Fazil Mustafa: "Mən bu dünyaya boş yer doldurmaq üçün gəlməmişəm"

Fazil Mustafa, Millət vəkili

Fazil Mustafa, Millət vəkili

6 may 2025
# 18:32

Millət vəkili Fazil Mustafa dəvət olunduğu tədbirlərdən birində özünə qarşı hörmətsizlik edildiyini deyib.

Kulis.az xəbər verir ki, bu barədə, o, sosial şəbəkə hesabında paylaşım edib.

Həmin paylaşımı təqdim edirik:

"Dönə-dönə xahiş edib bir tədbirə çağırıblar. Protokolun birincı sıralamasına baxıram bütün adlar və soyadlar yazılıb, bəndənizinki, yox. İkinci sıralamada da görmürəm. Təşkilatçılardan soruşuram ki, harada əyləşməm nəzərdə tutulub. Arxa cərgədəki sıralara göz gəzdirib nəzakətlə deyir ki, orada 6-cı cərgədə boş yer var, otura bilərsiniz.

Əlbəttə, sadəcə söyləyəndə ki, ən sonuncu cərgədə yer nəzərdə tutulub, adətən sakitcə keçib əyləşirəm. Bəlkə də, həyatda ən sevmədiyim haldır ki, rəsmi tədbirdə insanı kimdənsə boşalmış yerə yönləndirirlər.

Bir neçə dəfə məclislərdə olur ki, tanımadıqda aparıb qıraq yerdə əyləşdirirlər, sakitcə keçib oturub yeməyə və yaxud proqramla tanışlığa, nəyisə qeyd etməyə başlayan kimi bir neçə nəfər təlaşla yaxınlaşır ki, bəs ön cərgədə və ya ön masada yer boşaldı, xahiş edirik o boş yerə keçin. Gülümsəyərək deyirəm ki, mən bu dünyaya boş yer doldurmaq üçün gəlməmişəm, oturduğum yer ən axırıncı cərgədə də olsa, mənim dəyər qazandıracağım yerdir.

Əlbəttə, heç yerdə status və ya protokol kaprizi etmərəm, ancaq rəsmi şəxs kimi dəvət olunduğum məkanda ən azı bunu sorğulamaq məqsədəuyğundur. Bu məqamda bir söz söyləyirəm və özümə də xoş gəldiyi üçün burada yazıram: Gözəl qardaşım, mən boş yerləri doldurmaq üçün doğulmamışam, boş beyinləri doldurmaq üçün bu dünyada varam. Gözləyin, indi boş yerləri doldurmağa uyğun adamlar gələcək, yerləşdirərsiniz. Sakitcə, gülümsəyərək başlamadan tədbiri tərk edirəm".

# 2537 dəfə oxunub

Oxşar xəbərlər

Əsəd Qaraqaplana ağır itki

Əsəd Qaraqaplana ağır itki

19:13 19 iyul 2026
Əfsanəvi rok qrupunun ulduzu vəfat etdi

Əfsanəvi rok qrupunun ulduzu vəfat etdi

17:00 19 iyul 2026
Əfsanəvi Olimp dağı UNESCO-nun Ümumdünya İrsi siyahısına salına bilər

Əfsanəvi Olimp dağı UNESCO-nun Ümumdünya İrsi siyahısına salına bilər

16:20 18 iyul 2026
Bu yay istirahət edə biləcəyiniz 10 şəhər - Hansılara səyahət etmək istərdiniz?

Bu yay istirahət edə biləcəyiniz 10 şəhər - Hansılara səyahət etmək istərdiniz?

14:00 18 iyul 2026
Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə”  sərgisinin təqdimatında iştirak etdi

Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında iştirak etdi

13:55 18 iyul 2026
"Sən nə vaxt ağzının danışığına fikir verəcəksən?" - Azərbaycanda iş mühiti

"Sən nə vaxt ağzının danışığına fikir verəcəksən?" - Azərbaycanda iş mühiti

11:30 18 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər