Gənc Tamaşaçılar Teatrı qastrol səfərinə yollanır

Gənc Tamaşaçılar Teatrı qastrol səfərinə yollanır
26 may 2023
# 12:20

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə paytaxtda fəaliyyət göstərən teatrların bölgələrə qastrol səfərləri davam edir.

Teatrın mətbuat xidmətindən Kulis.az-a verilən məlumata görə, layihə çərçivəsində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı mayın 29-da saat 18:00-da Gəncə Dövlət Dram Teatrında “Qağayı” tamaşası ilə çıxış edəcək.

A.Çexovun “Qağayı” əsəri əsasında hazırlan eyniadlı tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, tərtibatçı rəssamı Telman Şıxıyevdir. Xoreoqrafik həll Nailə Məmmədzadəyə, musiqi tərtibatı Şamxal Novruzluya, fəndlərin quruluşu İsa Əsədova aiddir.

Tamaşanın əsas ideyasını ifadə edən tənhalıq, təzadlar, tərəddüdlər içərisində qalmış insanın problemi hər bir qəhrəmanın vasitəsilə qabardılıb.

Qeyd edək ki, səhnə əsərində Əməkdar artistlər Kəmalə Müzəffər, Şövqi Hüseynov, Rasim Cəfər, aktyorlar Səbinə Məmmədzadə, Bəhram Həsənov, Anar Seyfullayev, Sevinc Mehrəliyeva, Anar Səfiyev, Aygün Fətullayeva, Manaf Dadaşov, Nurlan Süleymanlı, Mikayıl Əliyev, Elgün Yəhyayev, Araz Pirimov, Hilal Dəmirov, Ümman Budaqov iştirak edirlər.

# 2394 dəfə oxunub

Oxşar xəbərlər

“Hörümçək adam” "Titanik"i geridə qoydu - Tarixi uğur

“Hörümçək adam” "Titanik"i geridə qoydu - Tarixi uğur

15:30 31 avqust 2026
Ata-anası ona cehiz seçirdi, o isə taksiyə əyləşib... – Zorla evləndirilən 17 yaşlı qız necə xilas edildi?

Ata-anası ona cehiz seçirdi, o isə taksiyə əyləşib... – Zorla evləndirilən 17 yaşlı qız necə xilas edildi?

15:00 31 avqust 2026
"Avroviziya Asiya 2026"nın ilk iştirakçıları

"Avroviziya Asiya 2026"nın ilk iştirakçıları

14:00 31 avqust 2026
Azərbaycanın milli-mədəni irsi Norveç festivallarında

Azərbaycanın milli-mədəni irsi Norveç festivallarında

13:40 31 avqust 2026
Troya sərgisi rekord qırdı – Türkiyə və İtaliya əməkdaşlığı

Troya sərgisi rekord qırdı – Türkiyə və İtaliya əməkdaşlığı

13:05 31 avqust 2026
Zemfira Qafarova:  "Atam Sibirdə olanda anam boşandı, “Kirpi”nin rəssamına ərə getdi" - Müsahibə

Zemfira Qafarova: "Atam Sibirdə olanda anam boşandı, “Kirpi”nin rəssamına ərə getdi" - Müsahibə

12:54 31 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər