“Göz həkimi” tamaşası nümayiş etdirildi

“Göz həkimi” tamaşası nümayiş etdirildi
1 iyun 2023
# 11:00

Səhiyyə Nazirliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin təşkilatçılığı ilə mayın 31-də Gənc Tamaşaçılar Teatrında akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş "Göz həkimi" tamaşası nümayiş olunub.

Kulis.az-a teatrın mətbuat xidmətindən verilən məlumata görə, nümayişdən əvvəl Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əliyevanın həyat və fəaliyyətini əks etdirən foto-sərgi tədbir iştirakçıları – səhiyyə və tibb işçiləri, ictimaiyyət nümayəndələri tərəfindən rəğbətlə qarşılanıb.

Daha sonra Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) direktoru Qəhrəman Haqverdiyev çıxış edərək akademik Zərifə Əliyevanın əzmkar və fədakar fəaliyyətini vurğulayıb:

“Zərifə xanım insanları traxoma adlı dəhşətli xəstəlikdən xilas etmək üçün ölkəmizdə göz xəstəliklərinin geniş yayıldığı rayonlara gedib, əhali arasında tibbi maarifləndirmə aparıb, bölgələrdə oftalmoloqlarla görüşüb, uğurlu müalicə metodları, profilaktika tədbirləri barədə çıxışlar edib və onun bu əzmkar mübarizəsi uğurla nəticələnib”.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İradə Hüseynova Azərbaycanın görkəmli alimi Zərifə Əliyevanın elmdə yeni istiqamətlərdə apardığı tədqiqatlardan söz açıb, peşə oftalmologiyasının əsasını qoyduğunu və bu sahədə qiymətli araşdırmalar apardığını nəzərə çatdırıb.

Çıxışlarda həmçinin vurğulanıb ki, görkəmli alim, tibb elmləri doktoru, professor Zərifə xanım Əliyevanı xalqımız sadə və mehriban, savadlı göz həkimi kimi sevirdi. Təsadüfi deyil ki, ötən əsrdə nümayiş olunan “Göz həkimi” televiziya tamaşası, gözlərə işıq, insanlara həyat bəxş edən oftalmoloqların əzmkar fəaliyyəti izləyicilər tərəfindən böyük sevgiylə qarşılanıb.

Daha sonra Akademik, oftalmoloq Zərifə xanım Əliyevanın 100 illik yubileyi münasibətilə hazırlanan və yeni quruluşda ilk dəfə nümayiş olunan tamaşa nümayiş olunub.

Qeyd edək ki, səhnə əsərinin rejissoru Gülnar Hacıyeva, əsas rolların ifaçıları Gənc Tamaşaçılar Teatrının aktyorları – Əməkdar artistlər: Şəfəq Əliyevaz Elnur Bəhramxan, İlham Əsədov, aktyorlar Kərəm Hadızadə, Ədalət Əbdülsəməd, Mehriban Hüseynova, Səbinə Məmmədzadə, Zülfiyyə Alhüseynova, Elşən Şıxəliyev, Ramil Məmmədov, Zümrüd Quliyeva idi.

Azərbaycan səhiyyə və tibb işçilərinin fədakarlığından bəhs edən tamaşa alqışlarla qarşılanıb, iradəli, əzmkar, çətin əməliyyatların öhdəsindən uğurla gələn, xalqımızın sadə və mehriban göz həkimi Zərifə xanım Əliyevanın nurlu siması bir daha göz önündə canlanıb.

# 4045 dəfə oxunub

Oxşar xəbərlər

Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
"Oskar"da "Ən yaxşı kastinq"  kateqoriyası üzrə təxminlər açıqlandı

"Oskar"da "Ən yaxşı kastinq" kateqoriyası üzrə təxminlər açıqlandı

11:30 9 noyabr 2026
"Gələcəyə miras" layihəsinin nəticələri - 32 mindən çox qədim tapıntı aşkarlandı

"Gələcəyə miras" layihəsinin nəticələri - 32 mindən çox qədim tapıntı aşkarlandı

10:40 9 noyabr 2026
Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

18:12 8 noyabr 2026
Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə  mövzusunda yazılmış məşhur romanlar

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar

14:00 8 noyabr 2026
Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

12:32 8 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər