə Mirhadiyeva, şair-tərcüməçi Rəfail Tağızadə, rəssam Sehran Allahverdi, yazıçı İlhamə Nasir, şair Mina Rəşid, şair Səfər Rzasoylu, şair, jurnalist Fuad Biləsuvarlı, tədqiqatçı- alim Elçin Qaliboğlu, Azərbaycan Radiosunun “Xüsusi layihələr” departamentinin rəhbəri Dilşad Tahirqızı və digər qələm adamları çıxış edərək Günel Natiqin yazıçı və jurnalist kimi məziyyətlərindən söz açıblar.

Tədbirin yaddaqalan məqamlarından biri Dövlət Radiosunun tanınmış diktoru, Xalq artisti Eldost Bayramın “Gözəl günlər naminə” kitabından “Epidemiya” hekayəsini səsləndirməsi olub. Onun ifası tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Tədbirin sonunda müəllif Günel Natiq çıxış edərək tədbirə gələnlərə, oxuculara və onu dəstəkləyən dostlarına təşəkkürünü bildirib. Daha sonra oxucular üçün kitablarını imzalanıb.

# 1576 dəfə oxunub

Oxşar xəbərlər

"Alimin ömrü boyu güc-bəla ilə öyrəndiyini sevgi bircə gündə öyrədir..." - Ralf Uold Emersondan sitatlar

"Alimin ömrü boyu güc-bəla ilə öyrəndiyini sevgi bircə gündə öyrədir..." - Ralf Uold Emersondan sitatlar

15:00 27 aprel 2026
“Türkiyədə tanınmış azərbaycanlıların izi ilə”: Əhməd bəy Ağaoğlu irsi Rizə sərgisində

“Türkiyədə tanınmış azərbaycanlıların izi ilə”: Əhməd bəy Ağaoğlu irsi Rizə sərgisində

14:30 27 aprel 2026
VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçiriləcək

VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçiriləcək

14:25 27 aprel 2026
Qətlə yetirilən məşhur rejissorun oğlu atasından danışdı

Qətlə yetirilən məşhur rejissorun oğlu atasından danışdı

14:12 27 aprel 2026
“Hər qələmdən bir həyat”  adlı antologiyanın təqdimatı keçirildi

“Hər qələmdən bir həyat” adlı antologiyanın təqdimatı keçirildi

13:54 27 aprel 2026
Xalq artisti Ramiz Həsənoğlunun 80 illik yubileyi qeyd ediləcək

Xalq artisti Ramiz Həsənoğlunun 80 illik yubileyi qeyd ediləcək

13:50 27 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər