Gəncədə kitab sərgisi keçiriləcək

I Gəncə Kitab Sərgisi

I Gəncə Kitab Sərgisi

17 noyabr 2021
# 16:30

26-28 noyabr tarixlərində Gəncədə “Azərbaycan Nəşriyyatları” İctimai Birliyinin (ANİB) təşkilatçılığı ilə “I Gəncə Kitab Sərgisi” təşkil olunacaq.

Kulis.az xəbər verir ki, “Nizami Gəncəvi İli”nə həsr edilən sərgidə ölkənin 30-dan artıq nəşriyyatı və 10-dan çox kitab evi iştirak edəcək.

Sərgidə kitablara 50%-dək endirim tətbiq olunacaq, məşhur şair və yazıçıların iştirakı ilə təqdimatlar, imza mərasimləri, şeir gecələri, uşaqlar üçün nağıl saatları, rəssamların, müxtəlif sənət nümayəndələrinin əsərlərindən ibarət sərginin təşkili və musiqi proqramları keçiriləcək.

ANİB-in innovativ layihəsi olan “Öz kitabını sat” guşəsi öz kitabını təqdim etmək istəyən müəlliflər üçün nəzərdə tutulub. “Qarabağa kitabla gedirik” stendində isə işğaldan azad edilmiş ərazilərimizdə yaradılacaq kitabxana fondlarına dəstək məqsədilə kitablar toplanacaq.

ANİB-in sədri Şəmil Sadiq ölkənin ən yaxşı nəşriyyatlarının iştirak edəcəyi bu tədbirdə Gəncə kitabsevərlərinin aktivlik göstərəcəyinə inandığını bildirib: “Oxucular yeni kitablarla tanış olacaq, endirimlərdən yararlanacaqlar. Ən təbii istəyimiz “Nizami Gəncəvi İli”ndə, Nizami yurdunda möhtəşəm kitab bayramı təşkil edərək yerli kitabsevərləri sevindirməkdir”.

“I Gəncə Kitab Sərgisi”nin təşkilat qrupunun rəhbəri Nurman Tariq isə kitabı paytaxtdan kənara çıxarmağın əhəmiyyətini vurğulayıb: “ANİB tərəfindən 30-31 oktyabr tarixlərində Sumqayıt şəhərində təşkil olunmuş kitab sərgisi anşlaqla yadda qaldı və bu sərgi sübut etdi ki, bölgələrimizdə də kifayət qədər oxucu var, sadəcə kitab onlar üçün əlçatan deyil. Bunun üçün də ANİB olaraq hədəfimiz nəşriyyat və yazıçılarla birlikdə bölgə-bölgə gəzmək, kitabı bölgələrimizə yaymaqdır. Kitabçılıq başqa cür inkişaf etməyəcək. Budəfəki dayanacağımız isə mədəniyyət şəhərimiz Gəncədir. Günlərdir hazırlaşırıq, əminəm ki, bu sərgi də möhtəşəm olacaq”.

Nurman Tariq tədbirin layiqli baş tutması üçün yaxından dəstək göstərən Mədəniyyət Nazirliyi, Gəncə Regional Mədəniyyət İdarəsi, Gəncə Şəhər İcra Hakimiyyəti və Gəncə İctimai İştirakçılıq Məclisinə xüsusi təşəkkürünü bildirib.

# 4364 dəfə oxunub

Oxşar xəbərlər

Taylor Sviftin geyimləri və şəxsi əşyaları nümayiş olunacaq

Taylor Sviftin geyimləri və şəxsi əşyaları nümayiş olunacaq

18:57 20 noyabr 2026
Ayasofiyada qədim tunellər aşkar edildi

Ayasofiyada qədim tunellər aşkar edildi

18:16 20 noyabr 2026
Bruno Marsın ailəsində ağır itki

Bruno Marsın ailəsində ağır itki

17:37 20 noyabr 2026
Kris Prat yeni fantastik filmdə baş rola çəkiləcək

Kris Prat yeni fantastik filmdə baş rola çəkiləcək

17:03 20 noyabr 2026
Nadir Bədəlov:  “Azərbaycan kinosu yox, Bakı kinosu var” – MÜSAHİBƏ

Nadir Bədəlov: “Azərbaycan kinosu yox, Bakı kinosu var” – MÜSAHİBƏ

16:32 20 noyabr 2026
Azərbaycan mahnıları ingiliscə, dünya hitləri azərbaycanca

Azərbaycan mahnıları ingiliscə, dünya hitləri azərbaycanca

16:00 20 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər