Göy qurşağını “Gey qurşağı” kimi görənlər - Aqşin Yenisey yazır...

Göy qurşağını “Gey qurşağı” kimi görənlər - Aqşin Yenisey yazır...
2 iyun 2023
# 11:50

Kulis.az Aqşin Yeniseyin yazısını təqdim edir.

Göy qurşağını artıq “Gey qurşağı” kimi görməyimizin qarşısıalınmaz səbəbləri haqqında düşündükcə mədəniyyət əmbizinin anac toyuğuna çevrilir adam.

Bu əmbizdə eşənək atdıqca ortaya çıxır ki, Vakka kimi yazarların kəhanəti deyəsən gerçəkləşir: Yeni bir Orta əsrlərə daxil oluruq.

Orta əsrlər insanı teosentrik (allahmərkəzli) insan idi, bütün fikirlərin allahdan gəldiyinə inanırdı və bütün həyatını din üzərində qurmuşdu.

Amma hansı din? Əlbəttə ki, öz məqsədləri naminə təriqətlər halına sala bildiyi din. Təriqətlər bütün dinlərdə dinə yaxınlaşma deyil, dindən uzaqlaşma praktikasıdır. Dinin ali dəyərlərini sektaların şəxsi, siyasi, iqtisadi və s. maraqlarına uyğunlaşdırmaq cəhdləridir. Bu gün bütün dünyada “əsl din” deyə bir şey yoxdur, inanclılar din adı altında Orta əsr təriqətlərinə inanırlar.

Bu gün heç harada “əsl islam” olmadığı kimi “əsl xristianlıq”, “əsl musəvilik” də yoxdur. “Əsl islam” təriqətləşməmiş islamdır ki, bu da heç kimə lazım olmayan bəşəri dəyərlər toplusudur.
“Əsl islam” din deyil, mədəniyyətdir! “Əsl islam” müsəlmanın bu gün daş-qalaq etdiyi bir dindir. Bu davranış digər dinlərə də aiddir.

Təriqətin əsas məqsədi sayca çoxalmaq, dünya insanını zəbt etməkdir. Allahmərkəzli təriqətlər çoxalma prosesində ədəbiyyatın, xüsusilə şerin gücündən istifadə edirdilər.

Bu gün dinindən asılı olmayaraq inanclıların adına din deyib inandıqları işlərinə yarayan Orta əsr təriqətləridir.

Modern çağ insanı antoposentrikdir (insanmərkəzli). O düşünür ki, bütün ideyalar insandan gəlir və insana qayıdır.
Sosializm, kommunizm, faşizim, liberalizm, neoliberalizm, feminizm, lgbt-çilik və s. modern çağın təriqətləridir ki, ümumi “demokratiya” adı altında iş görürlər. Teosentrik təriqətlər kimi, antroposentrik təriqətlərin də məqsədi dünya insanını zəbt etməkdir.

Bu gün dünyada “əsl din” olmadığı kimi, “əsl demokratiya”da yoxdur. “Əsl demokratiya” da heç kimə lazım olmayan bəşəri dəyərlərdir ki, onun üzərində nə sosialist, nə faşist, nə neoliberal, nə feminist cəmiyyət qurmaq və yaymaq mümkündür. Özünə demokrat deyən də bu modern təriqətlərdən birinin üzvüdür ki, yoluna yaramayan bütün fikir və fərdlərin düşmənidir.

Yad düşüncəyə aqressiv münasibət baxımından bir qərməti ilə bir neoliberalistin heç bir fərqi yoxdur.
Modern təriqətlər də dünya insanını zəbt etmək üçün medianın gücündən yararlanır. Söz və fikir azadlığını da buna görə siyasiləşdiriblər.

Göy qurşağının Gey qurşağı kimi anlaşılması demokratiya adı altında təriqətləşmiş LGBT-çiliyin media vasitəsi apardığı təbliğatın nəticəsidir. Zəruru qeyd olaraq bildirim ki, modern təriqətlər birmənalı olaraq modern Qərb təriqətləridir. Öz şərtləri, tələbləri var.

İstər dini, istər demokratik təriqətlərin əsas hədəfi kal gənclərdir. Dini təriqətlər qədim gəncləri cənnət illuziyası ilə cəlb edirdi. Eyni cənnəti Qərb öz simasında təklif edir. Demokratiya da müasir gənclər üçün cənnətin yerüstü alternatividir.
Qədim gənclər dini cənnət üçün kişi kimi canlarından keçirdilər, müasir gənclərdən demokratik cənnət üçün canlarını deyil, kişiliklərini qurban vermələri tələb olunur.

Bu gün ABŞ məktəblərində on yaşından yuxarı bütün uşaqlar cinsi kimliklərini aşındırmağın yolları haqqında düşünməyə məcbur edilirlər.

Tarixin bütün dövrlərində geylər, lezbiyanlar, biseksuallar filan olub, amma tarixin heç bir dövründə bu, bir seçim olmayıb.

Əksər xalqların mifologiyasında göy qurşağı dişiliyin simvoludur. Məsələn, Oğuz mifində göy qurşağı Fatma nənənin belinə bağladığı qurşaq mənasında yozulur. Göy qurşağını gey qurşağına çevirən demokratik təriqətlər isə bizə bunu aşılayır: Fatmanın erkəyi, dişisi olmamalıdır!

# 2578 dəfə oxunub

Oxşar xəbərlər

“Hörümçək adam” "Titanik"i geridə qoydu - Tarixi uğur

“Hörümçək adam” "Titanik"i geridə qoydu - Tarixi uğur

15:30 31 avqust 2026
Ata-anası ona cehiz seçirdi, o isə taksiyə əyləşib... – Zorla evləndirilən 17 yaşlı qız necə xilas edildi?

Ata-anası ona cehiz seçirdi, o isə taksiyə əyləşib... – Zorla evləndirilən 17 yaşlı qız necə xilas edildi?

15:00 31 avqust 2026
"Avroviziya Asiya 2026"nın ilk iştirakçıları

"Avroviziya Asiya 2026"nın ilk iştirakçıları

14:00 31 avqust 2026
Azərbaycanın milli-mədəni irsi Norveç festivallarında

Azərbaycanın milli-mədəni irsi Norveç festivallarında

13:40 31 avqust 2026
Troya sərgisi rekord qırdı – Türkiyə və İtaliya əməkdaşlığı

Troya sərgisi rekord qırdı – Türkiyə və İtaliya əməkdaşlığı

13:05 31 avqust 2026
Zemfira Qafarova:  "Atam Sibirdə olanda anam boşandı, “Kirpi”nin rəssamına ərə getdi" - Müsahibə

Zemfira Qafarova: "Atam Sibirdə olanda anam boşandı, “Kirpi”nin rəssamına ərə getdi" - Müsahibə

12:54 31 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər