Günay Əfəndiyeva TÜRKPA-nın 12-ci plenar iclasında çıxış etdi

Günay Əfəndiyeva TÜRKPA-nın 12-ci plenar iclasında çıxış etdi
1 may 2023
# 16:00

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Türkiyənin Ankara şəhərində TÜRKPA-nın “Daha ədalətli dünya üçün parlament diplomatiyası: enerji, miqrasiya, ərzaq” mövzusunda keçirilən 12-ci plenar iclasında çıxışı edib.


Kulis.az xəbər verir ki, iclasda çıxış edən Günay Əfəndiyeva Türkiyə Cümhuriyyətinin quruluşunun 100-ci ildönümü münasibətilə təbrik edərək, bu ilin əvvəlində ölkənin böyük təbii fəlakətlə üzləşməsinin bütün Türk Dünyasını dərindən sarsıtdığını qeyd edib.

Fondun prezidenti Türkiyəyə dəstək məqsədilə rəhbərlik etdiyi təşkilat tərəfindən müxtəlif layihələrin həyata keçirildiyini bildirib.

Günay Əfəndiyeva Türk Əməkdaşlıq Təşkilatlarından ən gənci olan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun TÜRKPA ilə əlaqələrindən bəhs edərək, deyib: “Ötən ildən etibarən beynəlxalq heyətlə tam hüquqlu fəaliyyətinə başlayan Fond tərəfindən türk dövlətlərinin parlament nümayəndələri ilə keçirilən görüşlər, onların təşkilatın müxtəlif tədbirlərində fəal iştirakları TÜRKPA ilə münasibətlərimizi daha da gücləndirməkdədir.

Bu dönəmdə Fond tərəfindən Nizami Gəncəvi, Əlişir Nəvai, Yunus Emre, Məhdimqulu Fəraqi, Abay Kunanbayev, Çingiz Aytmatov, Mikloş Radnoti və digər böyük sənətkarlara həsr olunmuş tədbirlər çərçivəsində təşkilatın mərkəzi qərargahında üzv dövlətlərin millətvəkilləri ilə görüşlər gerçəkləşdirildi. Bu ay Özbəkistanla təşkilat arasında mədəni sahədə tərəfdaşlığı genişləndirmək üçün ölkənin Ali Məclisinin sədri ilə görüşdük.

İki gün öncə Bakıda Fondun himayəsi ilə millətvəkillərinin iştirakları ilə Türk Dünyasının böyük oğlu Heydər Əliyevin 100 illiyi çərçivəsində görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun 95-ci ildönümü qeyd olundu. Fondun təşkilatçılığı ilə tamaşa göstərildi. Düşünürəm ki, bunlar TÜRKPA ilə mövcud əməkdaşlığımızın önəmli nümunələrindəndir”.

Günay Əfəndiyeva “Türk dünyasına baxış - 2040” çərçivəsində Fond tərəfindən aparılan işlərdən söz açaraq, bildirib: “Təşkilat Türk Dünyasının mədəni irsinə dair saziş sənədi hazırlamaqdadır. Sənəd yaxın günlərdə təşkilatın üzv ölkələrinə və parlamentlərinə göndəriləcəkdir. Eyni zamanda, ümumtürk irsi ilə bağlı, tərəfimizdən bu il Türküstanda Türk Dövlətləri Təşkilatının Zirvə Toplantısı çərçivəsində böyük bir sərginin təşkili nəzərdə tutulur.”

Günay Əfəndiyeva təşkilatın Qarabağın incisi Şuşa şəhərinin 2023-cü il üzrə Türk Dünyasının Mədəniyyət Paytaxtı ünvanını daşıması ilə əlaqədar layihələrindən də danışıb: “Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Şuşanın tarixi və mədəni irsinin müxtəlif ölkələrdə tanıdılması yönündə “Şuşa Günləri” adlı böyük layihə başladılıb. Şuşa tarix boyu görkəmli sənətkarların məskəni olmuşdur. Eyni zamanda işğaldan azad edilməsi ilə şəhər bütün Türk Dünyasında qürurun, fəxarətin rəmzinə çevrilmişdir. Təşkilatın ötən il Bursada və bu il Daşkənddə keçirdiyi “Şuşa Günləri”nin Türk Dünyasının digər şəhərlərində də təşkili planlaşdırılmaqdadır”.

# 1975 dəfə oxunub

Oxşar xəbərlər

“The Comeback King”  filminin treyleri yayımlandı

“The Comeback King” filminin treyleri yayımlandı

18:51 19 noyabr 2026
Xulio İqlesias  barəsində araşdırma başladı

Xulio İqlesias barəsində araşdırma başladı

17:48 19 noyabr 2026
“Glastonbury-2027”nin əsas ifaçıları məlum oldu

“Glastonbury-2027”nin əsas ifaçıları məlum oldu

17:12 19 noyabr 2026
Məşhur yazıçı vəfat etdi

Məşhur yazıçı vəfat etdi

16:47 19 noyabr 2026
Elton Con süni intellektə qarşı sənətçiləri müdafiə etdi: “Yaradıcılığımızı əlimizdən almayın”

Elton Con süni intellektə qarşı sənətçiləri müdafiə etdi: “Yaradıcılığımızı əlimizdən almayın”

16:21 19 noyabr 2026
“İvan İliçin ölümü” tamaşasının premyerası keçirildi

“İvan İliçin ölümü” tamaşasının premyerası keçirildi

15:55 19 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər