“Füzulidə yay məktəbi” layihəsi rəngarəng tədbirlərlə yadda qaldı

“Füzulidə yay məktəbi”  layihəsi rəngarəng tədbirlərlə yadda qaldı
19 avqust 2024
# 15:55

Füzuli şəhərindəki Kurmanqazı adına Uşaq yaradıcılıq mərkəzində “Füzulidə yay məktəbi” layihəsi çərçivəsində “Musiqi” günündə iştirakçılar üçün tanınmış mədəniyyət və incəsənət xadimləri tərəfindən ustad dərsləri keçirilib. Həmçinin iki böyük konsert təşkil olunub.

Kulis.az xəbər verir ki, tədbirdə Xalq artisti, opera müğənnisi Samir Cəfərov musiqi və xanəndəliyə marağı olan məktəblilər üçün vokal üzrə ustad dərsi verərək, onlarla ifaçılığın sirlərini paylaşıb. Məktəblilərlə həm fərdi, həm kollektiv şəkildə məşğul olan sənətçi hər bir şagirdə üzərində çalışmalı olduğu istiqamətlər üzrə tövsiyələrini bölüşüb.

Xalq artisti, aktyor Vidadi Həsənov açıq havada məktəblilərlə teatr və yaradıcılıq haqqında söhbət edib. Məktəblilərin oxuduqları kitablar, baxdıqları filmlərlə maraqlanan aktyor gələcəkdə incəsənət sahələri üzrə ixtisaslaşmaq istəyən məktəblilərə özlərini inkişaf etdirməklə bağlı məsləhətlər verib, onlarla səhnədə özünüifadə və diqqəti toplama məqsədli öyrədici oyunlar təşkil edib.

Tədbir çərçivəsində Kurmanqazı adına Uşaq yaradıcılıq mərkəzinin Akt zalında “Qarabağ bülbülləri Füzulidə” adlı konsert proqramı keçirilib. Konsertdə Əməkdar artist, xanəndə Təyyar Bayramovun müşayiəti ilə “Qarabağ bülbülləri”nin məharətli ifaları böyük maraqla qarşılanıb.

Qarabağ bölgəsi musiqi məktəblərinin şagirdləri və mərkəzin kollektivinin iştirakı ilə rəngarəng musiqi nömrələri ilə zəngin konsert proqramı məktəblilərin ifasında nümayiş olunub.

Kurmanqazı adına Uşaq yaradıcılıq mərkəzində məktəblilər yazar, ədəbiyyatşünas Ramil Əhmədin “Yaradıcı yazarlıq” üzrə ustad dərsində iştirak ediblər.

Sonra yay məktəbinin iştirakçıları üçün açıq havada müxtəlif idman müsabiqələri, estafet yarışları keçirildi və hər bir uşaq yay məktəbində hədiyyə sahibi olub.

Yay məktəbinin proqramı filmə baxışla davam edib.

“Füzulidə Yay Məktəbi”nin bağlanış mərasimində məktəblilərin yay məktəbi haqqında təəssüratları öyrənildi, gələcəkdə bu məzmundakı fəaliyyətlər üçün arzu və istəkləri dinlənilib.

# 1737 dəfə oxunub

Oxşar xəbərlər

Elnarə Akimova: "Biz dərsliklərimizə ən müqəddəs dəyərlərimizi yerləşdirməliyik"

Elnarə Akimova: "Biz dərsliklərimizə ən müqəddəs dəyərlərimizi yerləşdirməliyik"

19:40 13 noyabr 2026
Milyonlarla dollar qazanan Hollivud ulduzlarının adları açıqlandı

Milyonlarla dollar qazanan Hollivud ulduzlarının adları açıqlandı

18:40 13 noyabr 2026
Nikol Kidman Fəxri "Sezar" mükafatı ilə təltif olunacaq

Nikol Kidman Fəxri "Sezar" mükafatı ilə təltif olunacaq

17:57 13 noyabr 2026
"Ulduz müharibələri" filmində  istifadə olunan işıq qılıncı rekord qiymətə satıldı

"Ulduz müharibələri" filmində istifadə olunan işıq qılıncı rekord qiymətə satıldı

17:26 13 noyabr 2026
Azərbaycan musiqisi adı ilə süni intellekt əsərləri təqdim olunur? – Firəngiz Əlizadədən sərt açıqlama

Azərbaycan musiqisi adı ilə süni intellekt əsərləri təqdim olunur? – Firəngiz Əlizadədən sərt açıqlama

16:51 13 noyabr 2026
“Bizə formal sərgilər lazım deyil” – Fərhad Xəlilovdan sərgi təşkilatçılarına irad

“Bizə formal sərgilər lazım deyil” – Fərhad Xəlilovdan sərgi təşkilatçılarına irad

16:43 13 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər