“Fikir azadlığı” mükafatının qalibi açıqlandı

“Fikir azadlığı” mükafatının qalibi açıqlandı
19 oktyabr 2023
# 15:35

Avropa Parlamentinin Saxarov adına “Fikir azadlığı” Mükafatının 2023-cü ildəki sahibi açıqlanıb.

Kulis.az APA-ya istinadən xəbər verir ki, bu barədə Avropa Parlamentinin "X" hesabında məlumat verilib.

Bildirilib ki, bu il mükafata Məhsa Əmini və İrandakı Qadın, Həyat, Azadlıq Hərəkatı layiq görülüb.

Xatırladaq ki, Məhsa Əmini ötən il sentyabrın 13-də İranın Əxlaq Polisi tərəfindən saxlanılıb. O, təcridxanaya aparılandan bir müddət keçmiş komaya düşüb və 3 gün, sonra sentyabrın 16-da xəstəxanada ölüb. Məhsa Əmininin ölümü ilə əlaqədar ötən ilin sentyabrında İranda başlayan ümummilli etirazlar aylarla davam edib. Etirazların təhlükəsizlik qüvvələri tərəfindən yatırılması nəticəsində 500-dən çox adamın öldürüldüyü, 22 mindən çox adamın saxlanıldığı bildirilib.

# 1946 dəfə oxunub

Oxşar xəbərlər

“The Comeback King”  filminin treyleri yayımlandı

“The Comeback King” filminin treyleri yayımlandı

18:51 19 noyabr 2026
Xulio İqlesias  barəsində araşdırma başladı

Xulio İqlesias barəsində araşdırma başladı

17:48 19 noyabr 2026
“Glastonbury-2027”nin əsas ifaçıları məlum oldu

“Glastonbury-2027”nin əsas ifaçıları məlum oldu

17:12 19 noyabr 2026
Məşhur yazıçı vəfat etdi

Məşhur yazıçı vəfat etdi

16:47 19 noyabr 2026
Elton Con süni intellektə qarşı sənətçiləri müdafiə etdi: “Yaradıcılığımızı əlimizdən almayın”

Elton Con süni intellektə qarşı sənətçiləri müdafiə etdi: “Yaradıcılığımızı əlimizdən almayın”

16:21 19 noyabr 2026
“İvan İliçin ölümü” tamaşasının premyerası keçirildi

“İvan İliçin ölümü” tamaşasının premyerası keçirildi

15:55 19 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər