Flora Kərimova Ülviyyə Alovlunu yenidən məhkəməyə verib

Flora Kərimova Ülviyyə Alovlunu yenidən məhkəməyə verib
14 avqust 2024
# 10:16

Xalq artisti Flora Kərimova yenidən müğənni Afət Fərmanqızı ilə aralarında olan məhkəmə prosesindən narazı olduğunu bildirib.

Kulis.az xəbər verir ki, sənətçi bu işdə hakim Abbas Rzayevi günahlandırıb. F.Kərimova həmçinin, jurnalist Ülviyyə Alovludan yenidən şikayətçi olduğunu bildirib.

"Abbas Rzayev, sizin hakimlik üslubunuzu artıq millət şərh edir. Əhval-ruhiyyənizdən sezirəm ki, Siz Afətin “mən ad çəkmədim” cümləsindən istifadə edib onu da Ülviyyəsayağı xilas etmək niyyətindəsiz? Görünür, öncəkini cəzasız qoyduğunuzu bu dəfə də təkrarlamaq niyyətindəsiz. Məhkəmə zalında üzünüzə: “məni heç kim axtarmayıb, Binəqədi məhkəməsinə (şəxsən sizi nəzərdə tutaraq) zəng elədim" dedi. “Elə bir şey yoxdur, səni axtarmırlar” deyəndə, “Bandotdel"ə (Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsini nəzərdə tutaraq), Baş Polis İdarəsinə zəng elədim, soruşdum, dedilər "sizi axtarmırıq” deyəndə, soruşmadınız ki - "Sən kimsən ki, ölkənin güc strukturlarına belə rahat zəng edib nəsə soruşursan?". Əksinə, siz susdunuz. “Zəng elədim” deməklə sizə nəyi eşitdirib? Sonra sevincək “Mən qalibəm”, “Məni heç kim axtarmır” deməklə təkrar üzünüzə durub sizi və Baş Polis İdarəsini yalançı etdiyini də nə səbəbə susmaqla qarşıladınız? Verdiyiniz arxayınlığın davamıdır ki, Ülviyyəyə ikinci cinayət işi Yasamal məhkəməsinə təqdim olunub. Bunu da deyim bilməyənlər də bilsin.

Yoxsa, Ülviyyənin cəzasızlığından ilham alan Afət də 2019-cu ildən dayanmadan ünvanıma dediklərindən sonra, 2024-cü ilin martından susaraq “məsumə”, “böyük-kiçik dəyəri bilən” rolu oynamağı sizin xilasetmə işinizə yarayacaq?! Beş il dayanmadan, ünvanıma şəhlədiyi nalayiq təhqir və böhtanlarla Afətdəmi cəzasız qalacaq? Abbas Rzayev, əmin olun, “barışdırmaq vəzifə borcumdur” deyib, o pərdə altında “yaxşılıq” niyyətiniz Afətə daha baha başa gələcək. Sizin hakim olaraq ən böyük vəzifə borcunuz zərərçəkmişin – yəni mənim haqlarımı bərpa etməkdir! Bacarırsınızsa, edin. İstəmirsinizsə, bu artıq hamıya aydın sizin hədəfdir. Afətin ünvanıma indən belə ən azı iki məhkəməlik təhqirlərinə də susmayacağam.

Haqqımı çeynəyə bilən, yolumdan çəkindirə bilən, insan yoxdur və olmayacaq. Bu dünyanın məhşərini axirətə saxlayan deyiləm, bundan varlığım qədər əmin olun. Ümid edirəm qərarınız and içdiyiniz konstitusiyaya layiq olacaq.

Sabah (bu gün - red.) Afət Fərmanqızının Binəqədi rayon məhkəməsində 17:00-da son dinləməsi olacaq".

Qeyd edək ki, F.Kərimovanın təhqir və böhtanlardan şikayətinə əsasən, Ü.Alovlu qarşı xüsusi ittiham qaydasında Cinayət Məcəlləsinin 147 və 148 maddələri ilə cinayət işi başlanılmışdı. Sənətçi məhkəmənin onun xeyrinə qərar verdiyini açıqlamışdı.

Həmçinin, Flora Kərimova müğənni Afət Fərmanqızının onu təhqir etdiyi üçün Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə ittiham olunmasını tələb edir.

# 2779 dəfə oxunub

Oxşar xəbərlər

“Erkən hisslər” qısametrajlı filmi beynəlxalq festivalda mükafata layiq görüldü

“Erkən hisslər” qısametrajlı filmi beynəlxalq festivalda mükafata layiq görüldü

18:30 30 sentyabr 2026
Türkiyədəki yunan kilsəsi muzey kimi fəaliyyət göstərəcək

Türkiyədəki yunan kilsəsi muzey kimi fəaliyyət göstərəcək

18:00 30 sentyabr 2026
“Taxt oyunları” serialının filmi çəkiləcək

“Taxt oyunları” serialının filmi çəkiləcək

17:30 30 sentyabr 2026
Afra Saraçoğlu və Aras Bulut İynemlinin  narkotik testinin nəticəsi açıqlandı

Afra Saraçoğlu və Aras Bulut İynemlinin narkotik testinin nəticəsi açıqlandı

17:00 30 sentyabr 2026
Tanınmış sosial media fenomeni saxlanıldı

Tanınmış sosial media fenomeni saxlanıldı

16:30 30 sentyabr 2026
Tbilisidə Heydər Əliyevin büstü zədələndi - Ermənistan vətəndaşı saxlanıldı

Tbilisidə Heydər Əliyevin büstü zədələndi - Ermənistan vətəndaşı saxlanıldı

16:27 30 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər