“Euronews” saytı Azərbaycanın qarlı dağlarından yazdı

“Euronews” saytı Azərbaycanın qarlı dağlarından yazdı
21 dekabr 2023
# 18:40

“Euronews” saytında (euronews.com) “Azərbaycanın qarla örtülmüş dağlarının kəşfi” sərlövhəli məqalə dərc olunub.

Kulis.az xəbər verir ki, məqalədə qeyd olunub ki, Azərbaycanın qarla örtülmüş dağlarında xizəkçilik mövsümü adətən dekabrdan mart ayına qədər davam edir. Burada insanlar təkcə xizək sürməklə kifayətlənməyib, qarda piyada gəzə, at sürə, paraşütlə tullana bilərlər. Əsasən ən böyük dağ-xizək kurortlarının Şahdağ, Tufandağ və Ağbulaq olduğu bildirilən materialda Azərbaycanın turizm mərkəzli infrastruktura böyük sərmayə qoyması xüsusilə qeyd olunub. Bakıdan avtomobillə təxminən üç saatlıq məsafədə, 2500 metr yüksəklikdə yerləşən Qafqazın ən böyük dağ-xizək kurortu olan “Şahdağ” kurortundan (Şahdağ Turizm Mərkəzi) geniş bəhs edilən yazıda, həmçinin həm yay, həm də qış üçün qapalı hovuzu, idman zalı və saunası olan otelləri ilə bağlı məlumatlar yer alıb.

Məqalədə Şahdağın yaxınlığında yerləşən, qışda şəlalələri buz bağlayan Laza kəndindən də bəhs edilib. Şahdağ dağının digər tərəfində Qəbələ Beynəlxalq Hava Limanına yaxın məsafədə yerləşən “Tufandağ” kurortunun təbiət və mədəniyyət baxımından maraqlı dağ-xizək kurortu olması qeyd olunub. Həmçinin bildirilib ki, burada istirahət edənlər vaxtilə “İpək yolu” boyunca əsas ticarət mərkəzi olan Qəbələnin qədim qala divarlarını, tarixi muzeylərini, Qəbələnin cənubunda vaşaq, çaqqal, çöl donuzu, cüyür, hətta qonur ayı və digər heyvanların da olduğu Şahdağ Milli Parkını da ziyarət edə bilərlər. Məqalədə qeyd olunur: “Kiçik Qafqaz dağlarında dəniz səviyyəsindən 2 000 metr hündürlükdə yerləşən Ağbulaq Xizək Mərkəzi Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanda yerləşir. Burada xizək sürməyi öyrənmək istəyənlər üçün gözəl şərait yaradılıb. Naxçıvanda XVIII əsrdə tikilmiş və hazırda muzey kimi fəaliyyət göstərən Naxçıvan Xan Sarayı, eramızdan əvvəl dördüncü minillikdən bəri mövcud olan Nuh Peyğəmbər türbəsi buraya gələn turistlər tərəfindən maraqla qarşılanır”.

Sonda azərbaycanlıların qonaqlara sonsuz qayğı və diqqətlə yanaşması, bu ölkədə keçirilən hər günün ləzzətli şirniyyatlarla və ətirli çayla böyük həzz gətirəcəyi bildirilib. Azərtac

# 2321 dəfə oxunub

Oxşar xəbərlər

Vyetnam Prezidenti: "Azərbaycan həm Avropanın, həm də Asiyanın mədəni irsini daşıyan inci hesab olunur"

Vyetnam Prezidenti: "Azərbaycan həm Avropanın, həm də Asiyanın mədəni irsini daşıyan inci hesab olunur"

15:26 21 noyabr 2026
Azərbaycan dünyanın ən böyük nağıl festivalında

Azərbaycan dünyanın ən böyük nağıl festivalında

15:10 21 noyabr 2026
"Ulduz"un  Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçirildi

"Ulduz"un Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçirildi

12:41 21 noyabr 2026
"Həqiqət zərrəsi tapılmayanda yalanı böyük tikələrlə udurlar..." - İsaak Başevis-Zinger

"Həqiqət zərrəsi tapılmayanda yalanı böyük tikələrlə udurlar..." - İsaak Başevis-Zinger

12:30 21 noyabr 2026
Emir Kusturitsa: "Putinlə söhbət  mənim üçün böyük yaradıcılıq ilhamı oldu"

Emir Kusturitsa: "Putinlə söhbət mənim üçün böyük yaradıcılıq ilhamı oldu"

11:57 21 noyabr 2026
Xalq rəssamının oğlu vəfat etdi

Xalq rəssamının oğlu vəfat etdi

11:27 21 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər