“Gəl, Yarat!” yaradıcılıq üzrə marafonun qalibləri açıqlandı

“Gəl, Yarat!” yaradıcılıq üzrə marafonun qalibləri açıqlandı
4 dekabr 2023
# 18:50

1-3 dekabr tarixlərində YARAT Müasir İncəsənət Məkanında “GƏL, YARAT” yaradıcılıq üzrə marafon təşkil olunub.

Kulis.az xəbər verir ki, Mədəniyyət Nazirliyindən verilən məlumata görə, dekabrın 3-də “Yarat” Müasir İncəsənət Məkanında nazirliyin dəstəyi ilə keçirilən marafonun final mərhələsi baş tutub.

Beş istiqamət üzrə (animasiya, kino, qrafik dizayn, teatr və videoqrafiya) 25 iştirakçı komanda tərəfindən hazırlanan məhsullar səhnədə təqdim edilib. Sonda münsiflər heyətinin qərarı ilə aşağıdakı istiqamətlər üzrə komandalar qalib olaraq seçilib və mükafatlandırılıb.

Kino - “Alfa”
Teatr - “Səssiz”
Dizayn - “The last of us”
Videoqrafiya - “The pulse of innovator”
Animasiyada - “Ovsun”

“GƏL, YARAT!” marafonu Azərbaycan Film Akademiyasının kino və teatr, Bakı Dizayn Akademiyasınının qrafik dizayn, Azərbaycan Animasiya Assosiasiyasının animasiya istiqamətləri üzrə mentorluğu ilə "Yaradıcı Həftə" çərçivəsində reallaşıb.

# 2972 dəfə oxunub

Oxşar xəbərlər

Qaranlığın epifaniyası: Cəmiyyətin mənəvi qəbiristanlığında qəpik-quruş savaşları

Qaranlığın epifaniyası: Cəmiyyətin mənəvi qəbiristanlığında qəpik-quruş savaşları

17:07 6 noyabr 2026
“Pixar”da böyük dəyişiklik – 12 illik rəhbərlik başa çatır

“Pixar”da böyük dəyişiklik – 12 illik rəhbərlik başa çatır

16:27 6 noyabr 2026
“Pink Floyd” pərəstişkarlarına sürpriz – “Animals” albomu yenidən nəşr olunur

“Pink Floyd” pərəstişkarlarına sürpriz – “Animals” albomu yenidən nəşr olunur

15:58 6 noyabr 2026
Ozzfest geri qayıdır – 2027-ci ildə üç ölkədə keçiriləcək

Ozzfest geri qayıdır – 2027-ci ildə üç ölkədə keçiriləcək

14:57 6 noyabr 2026
"Xoşbəxtlik qaçmaqda deyil, dayanmaqdadır" – Mikayıl Ruhandın “Qapı” kitabının təqdimatından reportaj

"Xoşbəxtlik qaçmaqda deyil, dayanmaqdadır" – Mikayıl Ruhandın “Qapı” kitabının təqdimatından reportaj

14:41 6 noyabr 2026
Zəfər Gününə həsr olunmuş xeyriyyə sərgisi təşkil edildi

Zəfər Gününə həsr olunmuş xeyriyyə sərgisi təşkil edildi

14:39 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər