Gələcəyi anlamaq istəyən oxucular üçün - İlahə Ümidli

Gələcəyi anlamaq istəyən oxucular üçün - İlahə Ümidli
6 sentyabr 2024
# 14:30

Kulis.az İlahə Ümidlinin Avi Yorişin “Növbəti. Gələcəyin qısa tarixi” kitabı haqqında yazısını təqdim edir.

Oxuduğumuz kitablar düşüncələrimizə, düşüncələrimiz isə həyatımıza yön verir, bu aydındır. Və sanki hər kitabın öz oxunma zamanı vardır, biz onları planlaşdırdığımız vaxt deyil, enerjimizin çəkdiyi vaxt oxuyuruq. Oxuduğum hər kitab həyatımdakı hadisələr ilə qəribə şəkildə üst-üstə düşür. Mənim üçün aydın olmayan, məhz üst-üstə düşən zaman uzlaşmasıdır.

Altıncı dəfə cəhd etdiyim imtahanın uğursuz nəticəsinə dair Gmaili aldıqdan sonra sakitcə dayanıb, yorğun halda bundan sonra hansı addımı ata bilərəm, - deyə düşündüm. Birdən gözüm rəfdəki kitaba sataşdı – “Növbəti. Gələcəyin qısa tarixi” kitabına. Və bu kitab itirdiyim gücümü, enerjimi və ümidlərimi yenidən yarada bildi.

Kitabın ilk sətirləri Daniel Kuinin “İsmayıl” romanını xatırladır, bəşəriyyətin tarixi, gələcəyi, alternativlər və s.
“Növbəti. Gələcəyin qısa tarixi” kitabı Avi Yoriş tərəfindən yazılmış gələcəyin mümkün senariləri və müasir texnologiyaların bu senarilərə təsirini müzakirə edir. Kitab, gələcəyin müxtəlif aspektlərini müasir texnologiyalar və sosial dəyişikliklər kontekstində araşdırır. Yoriş, gələcəkdə baş verə biləcək əsas dəyişiklikləri və bu dəyişikliklərin cəmiyyət, iqtisadiyyat və texnologiya üzərindəki təsirlərini təhlil edir. Kitab həmçinin, gələcəyin tədqiqinə yeni bir baxış təqdim edir və müasir texnologiyaların sosial və iqtisadi həyat üzərindəki potensial təsirlərini araşdırır. Gələcəkdəki dəyişikliklərə hazırlıqlı olmaq və bu dəyişikliklərin müsbət təsirini artırmaq üçün faydalı perspektivlər təqdim edir.

Yoriş texnologiyanın gələcəkdə cəmiyyət üzərindəki əsas təsir qüvvələrindən biri olduğunu vurğulayır. O, süni intellekt (AI), robototexnika, gen mühəndisliyi və digər müasir texnologiyaların həyatın müxtəlif sahələrində inqilabi dəyişikliklərə səbəb olacağını proqnozlaşdırır. Bu texnologiyaların sosial və iqtisadi strukturda necə rol oynayacağını və hansı yeni imkanlar yarada biləcəyini müzakirə edir. Müəllifin təqdim etdiyi vizyon, gələcəkdəki texnoloji inkişafların və sosial dəyişikliklərin cəmiyyətə təsirini anlamağa kömək edir və bu təsirlərin müsbət yönlərini artırmaq üçün təkliflər təqdim edir.

Müəllif bu kitabı yazmaq üçün novator, alimlər, genetiklər, həkimlər, astronavtlar, iqtisadçılar, davamlı inkişaf üzrə ekspertlər, mühəndislər, müəllimlər, qida və su mütəxəssisləri, hüquqşünas və digərləri də daxil olmaqla 150 nəfərdən çox şəxsdən müsahibə alıb.

Ümumilikdə 13 fəsildən ibarət olan bu kitab, Kosmos, Öyrənmək, Sığınacaq, Ətraf mühit, Gigiyena, Tibb, Fəlakətlərə dözümlülük, Enerji, Rifah, Qida, Su, Dövlət idarəçiliyi, Təhlükəsizlik kimi mövzuları özündə ehtiva edir. Kitabın bölmələri, texnologiyaların və sosial dəyişikliklərin gələcəkdəki rolu ilə bağlı aydın və sistematik bir yanaşma təqdim edir.

Kitabın başlanğıcında, Yoriş gələcəyin təhlilinə ümumi bir baxış təqdim edir. O, “Gələcək indidir” adlı ön sözünə, Piter Diamandisin nitqi ilə başlayır: “Gələcəkdən xəbər verməyin ən yaxşı yolu onu özünün yaratmağındır”. Ümumiyyətlə kitabı cəzbedici edən də elə hər bölməyə maraqlı və motivasiyaedici fraza ilə başlanılmasıdır, bu bir növ aidiyyəti bölmənin mövzusu üçün siqnal rolunu oynayır.

Yorişin yazı tərzi aydın, analitik, yaradıcı və motivasiyaedicidir. Yorişin yazı tərzi yaradıcıdır ona görə ki, o, gələcək senarilərini təqdim edərkən müxtəlif kreativ perspektivlərdən istifadə edir. Gələcəyin fərqli aspektlərini və senarilərini təsvir edərkən, oxucunun təsəvvürünü genişləndirir. Onun kitabda təqdim etdiyi məlumatlar dəqiq və elmi əsaslara söykənir. Müəllif, texnologiyaların inkişafını və gələcəkdəki təsirini təsvir edərkən, konkret faktlara və statistik məlumatlara əsaslanır, bu da kitabın etibarlılığını artırır. Yorişin yazı tərzində həmçinin analitik yanaşma diqqət çəkir. Müəllif, gələcəkdəki texnologiya və sosial dəyişiklikləri təhlil edərək, bu dəyişikliklərin mümkün nəticələrini və təsirlərini araşdırır. Analitik yanaşma, oxuculara mövzuları daha dərindən başa düşmək və müstəqil düşünmək imkanı verir. O, gələcək proqnozlarını real həyat nümunələri və təhlillərlə dəstəkləyir. Texnoloji inkişafların və sosial dəyişikliklərin gündəlik həyat üzərindəki təsirlərini konkret nümunələrlə izah edir.
Kitabda bəşəriyyətin xilası üçün addımlar atan bir çox şəxslərin maraqlı və təsirli həyat hekayələri var. Mənim üçün ən təsirlisi, Məhəmməd Yunusun Sufiyə Begümü görərkən düşündükləri idi: “Cibimdə olan pulu ona vermək istədim, amma bu problemin həlli deyildi, elə Sufiyə də sədəqə almaq istəmirdi”. Çünki sədəqə insanları köləliyə sürükləyir axı.

Bu kitabda haqqında bəhs olunan bütün heyrətamiz insanları, eləcə də dünyanı daha yaxşı bir yerə çevirməyə çalışan bütün fikir adamlarını düşünəndə həmişəkindən daha çox əmin oldum ki, bizim həyatda ən böyük səhvimiz xəyal qurmaq deyil, kifayət qədər böyük xəyallar qurmamaqdır.
Gələcək ümidi seçənlərə və texnologiyadan bəşəriyyəti gözləyən növbəti hadisələrə müsbət təsir göstərmək üçün istifadə edənlərə məxsusdur. Gələcək onu arzulayanların deyil, ona inananlarındır, ona inanıb onu yaradanlarındır. Bəşəriyyətin ən gözəl günləri hələ qabaqdadır.
Növbəti olan budur! Əgər biz bunu istəsək...

Bəşəriyyət qədər böyük möhtəşəmliyə sahib bu kitabı hər kəsə tövsiyə etmək olar, lakin məncə bu kitab, ən çox “gələcəyi anlamaq istəyən oxucular” üçün maraqlı ola bilər.

“Növbəti. Gələcəyin daha qısa tarixi”ndə görüşənədək.

27 avqust 2024-cü il

# 555 dəfə oxunub

Oxşar xəbərlər

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

12:00 15 dekabr 2024
İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
# # #