Gözdən əlillər üçün daktil kitablar hazırlandı

Gözdən əlillər üçün daktil kitablar hazırlandı
29 dekabr 2022
# 14:00

Görmə məhdudiyyətli uşaqlar üçün ətraf aləmin dərk edilməsinə dəstək məqsədilə “Daktil əylənək, daktil öyrənək” adlı layihələr çərçivəsində yumşaq materiallardan daktil kitablar hazırlanıb.

Kulis.az xəbər verir ki, bunu Gözdən Əlillər Cəmiyyətinin XVIII qurultayında cəmiyyətin prezidenti Səmyar Abdullayev deyib.

Onun verdiyi məlumata görə, ötən qurultaydan sonrakı dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyi ilə birgə əməkdaşlıq nəticəsində 32 cizgi filmi, 7 bədii filmin tiflo və surdo şərhləri hazırlanıb, 12 bədii əsər müyəssər formatda nəşr edilib.

“Görmə məhdudiyyəti olan gənc musiqiçilərin ifasında Zəfər Gününə həsr edilmiş “Zəfər notları” adlı klip çəkilib, Qarabağ uğrunda döyüşlərdə Milli Qəhrəman adına layiq görülənlər haqqında yazılmış bioqrafik əsərlər Brayl üsulu ilə çap edilib, məktəbəqədər yaşlı uşaqlar üçün 7 nağıl, məktəbəqədər uşaqlar üçün “Əlifbanı öyrənirəm” və “Saymağı öyrənirəm” kitabları hazırlanıb. Tanınmış gözdən əlil şair Qiya Paçxataşvilinin sözlərinə musiqi bəstələnib və orkestrın müşayiəti ilə oranjiman edilərək Gözdən Əlillər Cəmiyyətinin himni kimi qəbul edilib”, - deyə cəmiyyətin rəhbəri bildirib.

Gözdən əlillər üçün 12 bədii əsər müyəssər formatda nəşr edilib

# 3153 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər