"Fədakarlar bir amalın uğrunda" kitabının təqdimatı keçirildi

"Fədakarlar bir amalın uğrunda" kitabının təqdimatı keçirildi
21 may 2022
# 19:42

Mayın 21-də Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyi tabeliyində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sektor müdiri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Aydın Tağıyevin müəllifi olduğu "Fədakarlar bir amalın uğrunda" kitabının təqdimatı keçirilib.

Kulis.ax xəbər verir ki, mərasimdə dövlət rəsmiləri, millət vəkilləri, tanınmış incəsənət və ədəbiyyat xadimləri, müəllifin qələm dostları, eləcə də media nümayəndələri iştirak ediblər. Təqdimatı giriş nitqiylə açan jurnalist Afaq Rza tədbirdə iştirak edən qonaqlara Aydın Tağıyevin jurnalistika fəaliyyəti, eləcə də yerli və xarici media orqanlarında yayımlanan məqalələri haqqında məlumat verib.

Daha sonra söz alan müəllif Aydın Tağıyev tədbir iştirakçılarını salamalayıb və oxucularla ilk görüşü olan kitabı haqqında məlumat verib. Müəllif qeyd edib ki, "Fədakarlar bir amalın uğrunda" kitabı yaxın illərdə media orqanlarında çap olunan məqalələr toplusudur. Məqalələr müxtəlif əlamətdar və tarixi günlərə, o cümlədən ölkəmizin həyatında müstəsna xidmətləri olan şəxsiyyətlər haqqındadır.

Tədbirdə iştirak edən millət vəkili Aydın Mirzəzadə gənc müəllifin fəaliyyətini yüksək qiymətləndirib və Azərbaycan gənclərinin ölkəmizin təbliğatındakı rolunun əhəmiyyətindən danışıb. Milli Məclisin deputatı Müşfiq Məmmədli isə kitabın adının uğurlu seçimini qeyd edib və Vətən müharibəsi dövrünü xatırladaraq Azərbaycan xalqının, həqiqətən də bütün cəbhələrdə fədakarcasına birləşməsini yada salıb.

Kitabın rəyçilərindən olan siyasi elmlər doktoru, professor, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektor müşaviri Ziyafət Həbibova müəllifə belə bir kitab ərsəyə gətirdiyi üçün təbrik edib.O qeyd edib ki, cənab Prezeident İlham Əliyevin gənclər siyasətinin nəticəsində bu gün Azərbaycan gəncliyi onlara göstərilən etimadı yüksək qiymətləndirir.

BDU-nun professoru, fəlsəfə doktoru, Qəmər Mürşüdlü kitabın rəyçilərindən biri kimi onun əhəmiyyətindən söz açıb. Eyni zamanda müəllifə yazar kimi fəaliyyətində uğurlar arzu edib. "Azərbaycan-Ukrayna" Beynəlxalq Alyansının sədri Elmar Məmmədov kitabda yer alan və xarici media orqanlarında dərc edilən məqalələrin ölkəmizin təbliğatında yüksək rolundan və vacibliyindən danışıb. Millət vəkili Aqil Abbas gənclərin kitaba olan marağı və kitab ənənələrini yaşatmasını yüksək qiymətləndirib. O, üzərinə düşən məsuliyyəti uğurla yerinə yetirən bütün gənclərə təşəkkürünü bildirib.

Daha sonra tədbirdə iştirak edən digər qonaqlar söz alaraq müəllifi təbrik edib və yeni kitabının əhəmiyyəti haqqında vurğulayıblar. Sonda müəllif oxucuları üçün kitabları imzalayıb və xatirə şəkilləri çəkilib.

# 2675 dəfə oxunub

Oxşar xəbərlər

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

18:12 8 noyabr 2026
Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə  mövzusunda yazılmış məşhur romanlar

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar

14:00 8 noyabr 2026
Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

12:32 8 noyabr 2026
Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

11:55 8 noyabr 2026
"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

10:37 8 noyabr 2026
Azərbaycanda Zəfər Günü  qeyd olunur

Azərbaycanda Zəfər Günü qeyd olunur

09:42 8 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər