Gənc Tamaşaçılar Teatrında "Antiqona" tamaşasının premyerası keçirilidi

Gənc Tamaşaçılar Teatrında "Antiqona" tamaşasının premyerası keçirilidi
18 dekabr 2023
# 13:40

Dekabrın 16-da və 17-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında fransız dramaturqu Jan Anuyun “Antiqona” əsəri əsasında hazırlanan eyniadlı tamaşanın premyerası baş tutub.

Kulis.az xəbər verir ki, Əməkdar artist Nofəl Vəliyevin quruluşunda hazırlanan tamaşanın rəssamı Telman Şıxıyev, bəstəkarı Röya Hüseynova, plastik həll isə Ceyhun Dadaşova aiddir.

Səhnə əsərində Əməkdar artist Güşvər Şərifova, aktyorlar Kərəm Hadızadə, Aygün Fətullayeva, Anar Seyfullayev, Rəşad Səfərov, Hilal Dəmirov, Şəbnəm Hüseynova, Könül Əbilova, Fəridə Qurbanova, Ramiq Nəsirov, Əbdül Rzayev, İlhan Sadıqov, Nurlan Süleymanlı, Ümman Budaqov iştirak edirlər.

Müəllifin 1943-cü ildə, II Dünya müharibəsinin qızğın çağında qələmə aldığı və indiyədək bir çox ölkələrdə tamaşaya qoyulan “Antiqona”, mövzusu antik ədəbiyyatdan gəlsə də, bütün dövrlərlə səsləşən əsərdir.

Çar Edipin ölümündən sonra oğlanları Etokl və Polinik növbə ilə ölkəni idarə etməlidirlər. Etokl hökmranlıq müddətini başa vurur, amma hakimiyyəti qardaşı Polinika verməkdən imtina edir. Polinik öz tərəfdarlarını yığıb qiyam qaldırır. Hər iki qardaş döyüşdə həlak olur. Əmiləri Kreon çar elan olunur. Kreon Etoklı təntənə ilə dəfn etdirsə də, qiyamçı Polinikin cəsədini qurd-quşa yem olması üçün şəhər meydanının ortasına atır. Onu dəfn etməyə cəhd edən kəs ölümə məhkum olunacaq. Bu cəhdi Polinikin kiçik bacısı Antiqona həyata keçirmək istəyir. O, keşikçilər tərəfindən tutularaq Kreonun yanına gətirilir. Kreon onu seçim qarşısında qoyur: ya ölümü qəbul etmək, ya da bu niyyətdən daşınıb sağ qalmaq.

Antiqona qardaşını dəfn etməklə ölümü seçir. O, seçimi ilə azadlığını bəyan edir. Müəllif bu əsərində dünyanın Antiqona kimi insanlara görə var olmasını vurğulayır.

# 2244 dəfə oxunub

Oxşar xəbərlər

Milyonlarla dollar qazanan Hollivud ulduzlarının adları açıqlandı

Milyonlarla dollar qazanan Hollivud ulduzlarının adları açıqlandı

18:40 13 noyabr 2026
Nikol Kidman Fəxri "Sezar" mükafatı ilə təltif olunacaq

Nikol Kidman Fəxri "Sezar" mükafatı ilə təltif olunacaq

17:57 13 noyabr 2026
"Ulduz müharibələri" filmində  istifadə olunan işıq qılıncı rekord qiymətə satıldı

"Ulduz müharibələri" filmində istifadə olunan işıq qılıncı rekord qiymətə satıldı

17:26 13 noyabr 2026
Azərbaycan musiqisi adı ilə süni intellekt əsərləri təqdim olunur? – Firəngiz Əlizadədən sərt açıqlama

Azərbaycan musiqisi adı ilə süni intellekt əsərləri təqdim olunur? – Firəngiz Əlizadədən sərt açıqlama

16:51 13 noyabr 2026
“Bizə formal sərgilər lazım deyil” – Fərhad Xəlilovdan sərgi təşkilatçılarına irad

“Bizə formal sərgilər lazım deyil” – Fərhad Xəlilovdan sərgi təşkilatçılarına irad

16:43 13 noyabr 2026
Fərhad Bədəlbəyli Maliyyə Nazirliyini tənqid etdi:  “Mədəniyyət deyəndə ağıllarına toy müğənnisi gəlir”

Fərhad Bədəlbəyli Maliyyə Nazirliyini tənqid etdi: “Mədəniyyət deyəndə ağıllarına toy müğənnisi gəlir”

16:26 13 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər