"Fərqli dünyalar" adlı qrup sərgisinin açılışı baş tutdu

"Fərqli dünyalar" adlı qrup sərgisinin açılışı baş tutdu
1 iyul 2024
# 16:30

Kulis.az xəbər verir ki, 28 iyun 2024-cü il, saat 18:00-da Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına Sərgi Salonunda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyasının dəstəyi, Ülvi Art Studiyasının təşkilatçılığı ilə “Fərqli dünyalar” adlı qrup sərginin açılışı baş tutub.

Rəssamlar İttifaqının katibi Ağaəli İbrahimov, Xalq rəsssamı Aydın Rəcəbov, rəssam Ülvi Yadigarlı və sənətşünas Xanım Rzayeva çıxış edərək sərginin məqsədi barədə məlumat verib.

Daha sonra gənc rəssamların işlərinə baxış keçirilib.

Qeyd edək ki, sənətşünas Xanım Rzayevanın kuratorluğu ilə baş tutmuş sərginin ekspozisiyasında Ülvi Art Studiyasının 24 tələbəsinin (Onur Aşurlu, Aysu Əsgərova, Gülnar Qurbanova, Aydan Qurbanzadə, Aysel Şahverdiyeva, Əfsanə Abbasova, Jalə Musalı, Turanə Hüseynova, Zöhrə Babayeva, Fatimə Əliyeva, Arzu Zamanova, Aynur Yadigarlı, Kəmalə Quliyeva, Nazlı Rəhimova, Xumar Qəhrəmanova, Gülər Tağıyeva, Aytac Mədətova, Nərmin Ağayeva, Alsu Hümbətova, Fatimə Əlibaxşiyeva, Cavad Müslümlü, Gülbəyim Məmmədova, Ləman Nağıyeva, Məryəm Bağırova) əsərləri yer alıb.

# 3900 dəfə oxunub

Oxşar xəbərlər

Türkiyəli repçi xəstəxanaya yerləşdirildi

Türkiyəli repçi xəstəxanaya yerləşdirildi

15:30 3 noyabr 2026
Onlar çox yaşamadılar, amma ədəbiyyatı dəyişdilər – Gənc yaşda ölən 10 şair

Onlar çox yaşamadılar, amma ədəbiyyatı dəyişdilər – Gənc yaşda ölən 10 şair

15:00 3 noyabr 2026
ABŞ-dən Türkiyəyə  qaytarılan nadir mədəniyyət nümunələri təqdim olundu

ABŞ-dən Türkiyəyə qaytarılan nadir mədəniyyət nümunələri təqdim olundu

15:00 3 noyabr 2026
Tanınmış yazıçının "evsiz" Hellouin obrazı tənqid olundu

Tanınmış yazıçının "evsiz" Hellouin obrazı tənqid olundu

14:30 3 noyabr 2026
Məşhur reperin azadlığa çıxacağı tarix açıqlandı

Məşhur reperin azadlığa çıxacağı tarix açıqlandı

14:00 3 noyabr 2026
Amerikalı müəlliflərin Vətən müharibəsinə həsr olunmuş kitabı təqdim olundu

Amerikalı müəlliflərin Vətən müharibəsinə həsr olunmuş kitabı təqdim olundu

13:13 3 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər