Günay Əfəndiyeva Kanat Tumışla görüşdü

Günay Əfəndiyeva Kanat Tumışla görüşdü
2 mart 2023
# 17:37

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva təşkilatın baş qərargahında Qazaxıstan Respublikasının Xarici İşlər Nazirinin müavini Kanat Tumışla görüşüb.

Kulis.az xəbər verir ki, fondun prezidenti qonağı salamlayaraq Qazaxıstanda bu gün qeyd olunan Təşəkkür Günü münasibətilə cənab Tumışı təbrik edib.

Görüş zamanı Günay Əfəndiyeva Fondun fəaliyyətindən, Türk xalqların çoxəsrlik tarixinin, zəngin mədəniyyətinin təbliği məqsədilə dünyanın müxtəlif ölkələrində həyata keçirilən və gələcəkdə nəzərdə tutulan tədbirlərdən söz açıb. Fondun prezidenti Türk Dünyasının qədim irsinin beynəlxalq aləmdə təbliği ilə bağlı birgə layihələrin görülməsinin əhəmiyyətindən bəhs edib.


Qazaxıstan Respublikasının Xarici İşlər Nazirinin müavini Kanat Tumış Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən görülən işləri yüksək qiymətləndirərək, təşkiilatın türk ölkələri arasında əməkdaşlığın möhkəmləndiriməsinə xüsusi töhfələr verdiyini vurğulayıb. O, eyni zamanda Qazaxıstanın Fond tərəfindən keçirilən layihələrə hərtərəfli dəstək verəcəyini bildirib.


Görüşdə Fondun fəaliyyət göstərdiyi illər ərzində yalnız Türk dövlətləri ilə deyil, digər ölkələrlə də tərəfdaşlıq münasibətlərinin mövcudluğu və digər beynəlxalq təşkilatlarla əməkdaşlığın önəmi qeyd edilib. Tərəflər bu il Qazaxıstanda keçiriləcək Türk Dövlətləri Təşkilatının X Zirvə Görüşünün Türk dövlətlərinin inteqrasiyası üçün böyük əhəmiyyət daşıdığını bildirib.

Eyni zamanda, bu il Azərbaycanın və bütövlükdə Türk Dünyasının böyük oğlu Heydər Əliyevin 100 illiyi, Türk təsəvvüfünün banisi Əhməd Xoca Yasəvinin 930 illiyi, məşhur türk hökmdarı Sultan Beybarsın 800 illiyi kimi əlamətdar tarixlərin Türk Dünyasında təntənə ilə qeyd edildiyi vurğulanıb.


Görüşdə Qazaxıstan ilə təşkilata üzv və müşahidəçi ölkələrin mədəniyyətləri arasında qarşılıqlı əlaqələrin genişləndirilməsinin perspektivləri müzakirə olunub.

# 3282 dəfə oxunub

Oxşar xəbərlər

Deyv Qrolun qızı “Aclıq oyunları” üçün yeni mahnı yazdı – “Metal Birds” təqdim edildi

Deyv Qrolun qızı “Aclıq oyunları” üçün yeni mahnı yazdı – “Metal Birds” təqdim edildi

17:46 14 noyabr 2026
“Blink-182”, “Evanescence” və “Bring Me The Horizon”  ilk dəfə Dounload Festivalının əsas səhnəsinə çıxacaq

“Blink-182”, “Evanescence” və “Bring Me The Horizon” ilk dəfə Dounload Festivalının əsas səhnəsinə çıxacaq

16:55 14 noyabr 2026
Stivi Uander səhnədən Maklemoru müdafiə etdi: “İstəyirsinizsə, məni də qadağan edin”

Stivi Uander səhnədən Maklemoru müdafiə etdi: “İstəyirsinizsə, məni də qadağan edin”

16:01 14 noyabr 2026
Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

14:12 14 noyabr 2026
Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

14:00 14 noyabr 2026
“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı oldu - FOTO

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı oldu - FOTO

13:16 14 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər