Günay Əfəndiyeva Qazaxıstanın mədəniyyət və idman naziri ilə görüşdü

Günay Əfəndiyeva Qazaxıstanın mədəniyyət və idman naziri ilə görüşdü
16 may 2023
# 12:15

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva “2023-cü il Şuşa - Türk Dünyasının Mədəniyyət Paytaxtı” ilinin rəsmi açılış mərasimi çərçivəsində təşkilatı ziyarət edən Qazaxıstan Respublikasının mədəniyyət və idman naziri Asxat Oralovla görüşüb.

Kulis.az xəbər verir ki, görüşdə Şuşa şəhərinin 2023-cü ilin “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunmasının bütün türk xalqları tərəfindən böyük qürur və fəxarət hissi ilə qarşılandığı bildirilib. Fond tərəfindən Türk dünyasının şəhərlərində Şuşanın qədim tarixi irsinin, dəyərlərinin tanıdılması məqsədilə keçirilən tədbirlərin əhəmiyyəti vurğulanıb. Fondun Bursa və Daşkənddə təşkil etdiyi geniş miqyaslı “Şuşa günləri” layihəsinin Qazaxıstanda keçirilməsi planlaşdırılıb.

Görüşdə ümumtürk mədəni irsinin öyrənilməsi, qorunması və dünyada təbliği sahəsində nəzərdə tutulan birgə tədbirlər müzakirə olunub. Eyni zamanda, nazir Fondun Qazaxıstanla sıx əməkdaşlığını yüksək qiymətləndirərək, təşkilatın ölkənin mədəniyyətinin təbliği istiqamətindəki layihələrini dəstəkləməyə hər zaman hazır olduğunu bildirib. Qazaxıstanın Abay, Jambul Jabayev və digər görkəmli ədəbi simalarının yubileyləri çərçivəsində təşkilat tərəfindən aparılmış işlərdən bəhs olunub. Fond tərəfindən Abaya həsr edilmiş yeni kitabın yaxın zamanda işıq üzü görəcəyi diqqətə çatdırılıb.

Görüş Fond ilə Qazaxıstanın qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafı, eləcə də gələcək ortaq layihələr istiqamətində fikir mübadiləsi ilə başa çatıb.

# 1886 dəfə oxunub

Oxşar xəbərlər

Qərbi Azərbaycana həsr olunmuş kitabın özbək dilində nəşri təqdim edildi

Qərbi Azərbaycana həsr olunmuş kitabın özbək dilində nəşri təqdim edildi

18:40 11 noyabr 2026
Məşhur musiqiçi süni intellektlə hazırlanan mahnıları tənqid etdi

Məşhur musiqiçi süni intellektlə hazırlanan mahnıları tənqid etdi

18:38 11 noyabr 2026
“İki aktrisa üçün baş rol” əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlanıldı

“İki aktrisa üçün baş rol” əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlanıldı

18:11 11 noyabr 2026
“My Chemical Romance”dan tarixi rekord

“My Chemical Romance”dan tarixi rekord

18:06 11 noyabr 2026
Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxsin məhkəməsi başlayır

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxsin məhkəməsi başlayır

17:07 11 noyabr 2026
27 yaşlı aktrisanın meyiti küçədə tapıldı

27 yaşlı aktrisanın meyiti küçədə tapıldı

17:04 11 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər