Fətəli xanın başdaşı bərpa edilir

Fətəli xanın başdaşı bərpa edilir
28 sentyabr 2023
# 14:00

Fətəli xanın başdaşı bərpa edilir.

Kulis.az xəbər verir ki, bu barədə Milli Azərbaycan Tarixi Muzeyi məlumat yayıb.

Bildirilib ki, muzeyin Arxeologiya fondunda qorunan, XVIII əsrin sonlarına aid qubalı Fətəli xana məxsus qəbirdaşının bərpaya ehtiyacı olduğu üçün muzeyin Bərpa laboratoriyasına yönləndirilib.

Qeyd edək ki, 1789-cu ilin mart ayının 22-də 54 yaşında vəfat edən Fətəli xan Bakıda Bibiheybət məscidinin həyətində dəfn olunub. XX əsrin 30-cu illərində isə Fətəli xanın başdaşı Azərbaycan Tarix Muzeyinə təqdim edilib. Oniks daşından hazırlanmış sözügedən qəbirdaşı üzərində hazırda bərpa-konservasiya işləri aparılır. Bərpadan öncə üzərindəki boya qalıqları polaroid maddə vasitəsi ilə konservasiya edilmiş və daşın üzərindəki firuzəyi, bənövşəyi, qızılı boya qalıqları daha aydın formada üzə çıxmışdır. Eksponatın üzərindəki ləkələr xüsusi maddələrlə-kimyəvi və mexaniki üsulla təmizlənərib, daşın təbii rəngi geri qaytarılıb.

Eksponatın konservasiya və bərpa işləri muzeyin bərpaçı-rəssamı İbrahim Hacıyev tərəfindən icra olunur.

Sözügedən eksponat bərpa prosesindən sonra muzeyin yeni qurulan ekspozisiyasında nümayiş olunacaq.

# 3302 dəfə oxunub

Oxşar xəbərlər

Aktyor Aslan Fətullayev vəfat etdi

Aktyor Aslan Fətullayev vəfat etdi

15:39 10 noyabr 2026
Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

15:27 10 noyabr 2026
"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

14:48 10 noyabr 2026
Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

13:30 10 noyabr 2026
“Alatoranlıq” filminin  serialı çəkiləcək

“Alatoranlıq” filminin serialı çəkiləcək

11:47 10 noyabr 2026
Məşhur aktrisa vəfat etdi

Məşhur aktrisa vəfat etdi

10:44 10 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər